Ermənistanda yeni saxta prezident iş başına keçib
10.04.2018 [09:32]
“Sarkisyanı rədd edək!” cəbhəsi isə Serj Sarkisyanın baş nazir seçilməsinin qarşısını almağa çalışır
Bütün sahələrdə dərin böhranın hökm sürdüyü Ermənistanda ictimai-siyasi vəziyyət getdikcə daha da gərginləşir. Son günlər bu gərginlik özünü daha qabarıq şəkildə büruzə verir. Bu isə səbəbsiz deyil. Məsələ burasındadır ki, aprelin 9-da Serj Sarkisyanın Ermənistan prezidenti postunda səlahiyyət müddəti bitib. Və elə həmin gün Armen Sarkisyanın saxta inauqurasiya mərasimi keçirilib. Bununla da işğalçı Ermənistanın yeni saxta dövlət başçısı iş başına keçib. Xatırladaq ki, Ermənistan parlamenti martın 2-də yeni prezident seçkiləri keçirib və Armen Sarkisyan saxta yolla işğalçı ölkənin dövlət başçısı “seçilib”. Bununla belə, işğalçı ölkədə hesab edirlər ki, hakimiyyətin sükanı yenə də Serj Sarkisyanın əlində olacaq. 2008-ci ilin aprelindən Ermənistanın dövlət başçısı postunu ələ keçirən S.Sarkisyan indi də öz partiyasının dəstəyi ilə baş nazir postuna yiyələnməyə cəhd edir. İşğalçı ölkədə hesab edirlər ki, elə iki il əvvəl konstitusiya məhz bu səbəbdən dəyişdirildi.
Yeri gəlmişkən Ermənistanın “Qala” televiziyasının hazırladığı reportajda bildirilir ki, S.Sarkisyanın on illik hakimiyyəti bütün ölkəyə ciddi ziyan vurub. Bu dövrdə Ermənistanda sabitlik pozulub, ölkə etiraz aksiyalarının mərkəzinə çevrilib. Elə Sarkisyanın ilk dəfə prezident seçilməsi də toqquşmalarla, etirazlarla müşayiət olunub. 2008-ci ilin martında polislə baş verən toqquşmada 10 nəfər dinc sakin öldürülüb. Günahkarlar isə, təbii ki, tapılmayıb. Sarkisyan ikinci dəfə “seçiləndə” isə insanlar qəzəblə İrəvandakı post patrul xidmətinin binasına hücum etdilər. Bu dəfə də insident insan itkisi ilə nəticələndi.
Sarkisyanın Ermənistanı ancaq fəlakətə sürüklədiyini qeyd edən politoloqlar işğalçı ölkənin gündən-günə artan xarici borcunu da diqqətdən kənarda saxlamırlar. Qeyd olunur ki, 2008-ci ildə işğalçı ölkənin borcu yarım milyard dollar idisə, bu gün həmin rəqəm 7 milyarda yaxınlaşır. Bu isə ümumdaxili məhsulun 60 faizi deməkdir. Nəticədə yoxsulluq kəskin artıb, kütləvi miqrasiya başlayıb. Beynəlxalq Əmək Təşkilatının hesabatına görə, Ermənistan keçmiş Sovet respublikaları arasında qadın işsizliyinə görə 1-ci yerdədir. Ölkədə yaşı 25-dən yuxarı olan əmək qabiliyyətli qadınların 17,3 faizi işsizdir. Rəsmi statistikaya görə, işsizlərin 60 faizdən çoxunu qadınlar təşkil edir. Daha bir ziddiyyətli məqam isə kadr çatışmazlığı ilə bağlıdır. 2017-ci ilin göstəricilərinə görə, ölkədə ciddi şəkildə müəllim və mühəndis çatışmazlığı mövcuddur. Əyalətlərdə isə vəziyyət daha acınacaqlıdır. Bunun başlıca səbəbi maaş azlığıdır. Bu məlumatların fonunda isə Ermənistanın statistika idarəsi guya ötən il ölkədə ÜDM-in 7,5 faizi həcmində artım olduğunu bəyan edib. Lakin burada da yalan göz qabağındadır. Belə ki, bu 7,5 faizlik artım müqabilində işsizlik ciddi şəkildə azalmalı idi. Buna görə də, S.Sarkisyana, onun baş nazir təyin edilməsinə qarşı çıxanların sayı olduqca çoxdur. Onlar hesab edirlər ki, bu baş verərsə, Ermənistan daha da batacaq, miqrasiya güclənəcək, siyasi təqiblər davam edəcək. Ən əsası isə, yaşamaq daha çətin olacaq.
Bu məqamda onu da vurğulayaq ki, Ermənistanda baş nazir seçkiləri ərəfəsində yaradılan “Sarkisyanı rədd edək!” cəbhəsi fəaliyyətini gücləndirib. Bu arada beynəlxalq “Qallup” şirkətinin keçirdiyi sorğuya əsasən, vətəndaşlar Serj Sarkisyanı baş nazir postunda görmək istəmirlər. Ölkə əhalisinin yalnız 24,8 faizi ona səs verib. Hazırkı baş nazir Karen Karapetyanı isə əhalinin 27,3 faizi dəstəkləyib. Maraqlı məqam odur ki, sorğunun nəticələrinə görə, Sarkisyan heç ikinci yerdə də qərarlaşmayıb. Onu Karapetyanla bərabər, iş adamı Qaqik Sarukyan üstələyib. Sarukyanı əhalinin 26,5 faizi baş nazir görmək istəyir. Sarkisyana qarşı kəskin mövqe tutan Yelk Blokunun nümayəndəsi Nikol Paşinyan 15,3 faiz səs toplayıb.
Vətəndaş qüvvələrindən ibarət “Sarkisyanı rədd edək!” cəbhəsi Sarkisyanın baş nazir seçilməsinin qarşısını almaq üçün aktiv fəaliyyətə başlayıb. Etirazçılar İrəvanın metro stansiyalarında Sarkisyanın plakatını qoyaraq ianə toplayıblar. İctimai fəal Armen Qriqoryan bildirib ki, martın 28-də Ermənistan Elmlər Akademiyasında keçirilən tədbirdə S.Sarkisyan alimlərin maaşlarının nə vaxt qaldırılacağı ilə bağlı suala “sizə pul lazımdır? Mənə də lazımdır” cavabını verib. Ona görə də vətəndaşlar Sarkisyan üçün pul toplayırlar. Bəlkə, bu yolla ona istefaya getməyə və təqaüdə çıxmağa kömək edə bilərlər. Aksiyaya qoşulan Gümrünün ağsaqqallar şurasının üzvü Levon Barseqyan isə bildirib ki, Sarkisyan Elmlər Akademiyasındakı çıxışı ilə Ermənistanda elmə son qoydu. Vəziyyət düşündüklərindən də ağırdır. Bu səbəbdən də çoxlu pul toplayıb Sarkisyana vermək lazımdır ki, hökumətdəki postundan getsin. Çünki bu şəxs acgöz və cinayətkardır. O, bu illər ərzində ölkə üçün heç bir iş görməyib. Bu kabus isə, nəhayət, bitməlidir.
Onu da vurğulayaq ki, “Sarkisyanı rədd edək” cəbhəsinin fəallaşması hakim dairələrin narahatlığını artırıb. Erməni mətbuatı xəbər verir ki, İrəvanda polis gücləndirilmiş iş rejiminə keçib. “Sarkisyanı rədd edək” cəbhəsinin yaydığı məlumata görə, budəfəki mübarizə fiaskoya uğrayarsa, ölkəni daha xilas etmək mümkün olmayacaq. Vətəndaş qüvvələrindən ibarət hərəkat hər kəsi Sarkisyan hökumətinə qarşı birləşməyə və fəal olmağa çağırır. Bundan narahatlıq keçirən hakim dairələrdən güc strukturlarına İrəvana toplaşmaq tapşırığı verilib. Cəbhə üzvləri deyirlər ki, Ermənistanda hər an iğtişaş baş verə bilər. Onsuz da indiki hakimiyyət zorakılığa meyillidir. Hakimiyyəti 10 il əvvəl bu yolla ələ keçirən Serj Sarkisyan hələ də cəzasızdır. Bu şəxs hökumət postunu tərk etmək əvəzinə, yerini möhkəmləndirməyə çalışır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

