Vüqar Rəhimzadə: Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi
20.04.2018 [10:35]
“11 aprel prezident seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın Ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını bir daha nümayiş etdirdi. Xalqımız son 15 ildə görülən işlərə öz yüksək qiymətini verdi. 11 aprel prezident seçkilərində xalqımızın fəal iştirakı, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə dəstəyi görülən işlərə verilən yüksək qiymət, qarşıdakı illər üçün müəyyənləşdirilən hədəflərə dəstək kimi də dəyərləndirilir”. Bu fikirləri KİV-ə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, andiçmə mərasimində seçkilərdə göstərilən etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirən cənab İlham Əliyev bu dəstəyin Ona güc verdiyini, bu dəstəyə arxalandığını vurğulayaraq əminliklə demişdir ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcək: “Dövlətimizin başçısının qeyd etdiyi kimi, prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib. Azərbaycan xalqı görülən işlərə yüksək qiymət verib. Seçkilər ədalətli, şəffaf şəkildə keçirilib. Xalq-iqtidar birliyinin möhkəmliyi, sarsılmazlığı fonunda Azərbaycan yeni-yeni hədəflərə nail olmaqla inkişaf etmiş ölkələr sırasında addımlamaq istəyinin reallığa çevrilməsinə yol açır”.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, son 15 ildə sabitliyin, təhlükəsizliyin təminatı əsas məsələ kimi öndə olub: “Sabitlik olmadan hansısa inkişafdan söhbət gedə biməz. Bu günümüzü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə sabitlik faktorunun nə kimi rola malik olduğu daha aydın görünür. Məhz bu sabitliyin nəticəsidir ki, bu gün ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 231 milyard dollardan artıqdır. Azərbaycanın bu gününə və gələcəyinə inamdan irəli gələn bu addım, eyni zamanda, həyata keçirilən siyasətə dəstəkdir. Andiçmə mərasimində dövlətimizin başçısı cənab İlham Əliyev bildirmişdir: “Sabitlik pozulanda xarici müdaxilə baş verir, ölkələr idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Azərbaycanda sabitliyin təminatçısı Azərbaycan xalqıdır və bizim siyasətimizdir. Ona görə xalq-iqtidar birliyi bizim uğurlarımızın əsas şərtidir. Azərbaycan bu gün dünya miqyasında sabitlik məkanı, sabitlik adası kimi tanınır və bu, bizim böyük nailiyyətimizdir”.
Vüqar Rəhimzadə əlavə edib ki, son 15 ildə demokratik təsisatların inkişafı istiqamətində atılan addımlar da təqdirəlayiqdir: “Dövlət siyasətinin əsasını təşkil edən insan hüquq və azadlıqlarının təminatı, azad mətbuatın inkişafı, siyasi partiyaların normal fəaliyyəti ilə üçün yaradılan əlverişli şərait, eyni zamanda, seçkilərin demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkir. Konstitusiyamıza son 15 ildə iki dəfə əlavə və dəyişikliyin edilməsi məqsədilə ümumxalq səsverməsinin keçirilməsi, cəmiyyətin idarə olunmasında əsas rola malik olan qanunlarımızın təkmilləşdirilməsi insan amilinə verilən dəyərin təsdiqidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamlarına uyğun olaraq jurnalistlər üçün artıq iki bina tikilib istifadəyə verilib, üçüncu binanın təməli qoyulub. Cənab İlham Əliyevin Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyasının təsdiqi, eyni zamanda, bu sənədə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması azad mətbuatın inkişafına xidmət edən addımlar sırasındadır. Bu gün zamanın, dövrün tələblərinə uyğun təkmilləşmə digər sahələr kimi, mətbuatda da öz əksini tapmaqdadır”.
“İki sahil” qəzetinin baş redaktoru qeyd edib ki, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin konkret əməli işdə öz təsdiqini tapması, ən əsası, hər bir addımda xalqa arxalanmaq, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə çalışmaq xalq-iqtidar birliyini daha da möhkəmləndirir: “Dövlət başçısının xalqa xidməti hər bir dövlət məmurundan tələb etməsi də ölkə əhalisinə qayğının təzahürüdür. Möhtərəm Prezidentimiz demişdir: “İnsan amili, insan kapitalı. Mən hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır, dövlət qurumları tərəfindən normal rəftar edilməlidir, təhdid edilməməlidir, incidilməməlidir”. Möhtərəm Prezidentimizin vurğuladığı kimi, ən önəmlisi budur ki, Azərbaycan cəmiyyətində islahatların aparılması üçün çox böyük həvəs, maraq, böyük ruh yüksəkliyi vardır”.
Baş redaktor əlavə edib ki, fəaliyyətində bu hədəfləri əsas tutan Yeni Azərbaycan Partiyası 11 aprel prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi ilə bir daha qələbələr partiyası olduğunu təsdiqlədi: “Xalq cənab İlham Əliyevə səs verməklə, eyni zamanda, Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının bu gününə və gələcəyinə inamını nümayiş etdirdi. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, YAP dünənin, bu günün və gələcəyin partiyasıdır. Müstəqil Azərbaycanımızın hər uğurunda öz payı olan Yeni Azərbaycan Partiyası Sədri, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycana, növbəti 7 ilin hədəflərinə öz töhfəsini verməklə uğur səhifələrini daha da zənginləşdirəcək”.
Xəbər lenti
Hamısına baxSosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41

