/ / Ermənistan onu beynəlxalq layihələrdə iştirakdan, inkişafdan məhrum edən müharibə canisi Serj Sarkisyandan xilas oldu
Ermənistan onu beynəlxalq layihələrdə iştirakdan, inkişafdan məhrum edən müharibə canisi Serj Sarkisyandan xilas oldu
25.04.2018 [08:59]
“Erməni xalqı müharibə canisi, minlərlə günahsız insanın ölümünə bais olmuş Serj Sarkisyanın Ermənistanın baş naziri vəzifəsindən istefa verməsindən sonra ağıl və zəkanın səsini dinləməli, regionda sülhün və təhlükəsizliyin bərpası istiqamətində real addımlar atmalı, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir”. Bu fikri Serj Sarkisyanın istefa verməsinə dair bəyanatına münasibət bildirən “Xalq qəzeti”nin baş redaktoru, Əməkdar jurnalist Həsən Həsənov “TREND”-ə açıqlamasında bildirib. O qeyd edib ki, erməni xalqı 20 ildən artıq bir müddətdə onu girov saxlayan, beynəlxalq layihələrdə iştirakdan, tərəqqi və inkişafdan məhrum edən, ölkəni uçuruma sürükləyən, Ermənistan dövlətini işğalçı rejim kimi dünyada gözdən salan müharibə canisi Serj Sarkisyandan xilas oldu: “Sarkisyan Xocalı soyqırımının təşkilatçılarından, Dağlıq Qarabağ münaqişəsinin əsas günahkarlarından biri kimi çoxsaylı qanlı cinayətlər törətmiş müharibə canisidir. O, Dağlıq Qarabağ kartından sui-istifadə yolu ilə erməni xalqını olmazın müsibətlərə düçar etmiş, öz hakimiyyətini qan və zülm üzərində bərqərar etmişdir.
Qatil prezidentin baş nazir vəzifəsini tutmaq, hakimiyyətini uzatmaq arzusu gözündə qaldı. Ölkənin sərvətlərini talamış, erməni xalqını səfil gününə salmış Sarkisyan klanı sərt etiraz aksiyasına başlamış xalqdan ağır zərbə aldı. İşğalçı rejim cinayətkar əməllərinə, tökdüyü qanlara görə cavab verməlidir. Azərbaycan torpaqları işğaldan azad olunmalı, ölkəmizin ərazi bütövlüyü təmin edilməli, Ermənistan silahlı qüvvələri Azərbaycanın BMT tərəfindən tanınmış sərhədlərini tərk etməlidir, region sülhə və əmin-amanlığa qovuşmalıdır”.
Həsən Həsənov bildirib ki, illərdən bəri Azərbaycan dövlətinin yeritdiyi siyasət öz bəhrəsini verməkdədir, bütün beynəlxalq təşkilatlar ölkəmizin ərazi bütövlüyünü tanıyır. Azərbaycan torpaqlarının qeyd-şərtsiz işğaldan azad olunmasına dair BMT qətnamələri yerinə yetirilməli, regionda sülh və təhlükəsizlik bərpa olunmalıdır: “Heç kimə sirr deyildir ki, Azərbaycan Ordusu hazırda dünyanın güclü orduları sırasındadır, ən müasir silahlarla təchiz olunub və qısa müddətdə öz torpaqlarını azad etmək iqtidarındadır. Lakin Azərbaycan rəhbərliyi hələlik sülh danışıqlarına üstünlük verir, regionda müharibənin yenidən alovlanmasını istəmir. İşğalçı rejimdən, qanlı xunta rejimindən xilas olmuş Ermənistan, nəhayət ki, azad nəfəs almaq imkanı qazandı. Erməni xalqı Azərbaycanın humanist mövqeyini dəyərləndirməyi bacarmalı, torpaqlarımızı qan tökülmədən azad etməlidir. Əks-təqdirdə Azərbaycan öz torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcəkdir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 20:09
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34

