Naxçıvan Muxtar Respublikası Ali Məclisində mükafatların təqdimatı olub
14.07.2018 [10:30]
1969-cu il iyulun 14-də Ümummilli liderimiz Heydər Əliyevin respublika rəhbəri seçilməsi ilə Azərbaycan iqtisadi və mədəni yüksəlişə nail olub, bütün sahələrdə böyük uğurlar qazanılıb, ölkənin gələcək müstəqilliyinin əsası qoyulub. Bu gün Heydər Əliyev yolu ilə gedərək gündən-günə inkişaf edən, tərəqqiyə qovuşan Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sosial-iqtisadi inkişaf təmin edilib, dövlət-xalq birliyi və sabitlik yaranıb. Hər bir ölkə vətəndaşı Ulu öndərin siyasi xəttinə sədaqət nümayiş etdirərək Azərbaycanın inkişafına öz töhfəsini verir. Dövlətinə və xalqına sədaqətlə xidmət edən vətənpərvər insanların əməyi isə daim yüksək qiymətləndirilir, onlar ölkəmizin müxtəlif orden, medal və fəxri adları ilə təltif olunurlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyulun 13-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində Azərbaycan Respublikasının orden və medallarının, eləcə də Azərbaycan Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov təltif olunanları ölkəmizin yüksək orden, medal və fəxri adlarına layiq görülmələri münasibətilə təbrik edib. “Orden, medal və fəxri adlara layiq görülmək şücaət göstərmək, öz işində fərqlənmək və nümunəvi xidmət etməkdir”, - deyən Ali Məclisin Sədri təltif olunanlara təşəkkür edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri Azərbaycan Respublikasının orden və medallarını, Azərbaycan Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təltif olunanlara təqdim edib.
Təltif olunanlardan Şəmsi Əsgərov, Surayyə Zeynalova, Hüseyn Mikayılov və Teymur Eyyubov dövlət mükafatlarına layiq görülmələrini çalışdıqları kollektivlərin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirib və qeyd ediblər ki, Ulu öndərin siyasi xəttinin davam etdirilməsi Azərbaycanı qüdrətli dövlətə çevirib. Yaradılan şərait hər bir insanı yaxşı işləməyə, nümunə göstərməyə ruhlandırır. Təltif olunanlar bundan sonra da ölkəmizin inkişafı və tərəqqisi naminə səylə çalışacaqlarına söz veriblər.
“İgidliyə görə” medalı ilə təltif olunan Mircəlal İsaqov deyib: “Muxtar respublikada ordu quruculuğu sahəsində ardıcıl tədbirlər görülür. Torpaqlarımız etibarlı müdafiə olunur. Günnüt əməliyyatı da ordumuzda döyüş hazırlığının yüksək səviyyədə olduğunu bir daha göstərdi. Bu əməliyyatlarda iştirak edən hərbi qulluqçular Ali Baş Komandan tərəfindən təltif olundular. Mən də “İgidliyə görə” medalı ilə təltif olunmuşam. Hərbçi yoldaşlarım adından minnətdarlıq edir və söz veririk ki, bundan sonra da verilən hər bir tapşırığı uğurla yerinə yetirəcəyik”.
“Hərbi xidmətlərə görə” medalı ilə təltif olunan Füzuli İsmayılov minnətdarlıq edərək deyib: “Mən Naxçıvan Muxtar Respublikasında leytenant rütbəsində xidmətə başlamışam. Lakin bu gün polkovnik rütbəsinə qədər yüksəlmişəm. Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlərlə yanaşı, həm də hərbi qulluqçular üçün hərtərəfli məişət şəraiti yaradılır. Hərbi xidmət dövründə özüm və ailəm daim qayğı ilə əhatə olunmuşuq. Təltif olunmağım məsuliyyətimi artırır və məni daha da nümunəvi xidmət etməyə ruhlandırır. Fəxr edirəm ki, Azərbaycanın Naxçıvan Muxtar Respublikasında xidmət edirəm”.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33

