Vüqar Rəhimzadə: Azərbaycan Avropa məkanında etibarlı tərəfdaş olduğunu təsdiq edib
25.07.2018 [09:36]
Müstəqilliyinin bərpasından ötən 27 ilə yaxın bir dövr ərzində beynəlxalq birliyin fəal üzvlərindən birinə çevrilən Azərbaycan hər zaman Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verib. İstər Avropa İttifaqı, istərsə də quruma üzv olan ölkələrlə ayrı-ayrılıqda qarşılıqlı faydalı əməkdaşlıqlar qurulub, müxtəlif sahələri əhatə edən münasibətlər daha da dərinləşdirilib. Bu mənada Fransanı xüsusi olaraq vurğulamaq lazımdır. Bu günlərdə Prezident İlham Əliyevin Fransaya səfərini Azərbaycan-Fransa, ümumilikdə, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da genişlənməsində və möhkəmlənməsində mühüm amil kimi vurğulamaq lazımdır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, sözügedən səfər siyasi, iqtisadi, eləcə də digər sahələrdə mühüm razılaşmaların, müzakirələrin əhəmiyyəti ilə yadda qaldı: “Bu gün Azərbaycan-Fransa münasibətləri yüksək səviyyədədir. Avropa İttifaqı ölkələri, o cümlədən Fransa Azərbaycanla geniş iqtisadi əlaqələrə malikdir. Ölkələrimiz arasında uzun illərə söykənən dayanıqlı ticari münasibətlər mövcuddur. Cənab Prezidentimizin Fransaya səfəri zamanı yalnız Fransanın deyil, Avropa və bütövlükdə dünyanın aparıcı iqtisadi qurumlarından şirkətlərin rəhbərləri ilə görüş nəticəsində 2 milyard dollardan çox dəyəri olan anlaşmalar imzalanıb. Hesab edirəm ki, bu mühüm razılaşmalar Azərbaycan və Fransa iqtisadiyyatlarının daha da inkişaf etməsinə müsbət təsir edəcək, ölkələrimiz arasındakı əməkdaşlığı möhkəmləndirəcək”.
“İki sahil” qəzetinin baş redaktoru V.Rəhimzadə vurğulayıb ki, Azərbaycan Avropa məkanında etibarlı tərəfdaş olduğunu təsdiq edib: “Fransa Avropa İttifaqının söz sahibi olan ölkələrindən biridir. Möhtərəm Prezidentimizin səfəri zamanı keçirdiyi yüksək səviyyəli görüşlər Fransanın Azərbaycana olan hörmətinin, etibarının, xoş münasibətinin göstəricisidir. Səfər zamanı dövlətimizin başçısının fransalı həmkarı ilə görüşü də xüsusi olaraq vurğulanmalıdır. ATƏT-in Minsk qrupunun həmsədri olan Fransa rəhbərliyinin ölkəmizə və Prezident İlham Əliyevə olan səmimi, yüksək səviyyəli münasibəti Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, ədalətli həllində mühüm amil kimi qiymətləndirilə bilər”.
Vüqar Rəhimzadə əlavə edib ki, artıq işğalçı Ermənistan Azərbaycan-Fransa əlaqələrinin daha da möhkəmlənməsindən təlaşa düşərək öz narahatlığını açıq şəkildə büruzə verir: “Bu gün erməni KİV-i Fransanı Azərbaycanla yaxınlaşmaqda günahlandırır, öz qorxularını gizlədə bilmirlər. İşğalçı ölkənin mediası Fransanın Ermənistana xəyanət etdiyini yazır, bu ölkənin Dağlıq Qarabağ münaqişəsində bizim xeyrimizə mövqe tuta bilməsi ilə bağlı anti təbliğat aparır. Ancaq bütün bunların heç bir əhəmiyyəti yoxdur. Çünki artıq bütün dünya Azərbaycanın haqlı mövqeyini görür və dəstəkləyir”.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

