/ / “The Daily Caller” qəzeti “Ermənistan” fondunun qanunsuz əməlləri və Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı barədə yazır
“The Daily Caller” qəzeti “Ermənistan” fondunun qanunsuz əməlləri və Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı barədə yazır
26.07.2018 [10:35]
Amerikada çıxan “The Daily Caller” qəzetində Yaxın Şərqin, Avrasiyanın və Türkiyənin geosiyasəti və geostrategiyası üzrə fransız eksperti Maksim Qauinin “Antikorrupsiya həbsləri yalnız başlanğıcdır, lakin Ermənistan həqiqətən “öz bataqlığını” quruda biləcəkmi?” sərlövhəli məqaləsi dərc edilib. Materialda “Ermənistan” fondunun qanunsuz hərəkətlərindən, Sarkisyan rejiminin və onun ailəsinin korrupsiyaya qurşanmasından və Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edilir.
Müəllif yazır ki, ABŞ-dakı erməni diasporunun “maliyyə vəsaitləri toplayan maşını” ciddi bir problemlə - genişmiqyaslı korrupsiya ilə üzləşib. Bildirilir ki, iyulun 3-də Ermənistan Milli Təhlükəsizlik Xidməti Ümumdünya “Hayastan” fondunun (“Ermənistan” fondu) icraçı direktoru Ara Vardanyanı həbs edib. O, vəsaitlərin israfçılığında və onlardan təyinatı üzrə istifadə edilməməsində ittiham olunur. Ermənistan hakimiyyət orqanlarının verdiyi məlumata görə, Vardanyan “Ermənistan” fondunun kredit kartından onlayn azart oyunlar üçün istifadə etməsini boynuna alıb. O, etiraf edib ki, fonda ianə edilmiş vəsaitlərdən kredit kartının hesabını doldurmaq və özünün dələduzluq fəaliyyətini ört-basdır etmək məqsədilə ödənişlər etmək üçün istifadə edib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə Vardanyan 2016-2018-ci illərdə 270.000 ABŞ dollarını mənimsəyib.
Qauin yazır ki, bir həftə bundan əvvəl Yerevan polisi Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyanı qanunsuz silah saxlamaqda şübhəli şəxs kimi həbs edib. Onun həbs edilməsindən əvvəl, bu il may ayında Federal Təhqiqat Bürosu tərəfindən eks-prezidentin qardaşları Aleksandr və Levon Sarkisyana qarşı “bəyan edilməli mülkiyyəti olmasının gizlədilməsi” və “qeyri-qanuni varlanma” ittihamları üzrə cinayət işi açılıb. Müəllif vurğulayır ki, Sarkisyan qardaşları Birləşmiş Ştatlarda daşınmaz əmlak almaq üçün milyonlarla dollar xərcləyib və Ermənistanın siyasi maraqları üçün xaricdə vəsait toplayan şirkətlərdə mühüm rol oynayıblar. Aleksandr erməni mafiyasının aparıcı bossu, Levon isə Ermənistan XİN-də köhnə səfirdir. Bu yaxınlarda həyata keçirilmiş həbslər vəsait toplanması və lobbiçilik üzrə erməni-Amerika mexanizminin daxilində korrupsiyanın dərin kök salmasını nümayiş etdirir. Məqalədə daha sonra deyilir ki, bu mexanizm “özlərini guya erməni xalqını dəstəkləməyə çalışan xeyirxah aktorlar kimi göstərən” qruplardan ibarətdir.
1992-ci ildə Ermənistan prezidentinin fərmanı ilə təsis edilmiş “Ermənistan” fondu “ölkənin çətinliklərini aradan qaldırmaq, Ermənistanda və “Arsax”da (yəni Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda) davamlı inkişafa kömək etmək məqsədilə Ermənistandakı və xaricdəki erməniləri birləşdirmək üçün” nəzərdə tutulur. Əslində “Ermənistan” fondu özünü yalandan “humanitar” təşkilat kimi qələmə verən, həqiqətdə isə yalnız siyasi lobbi cəbhəsi olan bir kontordur. Qauin qeyd edir ki, ABŞ tərəfindən Ermənistana və işğal edilmiş Dağlıq Qarabağdakı qanunsuz rejimə maliyyə yardımının artırılması üçün uzun müddətdir ki, Konqresdə kampaniyalar keçirən iki iri lobbist qrup - Amerika Erməni Assambleyası və Amerika Erməni Milli Komitəsi “Ermənistan” fondunun affilə edilmiş təşkilatlarıdır.
Bu təşkilatlar Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımayan və Dağlıq Qarabağın gələcək statusunu “tərəflər arasında danışıqlara aid məsələ” hesab edən Dövlət Departamentinin siyasətini təhrif etməyə çalışırlar. Onlar Ermənistanın iqtisadi problemlərini, o cümlədən yoxsulluğun yüksək səviyyəsini, kənd təsərrüfatından ifrat asılılığı, sürətli inflyasiyanı daha da kəskinləşdirir, erməni xalqı üçün son dərəcə zəruri olan yardım üçün nəzərdə tutulan Amerika ianələrini Dağlıq Qarabağdakı qanunsuz rejimin maliyyələşdirilməsinə yönəldirlər. Qəribə də olsa, Konqresin bəzi üzvləri, o cümlədən senator Bob Menendes, konqresmen Bred Şerman, konqresin üzvü Ceki Spiyer, Frenk Pallone və digər şübhəli qanunvericilər bu qondarma “xeyriyyə təşkilatları”nı dəstəkləyirlər. Bu da öz növbəsində, onların özünün korrupsiyaya qurşanması barədə sual doğurur.
Ekspert öz məqaləsinin sonunda yazır ki, Ermənistan və onun yeni peyda olmuş lideri Paşinyan Vardanyanın, Aleksandr və Levon Sarkisyanın, həmçinin korrupsiyaya qurşanmış bütün başqa fərdlərin fəaliyyətindən ibrət dərsi almalıdırlar. Artıq Paşinyanın “Ermənistan” fonduna, Amerika Erməni Milli Komitəsinə və həm erməni, həm də Amerika xalqını aldadan digər cəbhəçi qruplara qarşı doğru mövqe seçərək həm Ermənistan daxilində, həm də beynəlxalq səviyyədə öz ölkəsi üçün yeni tarix yazmasının vaxtı çatıb.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19

