“The Jewish Journal” nəşri Azərbaycanda qadınların hüquqları, uğurları və imkanları haqda yazır
31.08.2018 [09:11]
ABŞ-da çıxan “The Jewish Journal” nəşrində Xocalı qırğını zamanı sanki möcüzə sayəsində sağ qalmış Dürdanə Ağayevanın Azərbaycanda qadınların kişilərlə hüquq bərabərliyi və imkanları mövzusunda məqaləsi dərc olunub.
D.Ağayeva təəssüflə qeyd edir ki, dünyanın bir sıra yerlərində hələ də qadınların hüquqları tapdalanır, milyonlarla qadın məktəbdə oxumur, baza təhsili ala bilmir. Müəllif vurğulayır ki, Azərbaycanda qadınlar pulsuz, icbari və keyfiyyətli təhsil alır, ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm rol oynayırlar.
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycanda qadınların təhsili sahəsində ciddi dəyişikliklər baş verib. 1901-ci ildə məşhur Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Bakıda bütün müsəlman aləmində ilk dəfə olaraq, müsəlman qızlar üçün dünyəvi məktəb açılıb. Bu layihə həmin dövrdə Azərbaycanın daxil olduğu Rusiya imperiyasının digər hissələrindəki müsəlman icmalarını da analoji dünyəvi məktəblər açmağa ruhlandırıb.
Qarabağın sön hökmdarı İbrahimxəlil xanın kötükcəsi və məşhur Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə Cavanşir 1908-ci ildə doğma Kəhrizli kəndində oğlanların və qızların birgə oxuya biləcəyi məktəb açıb. Müəllif qeyd edir ki, artıq 1915-ci ildə təkcə Bakıda müsəlman qızlar üçün 5 məktəb vardı. Həmin dövrdə qadın hüquqlarının müdafiəsi və qadınlar arasında təhsilin təşviq edilməsi məqsədilə Bakıda qadınlar üçün “İşıq” adlı qəzet nəşr edilirdi.
D.Ağayeva daha sonra yazır ki, 1919-cu ildə Azərbaycanda, müsəlman aləmində ilk dəfə olaraq, qadınlara seçki hüququ verilib. Yəni Azərbaycanda qadınlara bu hüquq ABŞ-dan bir il əvvəl, bir sıra Qərbi Avropa ölkələrindən neçə onillik əvvəl verilib. Azərbaycan cəmiyyətində qadınların müdafiəsini və onlara hörməti təmin edən qanunlar var. Məsələn, 1993-cü ildə Azərbaycan Konstitusiyasının 25-ci və 34-cü maddələrinə bütövlükdə kişilərlə qadınlar arasında, o cümlədən nikahda olan kişilərlə qadınlar arasında tam hüquq bərabərliyinə təminat verən müddəalar əlavə edilib. 2006-cı ildə Azərbaycanda qəbul edilmiş gender bərabərliyi haqqında qanuna əsasən, bərabər işə görə qadınlara kişilərlə bərabər əməkhaqqı ödənilməsi təmin olunur, işə qəbul və xidməti irəliləyiş sahəsində ayrı-seçkilik qadağan edilir.
Son 27 ildə Azərbaycanda davamlı və sürətli artım müşahidə olunur, çünki ölkənin iqtisadi, maliyyə və sosial vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hazırda ölkədə savadlılıq səviyyəsi 99 faizə bərabərdir. Qadınlar arasında məktəblərə qəbul göstəriciləri 99,8-100 faiz təşkil edir. Azərbaycanın bütün əhalisinin 50,1 faizi, təhsil sahəsində bütün işçilərin təxminən 80 faizi və səhiyyə sahəsində işçilərin 65,7 faizi qadınlardır. Azərbaycanda fəlsəfə doktorlarının 56 faizi, universitet tələbələrinin 46,2 faizi, 6 universitetin rektoru, 15 kollecin direktoru, 1244 məktəbin direktoru qadın cinsinin nümayəndələridir.
Məhkəmə hakimiyyəti sahəsində çalışan qadın hakimlər çoxdur. Ölkədəki bütün hakimlərin təxminən 15 faizi qadınlardır. Azərbaycan Ali Məhkəməsindəki 7 hakimdən biri yəhudi icmasının nümayəndəsi Tatyana Qoldmandır. Azərbaycan parlamentində 125 qanunvericidən 20-si qadınlardır. Bahar Muradova parlament sədrinin müavinidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkə qadınları üçün əsl örnəkdir. Mehriban Əliyevanın respublikada və ölkə hüdudlarından kənarda gender bərabərliyinin və təhsilin dəstəklənməsi üzrə fəaliyyəti xüsusi qeyd edilməlidir. Birinci vitse-prezidentin UNESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanda və beynəlxalq səviyyədə qadınların və uşaqların sağlamlığının qorunması və onların hüquqlarının təbliği üzrə humanitar səyləri danılmazdır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə qısa müddətdə Azərbaycanda, hətta ölkənin ən ucqar kəndlərində də yüzlərlə məktəb binası təmir olunub və ya yeni məktəb binaları inşa edilib. Bundan əlavə, Fond tərəfindən çoxsaylı beynəlxalq humanitar layihələr həyata keçirilib, o cümlədən Pakistanda qızlar üçün 500 şagird yeri olan yeni məktəb tikilib.
Qadınların təhsili hər bir cəmiyyətin inkişafında mühüm mərhələdir. D.Ağayeva məqaləsinin sonunda vurğulayır ki, yalnız təhsil sayəsində bütün dünyada milyonlarla qadının öz potensialını reallaşdırmasına kömək etmək, dünyanı yaxşılığa doğru dəyişmək mümkündür.
Xəbər lenti
Hamısına baxGündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23

