Moskva ilə Bakının münasibətləri genişmiqyaslı qarşılıqlı fəaliyyət formatındadır
06.09.2018 [09:26]
Bu dəfə Soçidə aparılan danışıqlar bir daha göstərdi ki, Moskva ilə Bakının münasibətləri təkcə Qarabağ münaqişəsinin nizamlanması və ya ikitərəfli əməkdaşlıq mövzuları ilə məhdudlaşmır. Bu münasibətlər həm də postsovet məkanının hüdudlarından kənardakı aktorların cəlb edildiyi daha genişmiqyaslı qarşılıqlı fəaliyyət formatındadır.
Rusiyalı məşhur ekspert, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki Mixail Neyjmakov bu fikirləri AZƏRTAC-a müsahibəsində sentyabrın 1-də Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Soçiyə səfərinin və Rusiya Prezidenti Vladimir Putin ilə aparılmış danışıqların yekunlarını şərh edərkən söyləyib.
M.Neyjmakov deyib: “İlham Əliyev ilə Vladimir Putinin görüşləri müntəzəm keçir. Lakin prezidentlərin son bir ildə bundan əvvəlki şəxsi görüşləri sammitlər və digər beynəlxalq tədbirlər çərçivəsində olmuşdu. Rusiya və Azərbaycan prezidentlərinin budəfəki danışıqları 2017-ci ilin iyul ayından sonra belə tədbirlərdən kənarda keçirilmiş ilk danışıqlardır. Bu, çox vacibdir. Məsələn, məhz İlham Əliyevin Rusiyaya budəfəki səfərinin gedişində iqtisadi sahədə, o cümlədən neft-qaz sahəsində Rusiya-Azərbaycan əməkdaşlığına dair 17 sənəd imzalanıb. İqtisadi əməkdaşlığın fəallaşdırılması heç də həmişə siyasi yaxınlaşmanın artmasına avtomatik surətdə zəmanət vermir, lakin bu, əlbəttə, siyasi əməkdaşlıq üçün əlavə təkan ola bilər”.
Rusiyalı ekspert Soçi görüşünün yekunlarına əsasən, hər iki Prezidentin mətbuat üçün bəyanatlarında xatırlatdıqları beynəlxalq “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinə toxunaraq deyib: “Əlamətdar haldır ki, son bir ildə Azərbaycan və Rusiya prezidentləri arasında görüşlər daha geniş beynəlxalq tədbirlər, məsələn, 2017-ci ilin noyabrında Tehranda Azərbaycan, Rusiya və İranın dövlət başçılarının danışıqları və ya 2018-ci ilin avqustunda Aktauda Xəzər Sammiti çərçivəsində keçirilib. Bununla belə, Moskvanın və Bakının birlikdə qoşulduğu qarşılıqlı fəaliyyətin bu cür geniş formatları nə qədər çox olsa, iki dövlətin münasibətlərində əlavə “aparıcı konstruksiyalar” da bir o qədər çox olur, bu isə onların dayanıqlılığını artıra bilər”.
Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin aparıcı analitiki görüşün yekunlarına əsasən imzalanmış müqavilələrin əhəmiyyətindən söhbət açaraq deyib: “Kifayət qədər uzunmüddətli perspektivdə ölkələrimizin iqtisadi tərəfdaşlığının istiqamətlərini müəyyən edən sənədi - iki dövlətin hökumətləri arasında 2024-cü ilə qədər əməkdaşlıq proqramını xüsusi qeyd etmək olar. Səciyyəvi haldır ki, həmin proqramda ticarətdə mövcud baryerlərin aradan qaldırılması və nəqliyyat potensialının inkişafı sahəsində əməkdaşlığın dərinləşdirilməsi nəzərdə tutulur, bu isə yuxarıda qeyd etdiyimiz “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsindəki layihələr üçün çox vacibdir. Ümumiyyətlə, belə danışıqların gedişində sənədlər ətrafında yaranan rezonans deyil, iki dövlətin tərəfdaşlığının durmadan inkişaf etməsi üçün həmin sənədlərin əhəmiyyəti vacibdir. Bakı və Moskva üçün əməkdaşlığın genişləndirilməsi potensialı əsla tükənməyib”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49

