Azərbaycanın Baş naziri İsrailin müdafiə naziri ilə görüşüb
15.09.2018 [10:25]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov sentyabrın 14-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Liberman ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Novruz Məmmədov İsrailin müdafiə nazirinin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olacağına əminliyini ifadə edib. “Bu gün Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir. Ölkələrimiz müxtəlif sahələrdə əməkdaşlıq edirlər. Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı illərdə biz iki ölkə arasında yaxşı əlaqələr qura bilmişik”, - deyə Baş nazir vurğulayıb.
Azərbaycan-İsrail münasibətlərinin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin, görüşlərin önəmli olduğunu qeyd edən Novruz Məmmədov bildirib ki, bu əlaqələrin inkişafında hər iki ölkə maraqlıdır. Ölkələrimiz arasında münasibətlərin inkişafı regional və beynəlxalq təhlükəsizlik baxımından da önəmlidir.
Azərbaycanın tolerantlıq ənənələrindən danışan Baş nazir Novruz Məmmədov qeyd edib ki, ölkəmizdə müxtəlif xalqların, dinlərin nümayəndələri dostluq, mehribanlıq şəraitində, bir ailə kimi yaşayırlar.
Azərbaycana hər səfəri zamanı böyük məmnunluq hissi keçirdiyini vurğulayan İsrailin müdafiə naziri Aviqdor Liberman ölkəmizdə özünü doğma evindəki kimi hiss etdiyini qeyd edib.
Ölkələrimiz arasında uzun illərdir mehriban və möhkəm əlaqələrin mövcud olduğunu qeyd edən müdafiə naziri bildirib ki, bu münasibətlərin inkişafında Ulu öndər Heydər Əliyevin xüsusi rolu olub. Hazırda hər iki ölkə rəhbərlərinin səyləri nəticəsində bu əlaqələr inkişaf edir.
Görüşdə hərbi sahə ilə yanaşı, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43
Elanlar
25 İyun 15:29
Siyasət
25 İyun 15:27
Gündəm
25 İyun 15:26
Dünya
25 İyun 15:24
Siyasət
25 İyun 15:15
İqtisadiyyat
25 İyun 15:10
Sosial
25 İyun 14:35
YAP xəbərləri
25 İyun 14:32
Siyasət
25 İyun 14:22
Siyasət
25 İyun 13:56
Elanlar
25 İyun 13:49
Sosial
25 İyun 13:34
İdman
25 İyun 13:33
Elm
25 İyun 13:33
YAP xəbərləri
25 İyun 12:31
YAP xəbərləri
25 İyun 12:29
Siyasət
25 İyun 12:28
Gündəm
25 İyun 12:02
Siyasət
25 İyun 11:48
İqtisadiyyat
25 İyun 11:23
Gündəm
25 İyun 10:53
Siyasət
25 İyun 10:27
Gündəm
25 İyun 09:50
Analitik
25 İyun 09:32
Ədəbiyyat
25 İyun 09:15
Mədəniyyət
25 İyun 08:51
Sosial
25 İyun 08:28
Sosial
25 İyun 08:00
Dünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13

