/ / Vüqar Rəhimzadə: Fransa hökuməti separatçıları dəstəkləyənlərə qarşı qətiyyətli addımlar atmalıdır
Vüqar Rəhimzadə: Fransa hökuməti separatçıları dəstəkləyənlərə qarşı qətiyyətli addımlar atmalıdır
26.10.2018 [09:17]
Bu gün ölkəmiz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində öz üzərinə düşən öhdəlikləri lazımi səviyyədə yerinə yetirir. Problemin həllində vasitəçilik missiyasını öz öhdəsinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirilir, bu görüşlərdə münaqişənin həlli variantları ilə bağlı fikir mübadiləsi aparılır. Minsk qrupu hər zaman problemin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bəyan edir və tərəfləri qarşılıqlı dialoqla razılığa gəlməyə çağırır. İşğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, ölkəmiz bu öhdəliklərə hər zaman sadiqlik nümayiş etdirərək qarşılıqlı dialoqa hazır olduğunu bildirir. Sözsüz ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bizim yeganə tələbimiz odur ki, problem beynəlxalq hüququn norma və prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Həmsədr dövlətlərdən olan ayrı-ayrı şəxslərin, təşkilatların zaman-zaman Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz mövqeyi, beynəlxalq hüquqa zidd əməl və hərəkətləri isə qəbuledilməzdir. Bütün bunlar münaqişənin həllinə mənfi təsir göstərməklə yanaşı, həmsədr dövlətlərin bitərəf mövqeyinə kölgə salır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Fransadan olan bir neçə bələdiyyə başçısının Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfərlərini şərh edərkən bildirib.
Vüqar Rəhimzadə vurğulayıb ki, Fransada erməni lobbisinin təsiri altında olan bu cür “qüvvələr” var və onların destruktiv fəaliyyətləri məqsədli xarakter daşıyır: “Ölkəmizə qarşı qərəzli mövqeyi ilə tanınan Fransa Senatının keçmiş deputatı Fransua Roşbluanın, Fransanın bir neçə bələdiyyə başçısının işğal edilmiş torpaqlarımıza bu cür səfərlər etmələri beynəlxalq hüququn, eyni zamanda, Azərbaycan qanunlarının kobud şəkildə pozulması deməkdir. Bu “qüvvələr” özlərini necə demokrat adlandıra bilərlər? Onları 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün taleyi maraqlandırmır? Bəs, ermənilərin etnik təmizləmə siyasəti, Xocalı soyqırımı, yüzlərlə azərbaycanlı əsirin və girovun taleyi bu demokratiya “carçılarının” nəzərindən niyə qaçıb? Hesab edirəm ki, Fransa hökuməti bu məsələdə öz mövqeyini ortaya qoymalı, separatçıları dəstəkləyənlərə qarşı qətiyyətli addımlar atmalıdır. Çünki bu cür biganə yanaşma ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyasına ciddi şəkildə zərbə vurur, onun demokratikliyini sual altına qoyur”.
“İki sahil” qəzetinin baş redaktoru deyib ki, bu gün Azərbaycanda bir çox Fransa şirkətləri fəaliyyət göstərir: “Bu şirkətlərlə mühüm layihələrin həyata keçirilməsində əməkdaşlıq edilir. Bu layihələrin dəyəri isə təxminən 2 milyard avroya bərabərdir. Ancaq belə səmərəli əməkdaşlığın qarşılığında Fransanın Ermənistanın işğalçılıq siyasətinə olan etinasız münasibəti qəbuledilməzdir. Hesab edirəm ki, bu cür münasibətin davam edəcəyi təqdirdə Azərbaycan dövləti bu şirkətlərlə əməkdaşlığı bir daha nəzərdən keçirməlidir. Çünki ölkəmizin milli maraqları hər şeydən öndə dayanır. Hər bir dövlət bizim milli maraqlarımıza hörmətlə yanaşmalıdır”.
Xəbər lenti
Hamısına baxHadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31

