Azərbaycanda etibarlı təhlükəsizlik və sabitlik mühiti hökm sürür
07.12.2018 [10:10]
İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı yeni “Qlobal Terrorçuluq İndeksi” praktiki olaraq Azərbaycanda ümumiyyətlə terror təhlükəsinin olmadığını və ölkəmizin bu göstərici ilə regionun lideri olduğunu göstərir
Dinamik inkişafa malik olan Azərbaycan ictimai-siyasi sabitliyin təmin olunduğu, pozitiv beynəlxalq imicə sahib olan ölkələr sırasında yer alır. Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur. Başqa sözlə, ölkəmizin milli gücünü artıran əhəmiyyətli amillərdən biri də möhkəm təməllərə söykənən ictimai-siyasi sabitlikdir. Bu məsələdə yerli və xarici ekspertlərin ümumi rəyi odur ki, Azərbaycanda mövcud olan sabitliyin əsasında duran başlıca faktor hakimiyyətin həyata keçirdiyi siyasi kursun milli maraqlara tam cavab verməsidir. Bütövlükdə, Azərbaycan vətəndaşlarının layiqli həyat şəraitinin təmin edilməsində, sosial rifahın yaxşılaşdırılmasında, inkişafın davamlı olmasında mühüm rol oynayan amillərdən biri etibarlı təhlükəsizlik və sabitlik mühitidir. Təsadüfi deyil ki, beynəlxalq reytinq agentliklərinin hesabatlarında da ölkəmizdə hökm sürən etibarlı sabitlik, təhlükəsizlik mühiti öz əksini tapır və yüksək qiymətləndirilir.
Yeri gəlmişkən, vurğulamaq yerinə düşər ki, Azərbaycan yeni “Qlobal Terrorçuluq İndeksi”ndə mövqeyini yaxşılaşdıraraq 98-ci yeri tutub. Hesabat İqtisadiyyat və Sülh İnstitutu tərəfindən hazırlanıb. İndeks ölkədə terrorçuluğun təsirini əks etdirir və sosial-iqtisadi şəraitin təhlilinə, həmçinin radikal cərəyanların yaranmasının geosiyasi amillərinə əsaslanır. Reytinqdə ilk yerləri terrorçuların fəaliyyəti və terrorizm təhdidinin daha yüksək olduğu, sonuncu yerləri isə daha aşağı olduğu ölkələr tutur. Azərbaycan siyahıda 138 ölkə arasında 98-ci yerdədir ki, bu da praktiki olaraq ölkədə ümumiyyətlə terror təhlükəsinin olmadığını göstərir. Bundan əvvəl ölkəmiz reytinqdə 95-ci idi. Bu göstərici ilə Azərbaycan regionun lideridir. Belə ki, Ermənistan 83-cü, Gürcüstan isə 89-cu mövqedədir. Qeyd edək ki, ilk üçlüyə İraq, Əfqanıstan və Nigeriya daxil edilib. ABŞ 20, Fransa 30, Rusiya 34, Almaniya isə terrorizm təhlükəsi baxımından 39-cu ölkədir. Postsovet ölkələrindən Ukrayna 21-ci, Tacikistan - 74, Qazaxıstan - 75, Qırğızıstan - 80, Moldova - 116, Özbəkistan - 132, Türkmənistan və Belarus isə 138-ci yerdə dayanır.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov qeyd edib ki, Azərbaycan milli maraqlara əsaslanan səmərəli daxili və xarici siyasət həyata keçirir: “Bunun nəticəsidir ki, ölkəmizin dinamik inkişafı təmin edilib, bütün sahələrdə mühüm uğurlar əldə edilir, respublikamızın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənir. Bununla yanaşı, Azərbaycanda ictimai-siyasi sabitlik tam təmin olunub və etibarlı təhlükəsizlik mühiti hökm sürür. Ölkəmizin yeni “Qlobal Terrorçuluq İndeksi”ndə mövqeyini yaxşılaşdırması da bunun bariz nümunəsidir. Bu, ölkəmizdə terror təhlükəsinin praktiki olaraq mövcud olmadığını, Azərbaycanın, sözün əsl mənasında, sabitlik adası olduğunu göstərir”.
Milli Məclisin deputatı Tahir Rzayev isə bildirib ki, Azərbaycan həm iqtisadi inkişafına, həm də ölkəmizdə hökm sürən ictimai-siyasi sabitliyə görə bir çox ölkələr üçün nümunədir: “Azərbaycanda dinamik inkişafı, sabitlik və təhlükəsizliyi təmin edən əsas amil həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət kursudur. Ekspertlər, nüfuzlu tədqiqat institutları və reytinq agentlikləri də bu məqamı xüsusi vurğulayırlar. Ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində qazandığı nailiyyətlərin, eləcə də aparılan islahatların müsbət nəticələrinin yüksək qiymətləndirilməsi aşkar reallıqdır. Bununla yanaşı, Azərbaycanda hökm sürən təhlükəsizlik və sabitlik mühiti də beynəlxalq tədqiqat institutlarının hesabatlarında yer alır. Bu baxımdan, İqtisadiyyat və Sülh İnstitutunun hazırladığı yeni “Qlobal Terrorçuluq İndeksi”ndə Azərbaycanın mövqeyini yaxşılaşdırması təqdirəlayiq haldır. Bu, konkret olaraq ölkəmizdə sarsılmaz ictimai-siyasi sabitliyin mövcudluğunu bir daha təsdiq edir”.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45

