Ukrayna saytında Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məqalə dərc olunub
13.12.2018 [10:10]
Ukraynanın “Versii” saytında həmvətənimiz, hüquq elmləri doktoru, Ukrayna Milli Aviasiya Universitetinin beynəlxalq hüquq kafedrasının professoru, Ukraynanın Əməkdar təhsil işçisi Arif Quliyevin “Heydər Əliyevin xatirəsi insanların qəlbində əbədi yaşayacaq” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevə həsr edilib. Materialda qeyd olunur ki, on beş il bundan əvvəl - 2003-cü il dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dünyasını dəyişib. Öz ölkəsi üçün nurlu bir şəxsiyyət, lider olmuş Heydər Əliyev müasir Azərbaycanın tarixinin mürəkkəb dövründə xalqa düzgün yol göstərib, onu səhvlərdən və faciələrdən xilas edib. Sağlığında Azərbaycan xalqının Ümummilli lideri kimi tanınmış Heydər Əliyev dünyasını dəyişəndən sonra da xalqın rəğbət və sevgisini itirməyib. O, hər bir azərbaycanlının nəzərində təkcə ölkənin istedadlı rəhbəri kimi deyil, həm də hərtərəfli inkişaf etmiş bütöv şəxsiyyət kimi ideal olub.
Məqalədə deyilir: “Heydər Əliyev hakimiyyətdə olarkən Öz xalqının həyatında taleyüklü rol oynayıb. Bu illər Azərbaycanın salnaməsində ən parlaq və məzmunlu səhifələr olub. Bu gün Azərbaycan tanınmayacaq dərəcədə dəyişib. Heydər Əliyevin ölkədə qayda yaratmağa yönəlmiş titanik fəaliyyəti neft strategiyasının inkişafı ilə paralel gedirdi. Ölkənin davamlı iqtisadi inkişaf, sosial vəhdət, milli birlik strategiyasının hazırlanmasında Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ümummilli liderin sayəsində Azərbaycanın öz dövlətçilik yolu formalaşıb, bu yol dünya siyasət elminə “İnkişafın Azərbaycan yolu” kimi daxil olub”.
Həmvətənimizin məqaləsində deyilir: “Heydər Əliyev Öz fəaliyyətinin bütün sahələrində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanmasını və möhkəmlənməsini təmin etmək prinsiplərinə əsaslanırdı. O, hakimiyyətə gəldiyi ilk dövrdən başlayaraq ömrünün sonuna qədər güclü, müstəqil, hüquqi dövlət yaradılması üzərində yorulmadan çalışıb”.
Sovet hökumətinin ali rəhbərliyində təmsil olunduğu illərdə Heydər Əliyev Ukrayna üçün də çox iş görüb. Ukraynada Ona həmişə görkəmli dövlət xadimi kimi dərin ehtiram bəslənib və bu gün də belədir.
Məqalədə deyilir: “Heydər Əliyevin gördüyü işlər Onun həyatının hüdudlarını aşır, bu işlər Onun vəfatından sonra da davam edir. Hansı dövrdə, hansı vəzifədə çalışmasından asılı olmayaraq, Heydər Əliyev Öz xalqının firavanlığı, onun mənafeyi naminə bütün imkanlardan istifadə edirdi. Buna görə də Onun işləri ölməzdir, Onun siyasəti dünən başa çatmayıb və bu gün də davam edir. Azərbaycanın indiki Prezidenti İlham Əliyev Ümummilli liderin layiqli varisi kimi Onun tarazlaşdırılmış, cəmiyyətin bütün təbəqələrinin mənafelərini ifadə edən siyasətini davam etdirməyə qabildir, Onun sınanmış komandası və dəqiq strategiyası var. Bu gün Azərbaycan xalqı öz nailiyyətləri ilə fəxr edir, hər gün bu nailiyyətlərin sayını daha da artırır, dünya iqtisadiyyatına, dünya mədəniyyətinə öz töhfələrini verir”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

