/ / Fransa dövlətinin Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə şərait yaratması yolverilməzdir
Fransa dövlətinin Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə şərait yaratması yolverilməzdir
28.12.2018 [09:40]
Sosial şəbəkələrdə yerləşdirdiyi videolarda iğtişaşlar törədəcəyini bəyan edən bu şəxsə “siyasi sığınacaq” verilməsi Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın demokratik inkişafı, multikultural dəyərləri qoruması, hüquqi dövlət quruculuğu prinsiplərinə sadiqliyi və davamlı islahatlar aparması hər zaman dünya birliyi tərəfindən təqdir edilir. Lakin respublikamızın əldə etdiyi uğurlar dostlarımızı sevindirməklə yanaşı, düşmənlərimizi ciddi şəkildə narahat edir.
Daha dəqiq desək, ölkəmizin uğurlu inkişafına qısqanclıqla yanaşan bir sıra anti-azərbaycançı dairələr Azərbaycanın regionda sabitləşdirici amil rolunda çıxış etməsindən, beynəlxalq aləmdə yüksək mövqe tutmasından narahat olur və bunu aşkar şəkildə büruzə verirlər. Bəzi “sapı özümüzdən baltalar”dan istifadə edərək öz məqsədlərinə çatmağa niyyətlənən həmin dairələr çirkin kampaniyalar təşkil edir, yalan və böhtanlar yayırlar. Bu cür anti-azərbaycançı dairələrin istifadə etdiyi şəxslərin kimliyi isə onların əsl məqsədlərindən xəbər verir.
Məsələn, belə ünsürlərdən biri ölkəmizə qarşı aparılan çirkin kampaniyalarda yer alan, sosial şəbəkələrdə Azərbaycana qarşı min bir hədyanlar yağdıran Vidadi İsgəndərli Fransada “məskunlaşıb”. Sosial şəbəkələrdə qanunsuz çağırışlar səsləndirən, insanları zorakılığa, terrora çağıran, qeyri-konstitusion davranışa sövq etməyə niyyətlənən bu şəxsin çirkin əməlləri hər kəsə bəllidir. Ona “qucaq açan” Fransa dövləti isə suveren Azərbaycan xalqının iradəsinə, demokratik normalara, habelə beynəlxalq qanunvericiliyə zidd fəaliyyət nümayiş etdirən bu şəxsin əməllərini sükutla qarşılayır, hətta ona hər cür şərait yaradılır. Şübhəli şəkildə Fransada “siyasi sığınacaq” almış, bu ölkədə yaşayaraq Azərbaycanın dövlət institutlarını və simvollarını ən eybəcər formada təhqir edən, xalqı konstitusion quruluşu devirməyə çağıran Vidadi İsgəndərli adlı şəxsin qanunsuz və cinayətkar fəaliyyətinə bu cür şərait yaradılması isə yolverilməzdir.
Onu da vurğulayaq ki, özünü “siyasi mühacir” kimi qələmə verən Vidadi İsgəndərli, hətta ona bu adla “siyasi sığınacaq” verən Fransa dövləti bəzi məqamları unudurlar. Lakin Azərbaycan cəmiyyəti yaxşı bilir ki, Vidadi İsgəndərli adlı bu şəxs ölkəmizdə olarkən heç bir siyasi fəaliyyət göstərməyib. Hər hansı bir siyasi fəaliyyəti olmayan birisi “siyasi mühacir” də sayıla bilməz. Məlumat üçün bildirək ki, o, vaxtilə işlədiyi dövlət orqanından yol verdiyi ciddi nöqsanlara görə işdən çıxarıldıqdan sonra qisas almaq məqsədilə Azərbaycanda pozuculuq fəaliyyəti göstərib, sosial şəbəkələrdə yerləşdirdiyi videolarda iğtişaşlar törədəcəyini dəfələrlə bəyan edib. Sözügedən fakt bu şəxsin Azərbaycan xalqının iradəsinə hörmətsizliyini və qanunazidd əməllər törətdiyini aydın şəkildə göstərir. O cümlədən hərəkətləri, sosial şəbəkələrdəki çıxışları V.İsgəndərlinin həm də psixoloji cəhətdən adekvat olmadığını anlamaq üçün kifayət edir. Elə isə görəsən, ciddi-cəhdlə “demokratiya” sözünü əlində bayraq edən bir Qərb ölkəsi cinayətkar fəaliyyətlə məşğul olan belə bir şəxsə necə və hansı məqsədlərlə “siyasi sığınacaq” verib? Çünki bu şəxsin etdikləri ölkə qanunvericiliyinə zidd olduğu qədər demokratik prinsiplərə də ziddir. Bu, Azərbaycan dövlətinə və xalqına qarşı açıq-aşkar təxribat və hörmətsizlikdir. Demək ki, Fransada bu adamın qeyri-qanuni hərəkətlərinə nəinki göz yumulur, hətta ona münasib imkanlar da yaradılır. Bu isə haqlı olaraq Azərbaycan cəmiyyəti tərəfindən də etirazla qarşılanır.
Nəticə etibarı ilə belə bir şəxsə Fransada “siyasi sığınacaq” verilməsi, çirkin və qanundankənar fəaliyyətinə hər cür şərait yaradılması həm də Fransa hakimiyyətinin Azərbaycana münasibətdə səmimiliyini şübhə altına qoyur. Beynəlxalq hüququ, beynəlxalq kodeksləri özünün əsas tezisi kimi qəbul edən Fransa dövləti, bu ölkənin aidiyyəti orqanları Vidadi İsgəndərlinin terror və zorakılıq çağırışlarına diqqət yetirməli və müvafiq tədbirlər görməlidirlər. Vidadi İsgəndərli kimi qeyri-qanuni, pozucu və cinayətkar fəaliyyətlə məşğul olan birisinə münbit şərait yaratmaqla Fransa dövləti həm də demokratik prinsiplərə hörmət göstərmədiyini ortaya qoyur. Bu isə Fransa dövlətinin özünün imicinə ağır zərbədir...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

