“Freedom House”un qərəzli “hesabat”ı reallıqları əks etdirmir
08.02.2019 [09:52]
Ermənipərəst dairələrin maraqlarına xidmət göstərən bu qeyri-ciddi QHT ölkəmizə qarşı yalan və böhtan kampaniyası aparmaqla bir daha əsl simasını ortaya qoyur
Məlum olduğu kimi, Azərbaycana qarşı hər zaman qərəzi ilə seçilən, erməni lobbisinin maraqlarına xidmət göstərən və “beşinci kolon”un havadarlarından sayılan “Freedom House” adlı QHT Dünyada Azadlıq 2019 (Freedom in the World 2019) adlı növbəti şər-böhtan dolu “hesabat” yayıb. Bu dəfə də qərəzliliyi və qeyri-obyektivliyi ilə seçilən “hesabat”da əsl həqiqətlər təhrif olunub, yalan, böhtan və ikili standartlar önə çıxıb. Belə ki, “Freedom House” Azərbaycana münasibətdə yenidən uydurma ittihamlara müraciət etdiyi halda bütün insan hüquq və azadlıqlarının məhdudlaşdırıldığı, insanları siyasi mövqeyinə görə həbs olunduğu işğalçı Ermənistanda isə gedən “proseslər”i təqdir edib.
Vurğulanmalıdır ki, bu “hesabat”da yer alan məsələlərin yalan olması ilk baxışdan bəllidir. Belə ki, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılıb və atılmaqdadır. Hüquqi, demokratik və modern dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiyyətinin formalaşması, qanunun aliliyinin təmin edilməsi məqsədi ilə ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılıb. Azərbaycanda MDB məkanında ilk dəfə olaraq Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası qəbul edilib. Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması bilavasitə vətəndaş cəmiyyəti institutlarının inkişafına çox böyük təkan verdi.
Eləcə də Azərbaycanda hər zaman fikir plüralizminə, söz azadlığına və demokratik ənənələrə sadiqlik nümayiş etdirilir. Ölkəmizdə siyasi partiyaların fəaliyyəti qanunvericilik əsasında tənzimlənir, siyasi partiyaların maliyyələşməsi dövlət büdcəsindən təmin edilir.
Azərbaycanda KİV-in inkişafı da hər zaman diqqət mərkəzində saxlanılır. Bu gün Azərbaycanda KİV-də rəngarənglik təmin edilir, internetdən azad şəkildə istifadə olunur, sosial şəbəkələr sərbəst fəaliyyət göstərir. Jurnalistlərin sosial rifahının yüksəldilməsi ilə bağlı mühüm addımlar atılır, onların mənzil şəraitlərinin yaxşılaşdırılması ilə bağlı önəmli işlər görülür. Bununla yanaşı, KİVDF-nin yaradılması və qəzetlərə edilən birdəfəlik yardımlar mətbuatın maddi təminatının daha da yaxşılaşdırılmasına xidmət edib.
Bundan başqa, ölkəmizdə sərbəst toplaşma hüququ da yüksək səviyyədə təmin edilir. Bunu isə, hətta radikal müxalifət düşərgəsi belə etiraf edir. Onlara aksiyalar keçirmək üçün şərait yaradılır, hüquq-mühafizə orqanları həmin aksiyaların təhlükəsizliyini təmin edir.
Görəsən, “Freedom House” bu gün Cənubi Qafqaz regionunda bütün sahələrdə xaosun hökm sürdüyü, insan hüquqlarının aşkar şəkildə pozulduğu, repressiyaların cövlan etdiyi, xalqa, fərqli fikirli insanlara qarşı zorakılıqların tətbiq edildiyi, ən nəhayət, zindanda jurnalistlərin, siyasi fəaliyyətlə məşğul olan şəxslərin öldürüldüyü işğalçı Ermənistana yanaşmada hansı kriteriyalardan istifadə edib? Bütün bunlar Ermənistanı “qismən azad” ölkə kimi qələmə verən bu qurumun əsl məqsədlərini ortaya çıxarır. Tək bir faktı qeyd etmək kifayətdir ki, Yerevanın Nubaraşen təcridxanasında saxlanılan Haynews.am saytının rəhbəri və “Erməni qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini Mqer Yeqiazaryan məhz zindanda keçirdiyi aclıq aksiyası və məruz qaldığı işgəncələr nəticəsində dünyasını dəyişib. M.Yeqiazaryan siyasi fəaliyyətinə görə hakimiyyətin hədəfində olmuşdu və qondarma ittihamlarla həbs edilmişdi. O, ötən il dekabrın 5-dən həbsxanada aclıq elan etmişdi. Hətta Ermənistan mətbuatı yazır ki, ölkə daxilində bu hadisəyə görə baş nazir Nikol Paşinyanın istefası tələbi səsləndirilir. M.Yeqiazaryanın ölümündə indiki hakimiyyətin, xüsusilə baş nazir N.Paşinyanın günahlandırılması da səbəbsiz deyil. Bu hadisənin 10 günə yaxın gizlədilməsi, bununla belə, onun aclıq aksiyası keçirdiyi müddət ərzində hakimiyyətin müvafiq qurumları tərəfindən heç bir reaksiyanın verilməməsi və aksiyanı dayandırmaq, ən azından onun ölümünün qarşısını almaq üçün məcburi tədbirlər görülməməsi bu qəbildən olan haqlı narazılıqlardandır.
Eləcə də Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini hələ də işğal altında saxlaması, bir milyona yaxın azərbaycanlının öz doğma yurd-yuvalarında yaşamaq hüququnun pozulduğu, görəsən, niyə həmin hesabatda əks olunmayıb? Belə olan halda, “Freedom House” təşkilatının Ermənistana qarşı bu “lütfkarlığı” haradan qaynaqlanır? Beləliklə bütün bu sadalananlar bir daha təsdiq edir ki, bu qondarma “hesabat” reallıqları əks etdirmir və birmənalı şəkildə korporativ maraqlara xidmət göstərir.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42

