/ / Hikmət Babaoğlu: Bu diplomatik səylər Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirilir
Hikmət Babaoğlu: Bu diplomatik səylər Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirilir
11.04.2019 [09:16]
“Əgər son 1 il müddətində Azərbaycanın xarici siyasətini qiymətləndirməyə çalışsaq, görərik ki, ölkəmiz bu müddətdə çox mürəkkəb mərhələdən keçib və hazırkı mərhələ yenidir”. Bu fikirləri SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Bir il müddətində bütövlükdə regionda, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflərin öz mövqelərini dəqiqləşdirmələri kimi yeni siyasi situasiyanın ortaya çıxdığını deyən millət vəkili bildirib ki, 2018-ci ildə Ermənistanda yeni baş nazir sistemi yarandıqdan sonra yeni hakimiyyət Ermənistanı işğal məsuliyyətindən kənarda saxlamaq üçün müxtəlif siyasi manipulyasiyalar ortaya atmağa başladı: “Çılpaq bir həqiqət ondan ibarətdir ki, danışıqlar prosesində biz, əslində ATƏT-in Minsk qrupu həmsədrlərinin mövqeyindən daim narazıyıq və bu narazılığı ən yüksək səviyyədə dilə gətiririk. Çox təəssüf ki, biz bəzi hallarda bu siyasi kaprizlərə ATƏT-in Minsk qrupu həmsədrlərinin loyal münasibətini də görürdük. Burada Azərbaycan Prezidenti sərt hücum diplomatiyası həyata keçirdi. İlk növbədə problemi həll etməli olan, bunun üçün BMT Təhlükəsizlik Şurasından mandat almış olan ATƏT-in Minsk qrupunun həmsədrləri danışıqlar formatının dəyişdirilməməsi ilə bağlı mövqe ortaya qoydular. Avropa İttifaqının da bu istiqamətdə mövqeyinin şahidi olduq. Dünyanın ən böyük hərbi, siyasi təşkilatı olan NATO-nun rəhbərliyi də bununla bağlı eyni fikri ifadə etdi. Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan öz manipulyasiyasına son qoymaq məcburiyyətində qaldı. Bu diplomatik səylər şübhəsiz ki, Azərbaycanın xarici siyasətinin uğuru kimi qiymətləndirilir”.
Hikmət Babaoğlu qeyd edib ki, ümumiyyətlə, xarici siyasət dedikdə, hər şeydən öncə Azərbaycan vətəndaşının, seçicisinin ağlına gələn ilk fikir ərazi bütövlüyümüzün bərpa edilməsidir: “Bunun üçün xarici siyasət alətdir. Lakin bu, hamısı deyil. İlk növbədə Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün mükəlləf olan ordumuzdur ki, onun quruculuğunda da mühüm işlər həyata keçirilib. İkinci komponent isə xarici siyasətdir. Ancaq bunların hamısının güc aldığı mənbə xalq-iqtidar birliyi, iqtisadi inkişafdır. İqtisadi inkişaf olmasa, bu sahədə islahatlar aparılmaz, iqtisadi islahatlar aparılmadan əhalinin sosial problemləri həll oluna bilməz. Bu problemlər həll olunmasa isə xalq-iqtidar birliyindən danışmaq olmaz. Bu baxımdan xalq-iqtidar birliyini təmin edən əsas məsələ Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaşlarımızın mənafeyinin dayanmasıdır ki, bunu cənab Prezident də dəfələrlə qeyd edib”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

