“Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimatı olub
13.04.2019 [10:13]
Aprelin 12-də Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” adlı kitabın təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, kitabın müəllifi, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Britaniyanın “Senate Publishing” nəşriyyatı tərəfindən çap olunan əsər barədə ətraflı məlumat verib. Bildirib ki, kitabda Azərbaycan ilə Böyük Britaniyanın münasibətləri, eyni zamanda, Azərbaycanın tarixi, mədəni irsi haqqında məlumat verilir. Qeyd edilir ki, Azərbaycan-Böyük Britaniya münasibətlərinin müasir tarixi öz başlanğıcını keçən əsrin 90-cı illərinin əvvəllərindən götürsə də, qısa müddətdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub. 1993-cü ildən başlayaraq münasibətlərimizin yüksələn xətt üzrə inkişafı siyasi, iqtisadi, mədəni, təhsil və idman sahələrində əməkdaşlıqda müsbət çalarlarla öz əksini tapıb. R.Hüseynzadə ölkələrimiz arasındakı münasibətlərin müxtəlif sahələri əhatə etdiyini bildirib. Qeyd edib ki, bu əlaqələrin qurulması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu əlaqələr Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Xarici işlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan ilə Böyük Britaniya arasındakı əlaqələrin tarixindən danışıb. Bildirib ki, bu əlaqələrin dərin tarixi kökləri var. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən biri olub. Ulu Öndər Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri ilə iki ölkə arasında münasibətlər daha da dərinləşdi. Bu gün bu münasibətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkələrimiz arasında əlaqələrin daha çox enerji sahəsi ilə bağlı olduğunu deyən R.Həsənov bu münasibətlərin digər sahələrdə də inkişaf etdiyini bildirib. Azərbaycan və Böyük Britaniya təhsil sahəsində də uğurlu əməkdaşlıq edirlər. Çoxsaylı azərbaycanlı tələbələr bu ölkədə təhsil alır. Azərbaycan Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır. Azərbaycan və Böyük Britaniya həm ikitərəfli şəkildə, həm də beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq təhlükəsizliyin qorunmasına mühüm töhfə verirlər. Azərbaycanda 500-ə yaxın Böyük Britaniya sərmayəli şirkət var və onların arasında qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin sayı çoxluq təşkil edir. Mədəni sahədə də mühüm əməkdaşlıq mövcuddur və bu istiqamətdə hər iki ölkədə müntəzəm tədbirlər keçirilir. Bu kitab Böyük Britaniya ictimaiyyətinin Azərbaycanı daha yaxından tanımasına imkan verəcək.
Sonra BP şirkətinin baş icraçı direktoru Bob Dadlinin tədbir iştirakçılarına təbriki səsləndirilib. Təbriki “BP Azerbaijan” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli oxuyub.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin tarixindən və müasir inkişaf səviyyəsindən danışıb. Qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin tarixi daha qədimlərə, təxminən XVI-XVII əsrlərə gedib çıxır. Müstəqillik dövründə Azərbaycan-Britaniya əlaqələri daha da genişlənib. Bu əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ölkələrimizin münasibətlərində inkişafın yeni mərhələsi Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Prezidentin köməkçisi vurğulayıb ki, Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir. Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi, siyasi, sosial və digər sahələrdəki münasibətlər Avropanın başqa ölkələri üçün nümunədir.
Əli Həsənov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 853-cü qətnaməsi birbaşa Böyük Britaniyanın təşəbbüsü ilə qəbul edilib. Həmin vaxt Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının sədri idi. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qəbul etdiyi 4 qətnaməyə diqqət yetirsək, görərik ki, məhz 853-cü qətnamə ən dəqiq ifadə ilə erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. “Düşünürük ki, Böyük Britaniya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində indiyə qədər oynadığı rolu bundan sonra da davam etdirəcək, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə tanınmasına, işğal olunmuş torpaqlarımızın azad edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkünümüzün öz doğma yurdlarına qayıtmalarına dəstək göstərəcək”, - deyə Əli Həsənov bildirib.
BP-nin Azərbaycanın enerji sektoruna ən çox sərmayə qoyan xarici şirkət olduğunu vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, bu şirkət Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsində mühüm rol oynayıb.
“Senate Publishing” nəşriyyatının rəhbəri, Lordlar Palatasının üzvü David Evans iki ölkə arasındakı münasibətlərdən söhbət açıb. Bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında dərin dostluq münasibətləri, sıx iqtisadi əməkdaşlıq əlaqələri var. İki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Azərbaycan Böyük Britaniyanın parlament dairələrində çox yaxşı tanınır. Azərbaycan-Böyük Britaniya əməkdaşlığı güclü ikitərəfli əlaqələrə, sabit, etibarlı tərəfdaşlığa və investisiyalara əsaslanır. Ölkələrimiz arasında maliyyə, təhsil, mədəni və digər sahələrdə də səmərəli əməkdaşlıq mövcuddur. Əminik ki, səmimi dostluğa söykənən bu münasibətlər bundan sonra da davam etdiriləcək.
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

