/ / Sığortanın ölkə üzrə tətbiqindən sonra həkimlər daha yaxşı əməkhaqqı alacaqlar, onlara qarşı tələbkarlıq artacaq
Sığortanın ölkə üzrə tətbiqindən sonra həkimlər daha yaxşı əməkhaqqı alacaqlar, onlara qarşı tələbkarlıq artacaq
01.06.2019 [10:14]
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov
“Trend” Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədovdan icbari tibbi sığorta ilə bağlı müsahibə götürmüşdür. Həmin müsahibəni oxucularımıza təqdim edirik.
- Əli müəllim, artıq 2020-ci ildən Azərbaycanın bütün rayon və şəhərlərində icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur. Hazırda bu istiqamətdə proses hansı mərhələdədir?
- İcbari tibbi sığorta ilə bağlı Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında həyata keçirilən pilot layihələrdən əldə olunan nəticələr ümidvericidir. Bir tərəfdən, insanların icbari tibbi sığortanın tətbiqi təcrübəsindən məmnunluq səviyyəsi yüksəkdir. Bu, bizim inamımızı artıran birinci məqamdır. İkinci tərəfdən, icbari tibbi sığorta ilə məşğul olan mütəxəssislərin özlərinin təcrübəsi formalaşıb. Artıq onlar da bu təcrübə əsasında bütün ölkə miqyasında icbari tibbi sığortanın tətbiq olunmasını daha inamla həyata keçirə biləcəklər.
2020-ci ilin yanvar ayından etibarən bütün ölkə miqyasında icbari tibbi sığorta tətbiq olunacaq. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı var, müvafiq təşkilati tədbirlər görülür. Güman edirəm ki, bu, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ən böyük sosial layihələrdən biri olacaq. Burada çoxlu sayda insanlarımız müalicə üçün xərclərdən azad olacaqlar. Təqaüdçülər, uşaqlar, əmək qabiliyyətini itirənlər və başqaları bu qəbildəndirlər. Bu kateqoriyalı insanların müalicəsi ilə əlaqədar bütün sığorta xərcləri dövlət tərəfindən ödəniləcək. Digər kateqoriya, yəni işləyən insanların isə əməkhaqqından və onları işə götürən müəssisə tərəfindən müəyyən faiz ödəniləcək və sığorta hesabına müalicə alacaqlar.
İcbari tibbi sığortanın tətbiqi əhalinin sosial vəziyyətinin yaxşılaşmasına kömək edəcək. Bu, məsələnin birinci tərəfidir. İkinci tərəfi isə odur ki, insanlara daha keyfiyyətli tibbi xidmətin göstərilməsi təmin olunacaq. Ölkə üzrə həkimlər daha yaxşı əməkhaqqı ala biləcəklər və insanların həkimlərə qarşı tələbkarlığı da artmış olacaq. Çünki indiki halda belə təəssürat yaranır ki, onlar sanki heç bir əvəzi olmadan müalicə olunurlar. Amma sığorta sistemində hər bir həkim müalicə etdiyi insana görə əməkhaqqı alacaq. Daha çox insana xidmət göstərən həkim yüksək əməkhaqqı alacaq, bu və ya digər səbəblərdən az xəstə qəbul edənlər isə aşağı əməkhaqqı almaq məcburiyyətində qalacaqlar. Həkimlər də daha keyfiyyətli xidmət göstərməyə çalışacaqlar ki, insanlar məhz onların qəbuluna gəlsinlər. Beləliklə, səhiyyənin keyfiyyəti yüksələcək.
- İşsiz kimi qeydiyyata alınan insanların sığorta haqları kim tərəfindən ödəniləcək?
- İşləyən və ya sahibkarlıqla məşğul olan insanlar özlərinin sığorta haqlarını, təbii ki, ödəyəcəklər. İşsiz kimi qeydə alınan insanların sığorta haqları isə dövlət tərəfindən ödəniləcək. Onlar müvafiq yardım alacaqlar. Yəni tibbi xidmətdən kənarda qalan insan olmayacaq. Bu, bütün dünyada tətbiq olunan formada Azərbaycanda da reallaşacaq.
- Əməkhaqqından nə qədər faiz tutulacağı bəllidir?
- Bu məsələ dəqiqləşdirilir. Nazirlər Kabinetinin bununla bağlı müvafiq qərarı olacaq. Elə də yüksək rəqəm deyil və vətəndaşlar, eyni zamanda, işə götürənlər üçün böyük yükə çevrilməyəcək. Bu gün Azərbaycanda dünyanın digər ölkələrində olduğu qədər sığorta haqqı tutulmasından söhbət gedə bilməz. Təbii ki, gələcəkdə Azərbaycan vətəndaşlarının əməkhaqları yuxarı olduqca, tutulan sığorta haqları da arta bilər. Biz çalışmalıyıq ki, Azərbaycanda tibbi xidmət səviyyəsi yüksək olsun.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

