Madrid UEFA matçlarının keçirilməsi səviyyəsinə görə Bakıya uduzub
04.06.2019 [09:40]
Dünya KİV-ləri Bakıda Avropa Liqasının və Madriddə Çempionlar Liqasının final matçları haqqında materialların dərcini davam etdirirlər. Mayın 3-də Rusiyanın “İnfo24” portalında “Madrid UEFA matçlarının keçirilməsi səviyyəsinə görə Bakıya uduzub” sərlövhəli məqalə yerləşdirilib. AZƏRTAC həmin məqaləni təqdim edir.
* * *
Bir həftə ərzində UEFA-nın iki əsas matçı - mayın 29-da Bakıda Avropa Liqasının finalı və iyunun 1-də Madriddə Çempionlar Liqasının finalı keçirilib. Final matçlarında Britaniya klubları mübarizə aparıblar: birinci matçda “Çelsi” 4:1 hesabı ilə “Arsenal”a qalib gəlib, ikinci matçda “Liverpul” 2:0 hesabı ilə “Tottenhem”i məğlubiyyətə uğradıb. Hər iki matç çox maraqlı keçib və futbolçular əla oyun nümayiş etdiriblər, amma finallar təşkilatçılıq səviyyəsinə görə bir-birindən kəskin fərqlənib.
Skeptiklər Avropa Liqasının finalının keçirilməsi üçün Azərbaycanın seçilməsini pisləyirdilər. “Liverpul”un məşqçisi Klopp onun fikrincə, çətinliklə gedilən şəhər olduğuna görə Bakını qızğın tənqid edirdi, halbuki onun yetirmələri Bakıda oynamırdılar. Nəticədə azarkeşlərin Bakıya gəlməsi ilə bağlı heç bir problem yaranmadı.
Başqa təşkilati problemlər də olmadı: fanatlar fan-zonaya maneəsiz daxil oldular və oyunun özündən də, stadiondan da, şəhərdəki əyləncə məkanlarından da razı qaldılar.
“Liverpul” və “Tottenhem” arasında final matçı üçün Madridə gələnlər isə böyük tıxaclar kimi dəfedilməz maneələrlə qarşılaşdılar və 2-3 saat bu tıxaclarda gözləməli oldular.
Britaniyalı futbol eksperti Brayan Herli Madriddə baş verənləri “cəhənnəm” adlandırıb. O, “Bu, Çempionlar Liqası tarixində ən pis matç idi”, - deyərək matç barədə hökmünü verib.
Bakı isə əksinə, B.Herli tərəfindən tərif yağışına tutulub. O, BBC-yə müsahibəsində deyib: “Bakının uzaqda olmasına baxmayaraq, matç mükəmməl keçdi. Şəhər təmiz və təhlükəsiz, stadion isə çox rahat idi. “Çelsi” ilə “Arsenal” arasında matça tamaşa etmək üçün Bakıya gəlmiş on minlərlə azarkeş, o cümlədən mən təşkilatçılığın, infrastrukturun və təhlükəsizliyin təminatı səviyyəsinə heyran qaldıq”.
Finalı qəbul edən azərbaycanlıların qonaqpərvərliyindən və gülərüzlüyündən çoxları danışıb. Özü də bu, britaniyalıların öz obyektiv rəyi olub.
Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib: “Meydan da, stadion da dünya səviyyəsində idi”.
“Arsenal”ın azarkeşi Riçard Skeyls fikirlərini belə ifadə edib: “Son dərəcə ürəkaçan ab-hava hökm sürürdü. Oyun, final, Bakı xoşuma gəldi. Çox gözəl şəhərdir. Burada hamı mehribandır. Əla səyahət idi”.
Təəssüf ki, azarkeşlər Madrid haqqında deməyə xoş söz tapmayıblar. Qəbul edən tərəf futbolsevərlərlə bayram ovqatı bəxş edə bilməyib.
Xəbər lenti
Hamısına baxDünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
İqtisadiyyat
19 İyun 18:22
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47

