Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
20.08.2019 [09:10]
Azərbaycanda radikal müxalifətin milli dövlətçilik institutlarına nifrəti o həddə çatıb ki, ölkədə hüquqi sistemin öz funksiyasını yerinə yetirmə proseduru da xüsusi siyasi hadisə kimi qiymətləndirilir, qarayaxma predmetinə çevrilir. Bu, müxalifətçilik deyil, milli dövlətlə, onun funksional idarəetmə aparatı ilə düşmənçilikdir.
Hər bir demokratik cəmiyyətdə ictimai münasibətlərin hüquqla tənzimlənməsi sadəcə labüddür. Azərbaycanda da hamı qanun qarşısında bərabər olduğu üçün kimin hansı vəzifədə olmasından, hansı xüsusi statusu daşımasından asılı olmayaraq törətdiyi əmələ görə cəzalandırılması ənənəsi var və bu, hüquqi dövlətin tələbidir.
Əli Kərimli isə dövlətə ədaləti təmin edən sosial institut kimi deyil, özlərinin hakimiyyəti dövründə olduğu kimi, şəxsi cəzalandırma vasitəsi kimi baxdığına görə ona elə gəlir ki, indi də elədir və qanunu pozan yüksək çinli dövlət məmurları yalnız ona görə cəzalandırılır ki, onlar kiminsə mənafelərinə toxunub. Nə etmək olar, axı “aşıq gördüyünü çağırar”.
Əli Kərimli və onun təmsil olunduğu siyasi komanda hakimiyyətdə olanda dövlətin güc strukturları yalnız ona rəhbərlik edən şəxslərin və onların yaxın əhatəsinin cəza aləti kimi istifadə edilib. Ona görə də Əli Kərimli hələ də elə düşünür ki, indi də vəziyyət onların dövründə olan kimidir. Bu cür yanaşma Əli Kərimlidə dövlətçilik və hüquqi təfəkkürün natamam olması ilə əlaqədardır.
Məsələn o dövrdə daxili işlər naziri olan İsgəndər Həmidov bu güc strukturunun imkanlarından ona xoş gəlməyən jurnalistləri döymək, avtomobilin yük yerinə atmaq, yazdığı yazını yedirtmək, başqasının mühafizəçisini güllələtdirmək, televiziyalarda müxalif fikir səsləndirənlərə basqın etmək üçün istifadə edirdi.
Baş nazir Pənah Hüseynov ölkənin bütün əmlakını özününki hesab edir, hətta arxeoloji qazıntılar zamanı tapılan qızıl sikkələri belə özünün şəxsi malı kimi görürdü.
Rəhim Qazıyev, Leyla Yunus və s. digərləri xaricdəki öz başbilənlərindən direktivlər alır, AXC-“Müsavat” hakimiyyətini ümumiyyətlə qəbul etmirdilər. Ancaq indi Əli Kərimlinin də etiraf etdiyi kimi Daxili İşlər Nazirliyinin yüksək rütbəli məmuru da, millət vəkilinin yaxını da və ümumiyyətlə kimliyindən asılı olmayaraq hər bir vətəndaş törətdiyi qeyri-qanuni əmələ görə cəzalandırılır. Bu, belə də olmalıdır. Əli Kərimli həqiqətən müxalifətçi olsaydı bunları təqdir etməli, Azərbaycanda hüquqi sistemin işini yüksək qiymətləndirməli idi. Ancaq onun siyasi və hüquqi təfəkkürü elə təqribən “Relaks” istirahət mərkəzində çalışan bəzi “işçilərin” təfəkkürü səviyyəsində olduğu üçün, hüquqi mexanizmin qanunu pozanlara tətbiqini də elə “Relaks”a qanunu vəzifələrini icra etməyə gəlmiş dövlət məmurlarına həmin “işçilər” tərəfindən göstərilən münasibət səviyyəsində qiymətləndirir və şərh edir. Belə olan halda isə “Relaks” istirahət mərkəzində qanunun tətbiqinə qarşı çıxanlarla Əli Kərimli arasında heç bir fərq yoxdur.
Hikmət BABAOĞLU
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

