Kamilə Əliyeva: Paşinyan sərsəm bəyanatları ilə özünü gülünc vəziyyətə salır
30.08.2019 [09:26]
Ermənistanın baş naziri Nikol Paşinyan davranışları və sərsəm bəyanatları ilə özünü gülünc vəziyyətə salır. Bununla o, qeyri-ciddi siyasətçi və naşı dövlət rəhbəri olduğunu hər gün bir daha nümayiş etdirir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva söyləyib.
Deputat qeyd edib ki, Paşinyan hələ də mitinq, küçə eyforiyası və düşüncəsi ilə hərəkət edərək siyasət və dövlət adamı olduğunu anlaya bilmir. Hər zaman bir-biri ilə ziddiyyət təşkil edən açıqlamalar verən baş nazir tamamilə özünü itirib. O, pafoslu, reallıqdan uzaq vədlərlə hakimiyyətə yiyələndiyi Ermənistanda əhaliyə verdiyi vədləri yerinə yetirə bilmədikcə və bunun nəticəsi olaraq vəziyyəti gündən-günə çətinləşdikcə ağılsız bəyanatlar verməyə məcbur olur. Düşdüyü vəziyyətdən çıxmaq, itirdiyi nüfuzunu bərpa etmək üçün özündən əvvəlki Ermənistan rəhbərlərinin - koçaryanların, sarkisyanların belə ağlına gəlməyən ən avantürist bəyanatları səsləndirir və həm özünü, həm də ölkəsini uçuruma doğru aparır. Onun “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatları münaqişənin sülh yolu ilə həlli prosesinə maneə yaradır. Gah deyir ki, münaqişənin Ermənistana aidiyyəti yoxdur, bu problem Azərbaycanla Qarabağ erməniləri arasındadır, gah deyir ki, format dəyişikliyi olmalıdır, Qarabağ erməniləri danışıqlarda tərəf kimi iştirak etməlidir, gah da deyir ki, Qarabağ Ermənistanındır, Ermənistana birləşdirilməlidir və sair. Çox təəssüf ki, Paşinyanın bu cür təxribatçı bəyanatları və addımları ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən qulaqardına vurulur. Bütün bunlar təbii ki, işğaldan əziyyət çəkən Azərbaycan xalqında haqlı olaraq ciddi narazılıqlar yaradır. Azərbaycan xalqı və dövləti Ermənistanın işğalçı, təxribatçı siyasətinə son qoyulmasını, Minsk qrupunun həmsədrlərinin sözdən işə keçərək Ermənistanın sülhə məcbur edilməsini bir tələb kimi qarşıya qoyur. “Biz haqqımızı tələb edirik. Heç kəsdən heç nə istəmirik. Dünya ictimaiyyəti, xüsusilə beynəlxalq təşkilatlar Ermənistana öz yerini göstərməlidir. Ermənistan Azərbaycan ərazilərindən geri çəkilməyə məcbur edilməlidir”, - deyə deputat qeyd edib.
Kamilə Əliyeva bildirib ki, əgər Ermənistan rəhbərliyinin, Paşinyanın bir balaca düşünmək qabiliyyəti olsaydı, özünü də, xalqını da, dövlətini də uçuruma aparmazdı. Onlar birdəfəlik bilməlidir ki, Qarabağ Azərbaycanındır. Kimsə bu gerçəkliyi dəyişdirə bilməz və bilməyəcək.
Xəbər lenti
Hamısına baxAnalitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39

