Azərbaycan uşaqlarının I Forumu "Uşaq ili"nin yekunlarına həsr olunub
18.12.2009 [09:29]
Dünən Bakıda Heydər Əliyev Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və “Nur” Uşaq və Gənclərin İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycan uşaqlarının I Forumu işə başlayıb.
Azərbaycanda “Uşaq ili”nin yekunlarına və BMT-nin Uşaq Hüquqları Konvensiyasının 20 illiyinə həsr olunmuş forumda respublikanın müxtəlif bölgələrindən 250-dən cox uşaq iştirak edib. Uşaqların özlərinin aparıcılıq etdikləri forumda onları maraqlandıran bütün məsələlər geniş müzakirə olunub. Forum Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Mərasimdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın forum iştirakçılarına təbrik məktubu oxunub.
Məktubda deyilir ki, uşaqlar cəmiyyətimizin ən zərif hissəsidir. İnsana uşaqlıqda göstərilən qayğı və məhəbbət onun gələcək fiziki sağlamlığının, mənəvi saflıq və zənginliyinin rəhnidir. Fəxrlə deyə bilərik ki, Azərbaycan cəmiyyəti tarixən uşaqlara ən xoş münasibət və qayğının örnəyi olub. Bu gün uşaqların sağlam mühitdə böyüməsi və tərbiyə olunması, müvafiq standartlara cavab verən təhsil müəssisələrində oxuması üçün gözəl şərait yaradılıb.
Baş nazirin müavini Elçin Əfəndiyev forumun əhəmiyyətini vurğulayıb. Bildirib ki, BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaq hüquqlarının hərtərəfli müdafiəsini əhatə edən beynəlxalq sənəddir. Artıq Azərbaycan dövləti BMT-nin müvafiq komitəsinə 4 dövri hesabatı təqdim edib. Bu, Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümündə respublikamızda həmin sahəyə diqqətin daha da artmasının göstəricisidir.
Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təsadüfi deyildir ki, hətta qlobal iqtisadi böhran fonunda Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ili “Uşaq ili” elan edib.
Uşaqların keyfiyyətli təhsil və yüksək dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilmələri, hərtərəfli qayğı ilə əhatə olunmaları, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin şəxsiyyət, layiqli vətəndaş kimi formalaşması Azərbaycan Respublikasında dövlət uşaq siyasətinin Ulu öndərimiz Heydər Əliyevin ənənələrindən gələn başlıca prinsiplərindəndir.
E.Əfəndiyev deyib ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti,YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artması ilə nəticələnib. Heydər Əliyev Fondu uşaqların hərtərəfli inkişafı, onların müasir tələblərə uyğun təhsil və tibbi xidmətlərlə təmin olunması, uşaq problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirir. Azərbaycan hökumətinin bu ilin oktyabrında BMT ilə birgə “Azərbaycanda uşaqların müdafiəsi islahatı” mövzusunda keçirdiyi konfrans bu istiqamətdə görülən işlərə güclü təkan verib.
Baş nazirin müavini 1999-cu ildə BMT-nin Uşaq Hüquqları Konvensiyası ilə əlaqədar Azərbaycanda “ Uşaq hüquqları haqqında” Qanunun qəbul edildiyini diqqətə çatdırıb. ötən illər ərzində milli qanunvericilik və normativ hüquqi aktlar mütəmadi olaraq təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsinə yönəlmiş bir çox dövlət proqramları qəbul edilib. Hazırda ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş 30-dan artıq dövlət proqramı həyata keçirilməkdədir.
Uşaq problemləri sahəsində digər məsələlərin həllinə ictimaiyyətin, o cümlədən qeyri-hökumət təşkilatlarının, özəl sektorun, beynəlxalq təşkilatların cəlb edilməsi də qarşıda duran vəzifələrdəndir. Regionlarda sağlam həyat tərzi ilə bağlı kütləvi maarifləndirmə işlərinin aparılması da çox vacibdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova uşaqların inkişafı, onların hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib. Bildirib ki, Milli Məclisdə bununla bağlı 15-dək konvensiya ratifikasiya olunub. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən fərman və sərəncamlar imzalanıb. Bu sahədə çoxsaylı dövlət proqramları mövcuddur. Uşaq hüquqlarının tam şəkildə reallaşması, hər bir uşağın öz potensialını göstərə bilməsi üçün mükəmməl hüquqi baza yaradılıb.
AQUPDK-nın sədri Hicran Hüseynova tədbirdə çıxış edərək deyib ki, bütün dünyanı iqtisadi böhran bürüdüyü indiki şəraitdə aparılan inamlı sosial siyasət, islahatlar Azərbaycanın gələcək vətəndaşlarına öz sabahlarına inamla baxmaq imkanı verir. 2009-cu ilin “Uşaq ili” elan edilməsi dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətinin uşaqların problemlərinə cəlb edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Son illərdə uşaqların sağlamlığının möhkəmləndirilməsi, onların müasir tələblər səviyyəsində təhsil alması üçün lazımi şəraitin təmin edilməsinə yönəlmiş mühüm addımlar atılıb.
“Nur” Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova bildirib ki, Prezident İlham Əliyevin 2009-cu ili “Uşaq ili” elan etməsi uşaqların inkişafında çox mühüm tarixi hadisəyə çevrilib. Dövlət tərəfindən görülən işlər Azərbaycan uşaqlarının firavan yaşaması, böyüməsi, təhsil alması, öz istedadlarını cəmiyyətə göstərməsi üçün lazım olan bütün imkanları, şəraiti yaradıb.
Tədbirdə bildirilib ki, Mehriban xanım Əliyeva forum tərəfindən “Qızıl ürək” mükafatı ilə təltif olunub.
Forum öz işini işçi qruplarında davam etdirib. İşçi qruplarında uşaqları düşündürən ən mühüm mövzular ətrafında ekspertlərin iştirakı ilə müzakirələr aparılıb, təqdimatlar keçirilib. Forumun sonunda Prezident İlham Əliyevə müraciət və yekun bəyannamə qəbul ediləcək.
Forum bu gün başa çatacaq.
Xəbər lenti
Hamısına baxSosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50

