Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin məzarı üzərində “Dəmir abidə” ucaldılıb
27.09.2019 [08:35]
Türkiyənin 9-cu Prezidenti, görkəmli siyasi və dövlət xadimi, Azərbaycanın yaxın dostu Süleyman Dəmirəlin məzarı üstündə “Dəmir abidə” ucaldılıb. Abidənin adı mərhum prezidentin soyadından götürülüb.
AZƏRTAC xəbər verir ki, abidənin hündürlüyü 30 metrdir. Məzarın yerləşdiyi geniş ərazidə Süleyman Dəmirəlin 9-cu prezident olması şərəfinə 9 süni göl yaradılıb. Burada geniş yaşıllıq salınıb, abadlıq işləri aparılıb.
Ümummilli Lider Heydər Əliyevin ən yaxın dostları sırasında yer alan Süleyman Dəmirəl hər zaman Azərbaycana tükənməz sevgi bəsləyib. Ulu Öndər Heydər Əliyevlə mərhum Prezident Süleyman Dəmirəlin birlikdə qəbul etdikləri tarixi qərarlar ölkələrimizin bu günü və gələcəyi üçün tarixi əhəmiyyətə malikdir. Buna görə də Azərbaycan və Türkiyə xalqları hər iki böyük şəxsiyyəti ehtiramla anır.
2014-cü ildə İsparta vilayətinin İslamköy kəndində Türkiyənin doqquzuncu Prezidentinin həyat və fəaliyyətini əks etdirən “Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksi” yaradılıb. Həmin kompleksin və yeni açılışı olan “Dəmir abidə”nin memarı mərhum prezidentin qardaşı Şövkət Dəmirəldir. Süleyman Dəmirəl Vəqfi tərəfindən Dəmirəllər ailəsinin ata-baba mülkü olan torpaq sahəsində qurulmuş muzey kompleksi 16 min kvadratmetr ərazini əhatə edir. Kompleksdəki binaların inşasında Səlcuqlar və Osmanlı dövrünün memarlıq üslubundan istifadə olunub.
Azərbaycan tərəfi İspartada Süleyman Dəmirəllə bağlı təşkil olunan bütün tədbirlərdə yaxından iştirak edir. “Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzey Kompleksi”ndə Azərbaycanla bağlı nümunələr, o cümlədən Ümummilli Lider Heydər Əliyevlə Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin dostluq və qardaşlıq münasibətlərini əks etdirən nadir kitablar, fotolar və portretlər hər zaman ziyarətçilər tərəfindən maraqla qarşılanır.
Xəbər lenti
Hamısına baxElm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59

