/ / Azərbaycan nümayəndə heyəti Fransanın mərhum Prezidenti Jak Şirakla vida mərasimində iştirak edib
Azərbaycan nümayəndə heyəti Fransanın mərhum Prezidenti Jak Şirakla vida mərasimində iştirak edib
01.10.2019 [09:51]
Sentyabrın 30-da Fransanın sabiq Prezidenti, görkəmli dövlət xadimi Jak Şirakla vida mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Əlillər Sarayında (Les Invalides) keçirilən vida mərasimində Azərbaycanı Maliyyə naziri, Azərbaycan-Fransa Hökumətlərarası İqtisadi Komissiyasının həmsədri Samir Şərifovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Dünyanın 80 ölkəsinin liderləri dəfn mərasimində iştirak etmək üçün Parisə gəliblər. Matəm mərasimində iştirak edən siyasətçilərin arasında Rusiya Prezidenti Vladimir Putin, İtaliya Prezidenti Sercio Mattarella, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Belçikanın Baş Naziri Şarl Mişel, Livanın Baş Naziri Saad Hariri, Gürcüstan Prezidenti Salome Zurabişvili, Macarıstan hökumətinin rəhbəri Viktor Orban və başqaları olub.
Xatirə mərasiminə Fransa Prezidenti Emmanuel Makron rəhbərlik edib. Tədbirə, həmçinin ölkənin Baş Naziri Eduar Filipp, Fransa parlamentinin aşağı və yuxarı palatalarının spikerləri və bir sıra yerli partiyaların liderləri də qatılıb.
Vida mərasimindən sonra sabiq Prezidentin tabutu Sən Sülpis kilsəsinə aparılıb və orada onun ailə üzvləri və yaxınlarının iştirakı ilə dini mərasim keçirilib.
Jak Şirak Parisin Monparnas qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, sentyabrın 30-u Fransada matəm günü elan edilib.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

