ABŞ Konqresinin məlum qərarı bitərəflik prinsipinə ziddir
19.12.2009 [22:13]
ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatın 2010-cu il üçün Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində yardım ayrılması qərarı, Azərbaycan ictimaiyyəti və dünya azərbaycanlıları tərəfindən haqlı olaraq narazılıqla qarşılanıb. Beynəlxalq arenada insan haqlarının müdafiəçisi və ədalətin bərpaçısı qismində çıxış edən ABŞ kimi bir ölkənin parlamentinin bu ədalətsiz qərarı dövlətin imicinə zərbə vurur. Məlum olduğu kimi, qərarda işğalçı Ermənistana gələn il üçün 41 milyon dolların ayrılması da nəzərdə tutulub. İşğalçı ölkəyə və onun dəstəklədiyi separatçı rejimə göstərilən bu qayğı, əslində, dolayı yolla Ermənistan rəhbərliyinin anti-humanist və cinayətkar əməllərinin təqdir olunması deməkdir.
Məlum olduğu kimi, uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanla Ermənistan arasında danışıqlar aparılır. Minsk qrupunun həmsədr ölkələrindən biri kimi ABŞ da prosesdə yaxından iştirak edir və öz üzərinə münaqişənin həllində yardımçı olmaq öhdəliyini götürüb. Eləcə də, rəsmi Vaşinqton Azərbaycanın ərazi bütövlüyünə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib. Eyni zamanda, BMT, Avropa Şurası və digər nüfuzlu təşkilatlar da daxil olmaqla (işğalçı Ermənistandan başqa) bütün dünya ölkələrinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda ABŞ-ın işğalçıya təzyiqlər əvəzinə hər cür yardım və dəstək göstərməsi nəinki beynəlxalq hüquq norma və prinsiplərinə, heç adi məntiqə də uyğun gəlmir.
Xatırladaq ki, bir müddət öncə BMT-də Azərbaycanın işğal altında olan torpaqlarındakı vəziyyətlə bağlı qəbul olunan qətnamənin lehinə səs verməyən ABŞ bu addımı Minsk qrupunun üzvü kimi bitərəf qalmasının vacibliyi ilə izah etmişdi. Elə isə ABŞ Konqresinin sözügedən qərarı bitərəflik prinsipinə ziddir. ABŞ rəsmiləri yadımın separatçı rejimə deyil, bölgənin münaqişədən zərər çəkən erməni əhalisinə ayrıldığını bildiriblər. Lakin unutmaq lazım deyil ki, hərbi təcavüzə məruz qalan ölkə Azərbaycandır və münaqişədən ən çox azərbaycanlı əhali əziyyət çəkir. Deməli, qaçqın və məcburi köçkünə çevrilən bir milyondan artıq azərbaycanlının durumunun nəzərə alınmaması okeanın o tayında qəbul olunan son qərarın birtərəfli və ədalətsiz xarakterindən xəbər verir. Düzdür, ABŞ səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidson vəsaitlərin ərazilərin minalardan təmizlənməsinə yönəldiyini bəyan edib. Lakin bu da faktdır ki, ayrılan vəsaitlər çox vaxt təyinatı üzrə xərclənmir, əksinə, separatçı rejimin güclənməsinə sərf olunur.
Təbii ki, bu faktların fonunda Konqresin 2010-cu il üçün işğal altındakı Dağlıq Qarabağın separatçı rejiminə maliyyə yardımı ayırması etiraza səbəb olub. Qərarın Azərbaycan ictimaiyyətində yaratdığı təəssüf hissinin göstəricisi kimi, müxtəlif QHT-lər, ictimai təşkilatlar məsələ ilə bağlı bəyanatlar qəbul ediblər. Sözügedən qərar həm də bütün dünya azərbaycanlılarını ciddi narahat edir. Müxtəlif ölkələrdəki diaspor təşkilatlarımız bu ədalətsiz qərara etiraz bəyanatları yayaraq Konqresin bir sıra lobbilərin təsiri altında ölkəmizə qarşı sərgilədiyi ədalətsiz münasibətə son qoyacağına ümid etdiklərini bildiriblər.
Bir sözlə, sözügedən qərarın ölkəmizdə ciddi narazılıqlarla qarşılanması heç kəsdə təəccüb doğurmamalıdır. Lakin bəzi qüvvələr bu narahatlığı guya Azərbaycanda ABŞ-a qarşı əks təbliğatın başlanması kimi qələmə verməyə çalışırlar. Əslində, bu cür yanaşma iki ölkə arasındakı münasibətlərin gərginləşməsində marağı olan qüvvələrin qərəzli mövqeyindən başqa bir şey deyil. Ən azı ona görə ki, Azərbaycan ABŞ-la yaxın strateji müttəfiqdir. Azərbaycan hərbçiləri ABŞ-ın rəhbərliyilə İraqda və Əfqanıstanda həyata keçirilən beynəlxalq sülhməramlı missiyanın tərkibində çıxış edir. Beynəlxalq terrorizmlə mübarizədə ölkəmiz ABŞ-ın etibarlı tərəfdaşıdır və bu məsələdə onu hər zaman dəstəkləyib. Eyni zamanda təcavüz və terrorizmlə üz-üzə qalan Azərbaycanın da beynəlxalq dəstək almağa tam haqqı var. Bu gün işğal altındakı nəzarətsiz qalmış torpaqlar müxtəlif cinayətkar qrupların fəaliyyət göstərməsi, narkotik bitkilərin becərilməsi və tranziti üçün əlverişli mühitdir. Bu isə təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əlavə təhlükə mənbəyidir.
Onu qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin noyabr-dekabr aylarında çıxışları zamanı bəyan edib ki, Azərbaycan xalqı işğal vəziyyətinə sonsuzadək dözmək niyyətində deyil və münaqişə ən qısa zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Minsk qrupu həmsədrlərinin irəli sürdükləri Madrid təklifləri də problemin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən proseslərdə həlledici mərhələyə qədəm qoyulduğu, danışıqların intensivləşdiyi bir vaxtda ABŞ Konqresinin bu qərarı isə prosesin gedişatına mənfi təsir göstərir.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

