Üçüncü çağırış Naxçıvan MR Ali Məclisinin səkkizinci sessiyası keçirilib
29.12.2009 [10:30]
Sessiyanın gündəliyi təsdiq olunub. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov 2009-cu ildə Muxtar Respublikanın sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar məruzə edib.
Naxçıvan MR maliyyə naziri Xalid İsgəndərov “Naxçıvan Muxtar Respublikasının 2010-cu il dövlət büdcəsinin təsdiq edilməsi”, Dövlət Sosial Müdafiə Fondunun sədri Rasim Hüseynov “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsinin təsdiq edilməsi” barədə çıxış ediblər.
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” və “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununa əlavə edilməsi barədə” məsələlər müzakirə edilib, müvafiq qanunlar qəbul olunub.
Naxçıvan MR İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ülkər Bayramovanın hesabatı dinlənilib.
Sessiyada Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar İbrahimovun məlumatı dinlənilib, Naxçıvan MR Ali Məclisi sədrinin fərmanları təsdiq edilib.
Ali Məclisin sədri sessiyaya yekun vuraraq deyib: “Biz 2009-cu ilə yekun vurduq. Əvvəllər olduğu kimi, ötən müddət ərzində də Muxtar Respublikada iqtisadi inkişaf davam etdirilmiş, quruculuq işlərinin həcmi daha da artırılmış, bir sıra uğurlar əldə olunmuşdur. Muxtar Respublikanın inkişafında, sabitliyin, sərhədlərin qorunmasında əməyi olanların hamısına təşəkkürümü bildirir, qarşıda duran vəzifələrin yerinə yetirilməsində hər birinizə uğurlar arzulayıram. Bugünkü sessiyamız əlamətdar ərəfədə keçirilir. Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı gəlir. 1991-ci ilin dekabrında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan MR Ali Məclisində təsis olunmuş, az sonra bütün ölkə miqyasında qəbul edilmiş həmrəylik bayramı bizləri azərbaycançılıq ideyasını, doğma vətənimiz Azərbaycanı daha da inkişaf etdirmək, qüdrətli dövlətə çevirmək amalı uğrunda sıx birləşdirir”.
Ali Məclisin sədri Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə sessiya iştirakçılarını, bütün Muxtar Respublika əhalisini, Silahlı qüvvələrin Muxtar Respublika ərazisindəki hissələrinin şəxsi heyətini təbrik edib.
Bununla da üçüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyası öz işini başa çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33

