31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
31.12.2009 [01:57]
18 il öncə -1991-ci ilin dekabrında Azərbaycan tarixinin ən keşməkeşli dövrlərdən birini yaşayırdı. Yenicə müstəqillik əldə etmiş ölkəmiz azadlığın şirinliyini dadmamış tarixin ən acı zərbələrinə tuş gəlmişdi. Azərbaycana qarşı yönələn təzyiqlərin, iddiaların ardı-arası kəsilmirdi. Xarici güclər regionun strateji nöqtəsi sayılan, zəngin təbii sərvətlərə malik ölkəmizi ələ keçirmək üçün bütün vasitələrə əl atırdılar. Bu isə müstəqillik yolunda ilk addımlarını atmağa hələ macal tapa bilməyən Azərbaycanın parçalanması, ölkəmizin formal müstəqillik pərdəsi altında müstəmləkəyə çevrilməsi təhlükəsini ortaya çıxarmışdı.
Həmin dövrlərdə Azərbaycanın hər bir nöqtəsində analoji gərginlik hiss edilirdi. Amma ağır blokada şəraitində yaşayan, erməni fitnəkarlığı ilə üz-üzə dayanan, Naxçıvan Muxtar Respublikasında vəziyyət daha da gərgin idi. Bununla belə, Naxçıvanın yeganə bir ümid yeri vardı - ümummilli lider Heydər Əliyev...
Böyük dövlətçilik bacarığı və uzaqgörən siyasəti ilə Naxçıvanı qoruyan Ulu öndər həmin vaxt eyni zamanda Azərbaycanı düşünürdü. ümummilli lider yaxşı bilirdi ki, Azərbaycanı bu cür ağır çətinliklərdən bir yolla - milli birliyə nail olmaq yolu ilə qurtarmaq olardı. Daha doğrusu, nəinki ölkə daxilində, həm də dünyanın hər yerində yaşayan soydaşlarımızın milli maraqlar ətrafında bir araya gəlməsi Azərbaycanın çətin vəziyyətdən çıxmasında mühüm rol oynaya bilərdi. Məhz bu məqsədlə də, Ulu öndər Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin 1991-ci ildəki tarixi iclasında dünya azərbaycanlılarına üz tutdu. Onları BİRLİYƏ, HƏMRƏYLİYƏ, AZƏRBAYCANIN KöMƏYİNƏ səslədi.
ümummilli liderimiz Heydər Əliyevin çağırışı həm özündə Azərbaycanın etnik-mədəni rəngarəngliyini, həm də dövlətin gələcək taleyini əks etdirirdi. Bu çağırış müdrik dövlət adamının ölkənin gələcək taleyi ilə bağlı uzaqgörən strategiyasına əsaslanırdı. Qısa bir müddət keçəcək, verilən tarixi qərar hər cür emosionallıqdan uzaq, mükəmməl azərbaycançılıq ideologiyasına, müstəqil Azərbaycan dövlətinin xilas yoluna çevriləcəkdi. Dünya azərbaycanlılarının birinci qurultayındakı çıxışı zamanı Ulu öndər Heydər Əliyev azərbaycançılığı aşağıdakı şəkildə xarakterizə etmişdi: “İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın. Dünyada, eyni zamanda, assimlyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram- gərək, yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır. öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. HƏMİŞƏ FƏXR ETMİŞƏM, BU GüN DƏ FƏXR EDİRƏM Kİ, MƏN AZƏRBAYCANLIYAM!!!”
Ulu öndərin qeyd etdiyi kimi, müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıq oldu və bu ideologiyanın əsası, məhz, ümummilli liderimizin 18 il öncə dünya azərbaycanlılarını bir tarix ətrafında birləşdirdiyi gün qoyuldu. Eyni zamanda Ulu öndər Heydər Əliyev siyasətini uğurlu şəkildə davam və inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də hər zaman milli maraqlarımızı, vətəndaş birliyi və həmrəyliyi prinsipini əsas tutur. Aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycan diasporası artıq güclü və mütəşəkkil bir təşkilatlanma prosesini başa vurub. ölkəmizin uğurla həyata keçirdiyi xarici siyasət kursuna diaspora tərəfindən verilən dəstək qazanılan nailiyyətlərdə mühüm rola malikdir. Bu fakt Prezidentimizin bu günlərdə dünya azərbaycanlılarına ünvanladığı təbrik məktubunda da öz əksini tapıb. Məktubda qeyd olunur ki, 1991-ci ilin dekabrında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən təsis edilmiş və az sonra bütün ölkə miqyasında qəbul olunmuş bu bayram hər bir azərbaycanlıda öz ana Vətəninə məhəbbət, xalqına sədaqət, tarixi və mədəniyyətinə hörmət kimi nəcib hissləri gücləndirir, bizi birləşdirən mənəvi-əxlaqi dəyərlərin sonrakı nəsillərə ötürülməsinə xidmət edir: “Diaspor quruculuğu sahəsində aparılan işlər artıq öz müsbət nəticələrini verməkdədir. Bu gün soydaşlarımız yaşadıqları dövlətlərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatına hərtərəfli inteqrasiya olunur, ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsinə fəal yardım göstərirlər. Azərbaycan reallıqlarının dünyaya təqdim olunmasında, zəngin və çoxşaxəli mədəni irsimizin təbliğində, erməni millətçilərinin qərəzli ideoloji fəaliyyətinin qarşısının alınmasında diaspor təşkilatlarımızın rolu danılmazdır. Biz xaricdəki həmvətənlərimizin dost ölkələrin lobbi və diasporları ilə sıx əməkdaşlığının qurulmasına da ciddi önəm verir, bu sahədə irəli sürülən təşəbbüsləri, atılan addımları həmişə birmənalı şəkildə müdafiə edirik”.
Bəli, bu gün müstəqil Azərbaycan Respublikası bütün dünya azərbaycanlılarının doğma yurdudur. Onu göz bəbəyi kimi qorumaq və gücləndirmək isə hər birimizin ümdə vəzifəsidir. öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyan Azərbaycanda ötən illər ərzində həyata keçirilən islahatlar sabit və dayanıqlı hüquqi-siyasi sistemin, güclü iqtisadi potensialın yaranmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün bizi narahat edən yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmaması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmamasıdır: “Biz bu mürəkkəb, ağrılı məsələnin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün bütün zəruri tədbirləri görürük. Düşünürəm ki, gənc respublikamızın inkişafı yolunda əsas maneə olan bu problemin tezliklə həlli Azərbaycan dövləti ilə yanaşı, bütün həmvətənlərimizin də qarşısında mühüm vəzifə kimi durur. Buna görə də, ürəyi Vətən sevgisi ilə döyünən dünya azərbaycanlıları bu istiqamətdə öz səylərini gücləndirməli, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü fəaliyyət göstərməlidirlər”.
Prezident İlham Əliyev eyni zamanda dünya azərbaycanlılarını bir daha milli mənafe uğrunda birliyə səsləyib: “Əziz soydaşlar! Hörmətli həmvətənlər! Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Sizi milli mənafelərimizin qorunması, müstəqil dövlətimizin tərəqqisi və beynəlxalq nüfuzunun artırılması naminə sıx birləşərək daha səmərəli fəaliyyət göstərməyə dəvət edirəm”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42

