/ / Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi, əslində, xalqın mütləq əksəriyyətinin Prezident İlham Əliyevə, Onun siyasətinə dərindən inamının daha bir ifadəsidir
Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi, əslində, xalqın mütləq əksəriyyətinin Prezident İlham Əliyevə, Onun siyasətinə dərindən inamının daha bir ifadəsidir
13.02.2020 [09:09]
“Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən növbədənkənar seçkilərin ilkin nəticələri elan olunduqdan sonra etiraf edilməli ilk və başlıca həqiqət bu nəticələrin Prezident İlham Əliyevin və Onun rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının növbəti parlaq qələbəsinin ifadəsi olmasındadır. İlkin nəticələrə görə, partiyamızın namizədləri 72 dairədə səs çoxluğu qazanıblar. Bu, 2015-ci ildə keçirilən seçkilərdə partiyanın qazandığı deputat yerlərindən çoxdur. Milli Məclisdə Yeni Azərbaycan Partiyasını təmsil etmək hüququnu qazananların 13-ü qadın, 5-i 35 yaşa qədər olanlardır, 24 nəfər ilk dəfə parlament seçkilərində iştirak etmişdir”. Bu fikirləri Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov özünün “facebook” səhifəsində paylaşdığı “Demokratiyanın və ədalətin təntənəsi” sərlövhəli məqaləsində bildirib.
Əli Əhmədov qeyd edib ki, Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi hər şeydən əvvəl Prezident İlham Əliyevin yüksək nüfuzuna, Onun həyata keçirdiyi siyasət sayəsində iqtisadiyyatda, xalqın rifahının yaxşılaşdırılmasında, ölkəmizin beynəlxalq mövqeyinin güclənməsində əldə edilən möhtəşəm irəliləyişlərə, sabitlik, əmin-amanlıq və təhlükəsizlik kimi fundamental dəyərlərə, habelə genişmiqyaslı islahatlar konsepsiyasına əsaslanır: “Seçkilərdə partiyamızın qələbəsi, eyni zamanda, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatlar siyasətini insanların yüksək qiymətləndirməsi kimi də qəbul olunmalıdır. Fürsətdən istifadə edib Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin inkişafına verdiyi töhfələrin partiyamızın möhtəşəm qələbəsində xüsusi yerini vurğulamaq istəyirəm.
Yeni Azərbaycan Partiyasının növbəti möhtəşəm qələbəsi, əslində, xalqın mütləq əksəriyyətinin Prezident İlham Əliyevə, Onun siyasətinə dərindən inamının daha bir ifadəsidir. Xalqın dəstəyi ilə həmişə qələbələr qazanan Yeni Azərbaycan Partiyasının növbəti uğuru, həmişə olduğu kimi, ilk növbədə xalqın qələbəsi, demokratiyanın təntənəsi, ədalətin zəfəridir.
Mən fürsətdən istifadə edərək Milli Məclisin üzvü seçilmək şərəfinə nail olmuş digər partiyaların nümayəndələrini, bitərəf namizədləri də təbrik edirəm. Əminəm ki, onlar seçicilərinin etimadını doğrulda, ölkəmizdə parlament ənənələrinin inkişafına öz töhfələrini verə biləcəklər”.
Əli Əhmədov Milli Məclisə keçirilən növbədənkənar seçkilərin çox mühüm digər bir nəticəsini də qeyd edib: “Prezident İlham Əliyevin siyasətini, ölkədəki inkişafı, sabitliyi və əmin-amanlığı qətiyyətlə dəstəkləyən xalqımız, eyni zamanda, bütün mütərəqqi dəyişikliklərə qarşı çıxan radikal müxalifətə növbəti dəfə öz qəti və birmənalı münasibətini ifadə etmiş oldu. İctimai dəstəyinin bütünlüklə itirilməsi səbəbindən seçkilərə qatıla bilməyən radikalların köhnə ənənələrinə sadiq qalaraq seçkiləri “boykot” etmək çağırışları biabırçı iflasa uğradı. Bunun iki başlıca nümunəsini göstərmək olar: birincisi və ən əsası insanların səsvermə günü nümayiş etdirdiyi fəallıq və Prezidentin siyasətini dəstəkləməsidir. İkincisi isə seçkilərdə rekord sayda, 1300-dən çox namizədin iştirak etməsidir.
Radikalları məyus edən digər bir məqamı da ayrıca vurğulamağa dəyər. Bu da seçkilərə beynəlxalq təşkilatların yüksək marağı, seçki kampaniyasının ayrı-ayrı mərhələlərini və səsvermə prosesini izləmək məqsədi ilə Azərbaycana 900-dək beynəlxalq müşahidəçinin gəlməsidir. Onların mütləq əksəriyyətinin seçkiləri yüksək qiymətləndirməsi kampaniyanın demokratik prinsiplərə uyğun, açıq rəqabət şəraitində və şəffaf şəkildə keçirildiyinə əsas dəlillərdən sayıla bilər. Radikalların gözlədiyinin əksinə olaraq, beynəlxalq müşahidəçilərin rəyləri onların ölkəmizdə keçirilən seçkilərə ləkə vurmaq planlarını alt-üst etmiş oldu. Əslində, bu, radikalların, sadəcə, məğlubiyyəti deyil, sözün əsl mənasında, iflası oldu.
Təəssüf ki, hər vəhclə Azərbaycanın demokratik imicinə kölgə salmağı özlərinin həyat kredosu elan etmiş radikal müxalifət seçkidən sonra da bəd əməllərindən əl çəkmir, aldıqları sifarişlərə uyğun olaraq artıq arxada qalmış seçkilərin nəticələrinə “etiraz” bəhanəsi ilə qarşıdurma yaratmağa, sabitliyi pozmağa çalışır. Ancaq əvvəllər dəfələrlə olduğu kimi, indi də lənətlənmiş “beşinci kolon” adını götürmüş radikal müxalifətin bütün səyləri boşa çıxır və çıxacaq. Ona görə ki, əvvəla, ölkədəki inkişafı və sabitliyi yüksək qiymətləndirən xalqımız buna imkan verməz. İkincisi isə, xalqın rəğbətini qazanmaqda qeyri-adi fərasətsizlik göstərən uğursuz radikal müxalifət “beşinci kolon” kimi də bacarıqsızlığı və qabiliyyətsizliyi ilə seçilir. Bəlkə də, bu mənada Azərbaycanın bəxti gətirib”.
Əli Əhmədovun fikrincə, siyasi tariximizin artıq bir parçasına çevrilmiş 9 fevral seçkiləri bir daha Azərbaycan mühitində və siyasətində radikalizmə yer olmadığını göstərdi. Bu, xalqın həm rəyi, həm də iradəsidir. Radikal müxalifət hər şeydən əvvəl onun özünə lazım olan həmin həqiqəti nə qədər tez dərk etsə, o qədər yaxşıdır.
“Sözlərimi müsbət notlarla bitirmək istəyirəm. İki ay davam edən seçki həyəcanı artıq arxadadır. İradəsini ifadə edən seçicilər, seçki marafonunun qalibləri rahatlıqla nəfəs alır, təbrikləri qəbul edirlər. Onların sırasında partiyamızın seçki kampaniyasının uğurla başa çatmasına qiymətli töhfə vermiş çoxsaylı könüllüləri ayrıca qeyd etmək, minnətdarlığımı bildirmək istəyirəm. Seçkilərin əsas qalibləri isə, heç şübhəsiz, Azərbaycan xalqı və onun lideri Prezident İlham Əliyevdir. Bu günlərdə Türkiyənin, Rusiyanın və digər dövlətlərin başçılarının ünvanladığı təbriklər deyilənlərin birbaşa ifadəsidir”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

