/ / Əli Əhmədov: Bir neçə nəfərin qanunsuz aksiya keçirmək cəhdi beynəlxalq təşkilatların seçki ilə bağlı rəyini dəyişə bilməz
Əli Əhmədov: Bir neçə nəfərin qanunsuz aksiya keçirmək cəhdi beynəlxalq təşkilatların seçki ilə bağlı rəyini dəyişə bilməz
15.02.2020 [10:50]
Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri radikal müxalifəti ciddi şəkildə sarsıtdı.
Bunu Baş Nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini - İcra katibi Əli Əhmədov Trend-ə deyib.
Əli Əhmədov bildirib ki, radikal müxalifət partiyaları seçkilərdə iştirak etməkdən imtina etdilər və guya öz aləmlərində bunu boykot kimi xarakterizə etməyə çalışdılar: “Amma əsl həqiqət bundan ibarətdir ki, Azərbaycan cəmiyyətində hər hansı bir dəstəyinin olmadığını onların özləri də dərk edirlər və təbii ki, ictimai dəstək olmadığı halda seçkilərdə iştirak etmək real nəticə verməyəcək. Belə olan halda radikallar Azərbaycanda seçkilərə qara yaxmaqdan başqa bir yol seçə bilmədilər. Əlbəttə ki, bu, artıq onların ənənələrinə çevrilib. Çünki bütövlükdə Azərbaycana qara yaxmaq, ölkəmizlə bağlı beynəlxalq təşkilatlarda fərqli bir təsəvvür yaratmaq üçün istənilən bir bəhanə axtarmağa çalışırlar. Onlar eləcə də seçki kampaniyasına və onun artıq elan olunan nəticələrinə kölgə salmağa çalışırlar.
Radikal müxalifət çox az sayda adamları küçəyə çıxarmaqla, onları müxtəlif yollarla təhrik etməklə və yaxud hansısa formada həvəsləndirməklə seçkinin nəticələrinə guya ki, ciddi etiraz olduğu görüntüsü yaratmağa çalışır. Ancaq nə yaxşı ki, beynəlxalq təşkilatların bəzi nümayəndələri hələ də Azərbaycandadır və onlar öz gözləri ilə görürlər ki, Azərbaycanda seçkinin nəticələrinə cəmiyyətdə tamamilə normal, adekvat bir münasibət mövcuddur, ona görə ki, vətəndaşlar istədikləri namizədlərə səs veriblər”.
Əli Əhmədov vurğulayıb ki, bir neçə nəfərin çox çirkli və şübhəli məqsədlərlə seçkinin nəticələrinə qarşı kampaniya təşkil etməsi, qanunsuz aksiya keçirməyə cəhdləri Azərbaycanda keçirilən seçki ilə əlaqədar beynəlxalq təşkilatların rəyini dəyişdirə bilməz: “5-10 nəfər, təbii ki, 10 milyonluq Azərbaycan vətəndaşlarının iradəsinin ifadəsini öz boyunlarına götürə bilməz. Bu seçkilər növbəti dəfə Azərbaycanda radikal müxalifətə çox sarsıdıcı bir zərbə vurdu. Bu zərbənin birinci ifadəsini mən onda görürəm ki, cəmiyyətimiz çox qəti şəkildə bildirmək istəyir ki, Azərbaycanın siyasi həyatında və bütövlükdə Azərbaycan cəmiyyətində radikalizmə yer yoxdur. Vətəndaşlarımız nə siyasətdə, nə də ictimai həyatımızda radikalların olmasını istəyirlər və onlara qarşı özlərinin mövqeyini növbəti dəfə bu seçkilərdə ifadə etdilər.
İkinci çox mühüm cəhət ondan ibarətdir ki, radikal mövqedə duran müxalifət və onların həyata keçirmək istədikləri “siyasət” insanlarımız tərəfindən dəstəklənmir və vaxtilə Azərbaycanda hakimiyyətdə olan, ölkəni böhrana salan, çox çətin durumla üz-üzə qoyan həmin o müxalifətin bu gün Azərbaycan cəmiyyətində insanların dəstəyinə ümid bəsləmələri tamamilə mənasız xülyadan başqa bir şey deyil. Cəmiyyətimiz açıq şəkildə onlara bildirmək istəyir ki, Azərbaycan vətəndaşları Azərbaycan iqtidarından və Prezident İlham Əliyevdən, həyata keçirilən siyasətdən məmnundurlar. İnsanlarımız Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra da inkişafına inanırlar və təbiidir ki, bu inam da bu seçkilərdə bir daha özünü göstərdi. Belə olan halda radikal müxalifət partiyalarının çox şübhəli davranışlarla Azərbaycan cəmiyyətini çaşdırmağa çalışması, əlbəttə ki, radikal müxalifətçilərə hər hansı bir uğur gətirməyəcək”.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58

