Eldar İbrahimov: İtaliya-Azərbaycan əlaqələri yüksələn xətlə inkişaf edir
26.02.2020 [09:39]
“Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Respublikasına dövlət səfəri çox uğurlu oldu. Səfər çərçivəsində 28 sənədin imzalanması bu səfərin əhəmiyyətinin göstəricisidir”. Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.
E.İbrahimov bildirib ki, İtaliyanın Azərbaycanla münasibətlərində xüsusi yeri olan bu səfərin çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, bütün sahələrdə İtaliya-Azərbaycan əlaqələri genişlənir və yüksələn xətlə inkişaf edir: “Avropa İttifaqının önəmli dövlətləri sırasında yer alan İtaliya və müstəqil Azərbaycan arasında münasibətlərin bugünkü yüksək səviyyəsi milli maraqlarımıza cavab verir. Səfər zamanı Prezident İlham Əliyevin italiyalı həmkarı Sercio Mattarella ilə təkbətək və geniş tərkibdə görüşü baş tutub. Daha sonra Prezident İlham Əliyev İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte, İtaliya Respublikası Senatının Sədri xanım Maria Elisabetta Alberti Kaselatti və Deputatlar Palatasının sədri Roberto Fiko, Roma şəhərinin meri xanım Vircinia Raggi ilə görüşüb və bir sıra önəmli tədbirlərə qatılıb. Səfər zamanı Azərbaycanın dövlət başçısına yüksək səviyyədə ehtiram və xüsusi diqqət göstərilib. Bütün bunlar isə “Böyük Yeddiliyin” aparıcı dövlətlərindən sayılan İtaliyada Azərbaycana, həmçinin dövlətimizin başçısı İlham Əliyevin şəxsiyyətinə böyük maraq və hörmət göstərildiyini əyani şəkildə təsdiqləyir”.
E.İbrahimov qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya böyük uğurla başa çatan dövlət səfəri iki ölkə arasında münasibətlərin perspektivləri baxımından böyük əhəmiyyət daşıyır. Səfər çərçivəsində imzalanan sənədlərə, aparılan aktual müzakirələrə istinadən deyə bilərik ki, iki ölkə arasında münasibətlər keyfiyyətcə yeni tarixi mərhələyə qədəm qoyub.
“Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfəri çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, enerji, mədəniyyət, turizm, kənd təsərrüfatı, hərbi, nəqliyyat, təhsil, idman, kosmos, investisiya və ixracın təşviqi və digər sahələri əhatə edən 28 sənəd imzalanıb. Romada, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Sədri Cüzeppe Konte “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni imzalayıblar və mübadilə ediblər. Birgə Bəyannamə qarşıdakı uzun illər ərzində iki ölkə arasında sıx əməkdaşlığı müəyyən edən vacib siyasi sənəddir. Birgə Bəyannamədə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmətlə yanaşdığı və bunu dəstəklədiyi vurğulanıb. Sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında, BMT və ATƏT-in müvafiq sənəd və qərarlarında təsbit olunduğu kimi, habelə ATƏT-in himayəsi altında aparılan danışıqlar prosesi çərçivəsində sülh yolu ilə nizamlanmasının birmənalı şəkildə dəstəklənməsi mühüm əhəmiyyət kəsb edir” - deyən YAP İdarə Heyətinin üzvü əlavə edib ki, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsinin də 2020-ci ilin sonunadək yekunlaşacağı gözlənilir. Azərbaycan qazı İtaliya bazarına məhz TAP vasitəsilə daxil olacaq. Bundan sonra ölkəmizin İtaliyanın enerji resursları ilə təchizatındakı rolu daha da artacaq.
E.İbrahimov, həmçinin səfər çərçivəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşünün də böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. Onun fikrincə, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vatikanda Papa Cəngavər Ordeninin ən ali dərəcəsinə layiq görülməsi ölkəmizin bir daha tolerantlıq və birgəyaşayış məkanı olduğunu təsdiqləyir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

