/ / Prezidentin köməkçisi Hikmət Hacıyev “RİA Novosti”də təhrif olunmuş və qərəzli xəbər yayılmasına münasibət bildirib
Prezidentin köməkçisi Hikmət Hacıyev “RİA Novosti”də təhrif olunmuş və qərəzli xəbər yayılmasına münasibət bildirib
22.05.2020 [22:35]
2020-ci il mayın 21-də Rusiya Federasiyasının dövlət informasiya agentliyi olan “RİA Novosti”də Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazisində yaradılmış qeyri-qanuni rejimin qondarma “prezidenti”nin “andiçmə” mərasiminə dair təhrif olunmuş və qərəzli xəbər yayılıb. “RİA Novosti” tərəfindən qondarma seçkilər və “andiçmə” mərasimi haqqında Azərbaycan Respublikasının rəsmi dövlət qurumlarının açıqlamaları, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatları verilmədiyi halda qanunsuz rejimə aid xəbərlər geniş yayılır.
Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “RİA Novosti” agentliyində “Президент непризнанной Нагорно-Карабахской республики вступил в должность” başlığı altında verilmiş xəbərlə bağlı AZƏRTAC-a şərhində bildirib.
Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayon işğal olunub. Etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilərdə Ermənistan tərəfindən kriminal rejim yaradılıb.
Azərbaycan Respublikasının suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü bütün dünya ölkələri, o cümlədən Rusiya Federasiyası tərəfindən tanınır. Bu mövqe BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində də təsbit olunub. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində 2020-ci ilin 31 mart və 14 aprel tarixlərində qeyri-qanuni olaraq təşkil edilmiş qondarma “prezident seçkiləri” beynəlxalq ictimaiyyət, o cümlədən Rusiya daxil olmaqla ATƏT-in Minsk qrupunun həmsədr ölkələri, Qoşulmama Hərəkatı, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa İttifaqı, Türk Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən tanınmayıb, rədd edilib və onun “nəticələri” heç bir hüquqi qüvvəyə malik deyil.
Prezidentin köməkçisi deyib: “RİA Novosti”yə bildirmək istərdik ki, mətndə istifadə olunan “Dağlıq Qarabağ Respublikası” və ya “Dağlıq Qarabağ Respublikası”nın “mərkəzi seçki komissiyası”, “prezidenti” kimi ifadələr yanlışdır, işğal və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qanunsuz rejimi təşviq etmək cəhdlərindən başqa bir şey deyildir. Bu xəbərdə işğal altında olan tarixi Azərbaycan şəhəri Şuşanın adı təhrif olunaraq “Şuşi” kimi verilib. Şuşa şəhəri 1992-ci ildə işğal edilib.
“Birinci hal deyil ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiyanın rəsmi mövqeyinə zidd olaraq dövlət informasiya agentliyi olan “RİA Novosti” tərəfindən belə qərəzli redaksiya siyasəti yürüdülür. Bu qəbildən olan qərəzli xəbərlərin yayılması Azərbaycan və Rusiya arasında olan strateji tərəfdaşlıq və dostluq əlaqələrinin ruhuna ziddir, Azərbaycan xalqının, xüsusilə məcburi köçkünlərin həssas hisslərinə toxunur.
Dezinformasiya və saxta xəbərlərin geniş yayıldığı müasir dövrdə “RİA Novosti”ni xəbərdə düzəliş etməyə çağırırıq. Eyni zamanda, ümidvar olmaq istərdik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar gələcək xəbərlərin verilməsində “RİA Novosti” siyasi-hüquqi və terminoloji baxımdan düzgünlüyü, obyektiv faktları və qərəzsizliyi əsas tutacaq”.
Xəbər lenti
Hamısına baxElm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

