/ / Azərbaycanda yüksək gərginlikli elektrik xətləri, magistral qaz kəmərlərinin altında və üstündəki qanunsuz tikililərin siyahısı hazırlanacaq
Azərbaycanda yüksək gərginlikli elektrik xətləri, magistral qaz kəmərlərinin altında və üstündəki qanunsuz tikililərin siyahısı hazırlanacaq
17.02.2010 [09:44]
Nazirlər Kabinetindən “APA-ECONOMICS”ə bildirilib ki, artıq bununla bağlı hökumət tərəfindən cavabdeh orqanlara müvafiq tapşırıqlar verilib.
ölkənin dayanıqlı enerji təchizatını həyata keçirmək, baş verən qəza hallarının vaxtında qarşısını almaq, qabaqlayıcı-proflaktik tədbirlərin həyata keçirilməsi üçün hökumət bu sahədə müəyyən tədbirlər həyata keçirməyi planlaşdırır. Kommunikasiya xətlərinin mühafizə zolağında inşa olunan tikililərin sökülüb-sökülməyəcəyi, xətlərin başqa əraziyə köçürülüb-köçürülməyəcəyi barədə qərar isə inventarlaşmanın nəticələri təhlil ediləndən sonra veriləcək.
Hökumətdə hesab edirlər ki, respublika əhəmiyyətli infrastrukturun mühafizə zolaqlarında inşa olunmuş bütün tikililərə kompensasiyanın verilməsi hazırkı şəraitdə mümkün deyil. Yalnız sənədi olan və dövlət reyestrinə daxil edilmiş obyektlərə kompensasiya ödənə bilər.
Nazirlər Kabinetindən o da bildirilib ki, işlərin beynəlxalq maliyyə institutlarının yardımı ilə gerçəkləşdirilməsi nəzərdə tutulur. Bununla bağlı Sənaye və Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Azərbaycan Dövlət Neft Şirkəti, “Azərenerji” ASC, “Azərsu” ASC, “Bakıelektrikşəbəkə” ASC və yerli icra hakimiyyətlərinin nümayəndələrindən ibarət komissiyanın yaradılması da planlaşdırılır.
ötən həftə Azərbaycan paytaxtında yaşanmış enerji böhranını da yüksək gərginlikli xətlərin altında inşa olunmuş obyektlərlə əlaqələndirən “Azərenerji” ASC-dən verilən məlumata görə, elektrik xətlərinin mühafizə zolaqlarındakı tikililər və çoxillik əkmələr xətlərin təmiri, yeniləşdirilməsi, eləcə də qəza hallarının vaxtında aradan qaldırılmasına maneçilik törədir. Digər tərəfdən, bu, ərazidə yaşayanların həyatına da təhlükə törədir.
Müvafiq qurumlar özləri də onlara məxsus kommunikasiya xətləri üzərində qeyri-qanuni tikililərdən şikayətlənirlər. Aprılan sorğu zamanı bütün qurumlar kommunkasiyalar üzərində tiknti işlərinin aparılmasında, bu ərazilərin vətəndaşlara satılmasında yerli icra hakimiyyətlərini və bələdiyyələri ittiham edib. Artıq bəzi qurumlar yaranmış problemin həlli üçün hökumətə təkliflər də verib. Bəziləri isə problemin həllində yerli icra hakimiyyətlərinin passivliyini nəzərə alaraq məsələnin yerində həlli üçün məhkəmələrə üz tutur.
“Azərenerji” ASC-dən yüksək gərginlikli elektrik xətlərinin mühafizə zolağında inşa olunmuş tikililərin sayı barədə konkret açıqlama verilməsə də, ümumilikdə bu cür halların daha çox Abşeron yarımadası və Bakıda olduğu bildirilib. Belə ki, Bakı şəhərinin Zabrat, Suraxanı, Maştağa, Qaraçuxur, Bakıxanov, Ramana, Bülbülə, Əmircan, II Zabrat, Böyük Şor gölünün ətrafı, Abşeron rayonunun Xırdalan, Saray, Ceyranbatan, Müşfiqabad yaşayış massivlərində bu cür faktlar çoxluğu ilə fərqlənir. Həmçinin Qaradağ, Binəqədi, Siyəzən, Dəvəçi, Quba, Qusar, Xaçmaz, Qobustan, Sabirabad, Ağsu, Hacıqabul, Lənkəran, Astara, Şəmkir, Tovuz və Ağstafa rayonlarında da yüksək gərginlikli xətlərin mühafizə zolağında inşa olunmuş çoxlu sayda obyekt və çoxillik əkmələr var.
Qeyd edək ki, qanunvericiliyə əsasən, yüksək gərginlikli xətlərin 250 metrliyində yaşayış məskəni salmaq olar. Bu xətlərin altında azillik əkmələrə (ot, bostan, tərəvəz və s.) icazə verilir. Bu ərazilərdə bağ salmaq, çoxillik ağaclar əkmək isə qadağandır. Faktlarla bağlı “Azərenerji” tərəfindən dəfələrlə müvafiq icra hakimiyyətlərinə bu problemlərin aradan qaldırılması üçün müraciətlər olunsa da, cavabsız qalıb.
“Azərenerji”dən o da bildirilib ki, hazırda üzərində iş gedən layihələr reallaşdırıldıqda, bəzi ərazilərdə evlərin köçürülməsinin çətinliyi nəzərə alınaraq, xətlərin yerinin dəyişdirilməsi mümkündür. Amma bu proses istisnalarla həyata keçirilə bilər.
Yeri gəlmişkən, qeyd edək ki, “Azərenerji” ASC-nin Asiya İnkişaf Bankı (AİB) ilə həyata keçirdiyi “Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi” (Power Transmission Enhancement Project) çərçivəsində iki dövriyyəli 220 kV-luq ötürücü xəttin və bu xəttin üzərində olan yarımstansiyaların qurulması nəzərdə tutulur. Bakının enerji təchizatının yaxşılaşdırılmasını nəzərdə tutulan bu layihə çərçivəsində mövcud enerji xətləriinin dəyişdirilməsi planlaşdırılır. ümumi dəyəri 240 mln. dollar məbləğində qiymətləndirilən layihəyə AİB 160 mln. dollar ayıracaq.
“Bakıelektrikşəbəkə” ASC-dən də qeyd olunan problemlə tez-tez qarşılaşıldığı, bu məsələnin dəfələrlə qaldırıldığı bildirilib. Paytaxtın enerji təchizatına bilavasitə cavabdehlik daşıyan “Bakıelektrikşəbəkə” artıq bu cür tikililərin qarşısının alınması üçün məhkəmələrə belə müraciət etmək məcburiyyətində qalıb. ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, hazırda bu cür tikililərə daha çox paytaxtın Binəqədi, Nizami, Nərimanov və Xətai rayonlarının ərazisində rast gəlinir.
Belə ki, bu rayonlarda 110 və 35 KV-luq hava xətlərinin təhlükəsizlik zolaqlarında çoxlu sayda qanunsuz obyekt inşa olunub. Faktla bağlı “Bakılektrikşəbəkə” tərəfindən Bakı şəhər İcra Hakimiyyəti və yerli icra hakimiyyətlərinə dəfələrlə müraciətlər olunmasına baxmayaraq, heç bir tədbir görülməyib. Məsələ ilə bağlı səhmdar cəmiyyəti məhkəmələrə də müraciət edib. Xətai rayon Məhkəməsi tərəfindən 4 iddia barədə qərar qəbul olunsa da, bu günədək icra edilməyib. ötən ay isə Binəqədi rayonunda yüksək gərginlikli elektrik xəttinin altında obyekt inşası faktı müvafiq qurumların nümayəndələrinin də iştirak etdiyi komissiya tərəfindən araşdırılaraq tikinti dayandırılıb və akt tərtib olunub. Bu kimi faktları araşdırmaq üçün səhmdar cəmiyyətində komissiya da yaradılıb.
ARDNŞ-in “Azəriqaz” İB isə Bakı şəhərində magistral və rayondaxili qaz kəmərlərinin üzərində inşa olunmuş tikililərin kiçik bir ehtiyatsızlıqdan böyük faciələrə yol aça biləcəyindən ehtiyatlanır. “Azəriqaz”ın apardığı araşdırmalara görə, hazırda paytaxt və onun rayonlarında qaz kəmərləri üzərində və mühafizə zolağında ümumilikdə 3 mindən artıq tikili var. Binəqədi rayonunda və bəzi yerlərdə hətta yaşayış evlərinin divarları belə qaz kəmərlərinin üzərindədir. Bakı şəhərinin qaz təchizatının yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələr çərçivəsində bəzi kəmərlərin evlərdən uzaqlaşdırılması həyata keçirilsə də, hazırda istehsalat birliyi bu faktlarla bağlı yenidən dəqiqləşdirmələr aparır.
“Azərsu” SC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aqşin Rüstəmov bildirib ki, analoji vəziyyətlə “Azərsu” da üzləşib. Hazırda Abşeron yarımadasında magistral su və kanalizasiya xətlərinin üzərində və mühafizə zolağında tikilmiş onlarla ev var. Bu evlər üçün yerli icra hakimiyyətləri və bələdiyyələr tərəfindən yer ayrılarkən “Azərsu”dan heç bir texniki şərt və icazə alınmayıb. A. Rüstəmovun sözlərinə görə, tikinti işləri torpağın qruntundan asılı olaraq su anbarları və kəmərlərindən 5-10 metrdən 50 metrədək uzaqlıqda aparılmalıdır.
Azərbaycanın energetika siyasətini həyata keçirən Sənaye və Energetika Nazirliyində isə hesab edirlər ki, enerji infrastrukturlarına aid ərazilərdə torpaqları vətəndaşlara bələdiyyələr və yerli icra hakimiyyətləri satıb. Evlərin əksəriyyətinin heç bir sənədi olmasa da, həmin insanların illərdir yaşadıqları ərazilərdən çıxarılması problem yaradır. Nazirliyin mətbuat katibi Azər Mənsimlinin fikrincə, cavabdeh qurumlar bu məsələni qanunvericilik çərçivəsində, müəyyən edilmiş normativlərə uyğun həll etməlidir: “Yüksək gərginlikli xəttin altında və ya qaz, su kəmərinin üzərində evi tikən də məlumdur, ona icazə verən də. öncə bu tikililərin sayı dəqiqləşdirilməli, hökumətə müraciət edilməlidir. Cavabdeh qurumlar məhkəmələrə müraciət edib, bu məsələni qanunvericiliklə həll etməlidirlər”.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) isə bildirir ki, tikililər rabitə xətlərindən (kabellərin) minimum 2-3 metr uzaqda inşa olunmalıdır. Nazirlikdən verilən məlumata görə, keçirilən reydlər zamanı bu kimi hallar müəyyən olunur və tədbirlər görülməsi üçün məhkəmələrə göndərilir. Rabitə xətləri üzərində ən çox tikili isə Abşeron ərazisindədir.
“Azərbaycan Dəmir Yolları” QSC də artıq 4 ildən çoxdur qanunsuz tikililərlə mübarizə aparır. Səhmdar cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması Qaydaları”na əsasən dəmir yolunun xüsusi mühafizə zonası hüdudlarında yalnız dəmir yolu obyektlərinin möhkəmliyi və dayanıqlığının təmin edilməsinə yönəldilmiş işlər görülə bilər. Xüsusi mühafizə zonası ərazisində hər hansı digər təsərrüfat fəaliyyəti qadağandır. Dəmir yolunun sanitariya-mühafizə zonasında torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün fiziki və hüquqi şəxslərə qısamüddətli istifadəyə verilə bilər. Lakin bu sənədlərə məhəl qoymayan vətəndaşlar dəmir yoluna bir neçə metr məsafədə evlər inşa edib ki, bu həm qatarlar, həm də sakinlərin özləri üçün təhlükə yaradır. Dəmir yolu idarəsi tərəfindən bu məqsədlə keçirilən reydlər zamanı təkcə 2007-ci ildə Bakı və paytaxt ətrafı yaşayış massivlərində 400-dək qanunsuz tikili və hasar sökülüb. Abşeron yarımadasında dəmir yolunun mühafizə zolağında inşa olunmuş qanunsuz tikililərə ən çox aşağıdakı ərazilərdə rast gəlinir: Nərimanov-Bakıxanov dəmir yolu sahəsinin 4, 5, 6, 7, 8, 9, 10-cu kilometrləri, Maştağa stansiyasının ərazisi, Səngəçal qəsəbəsi ətrafı dəmir yolu sahəsinin 484-cü kilometri, Xırdalan stansiyası ərazisinin 2638, 2640-cı kilometrləri, Bakı yük-Əhmədli dəmir yolu sahəsinin 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16-cı kilometrləri, Bakı sərnişin-Nərimanov dəmir yolu sahəsinin 1, 2, 3, 4-cü və Bakı sərnişin-Biləcəri dəmir yolu sahəsinin 2651, 2653, 2646-cı kilometrləri, Keşlə-Biləcəri dəmir yolu sahəsinin 2648, 2649-cu kilometrləri, Yeni Neftayırma Zavodu - Əhmədli mənzilləri və stansiya yollarının kənarı, yeni Suraxanı-Hövsan mənzilli və stansiya yollarının kənarı, Qala-Mərdəkan, Binə-Qala-Pirallahı mənzilləri və stansiya yollarının kənarında, Fioletov-Montin-Böyük Şor, Böyük Şor-2 blok/post mənzillərində və stansiya yollarının kənarı, Bakı-Biləcəri, Biləcəri-Xırdalan, Bakı-Sumqayıt, Sabunçu-Zabrat II-Mərdəkan, Yeni Suraxanı-Hövsan, Qala-Pirallahı, Bakı yük-Keşlə baş-Əhmədli, Güzdək mənzilləri, 8-ci km-Bakıxanov, Bakıxanov-Sabunçu-Zabrat II mənzilləri və stansiya yollarının kənarı. Həmçinin respublikanın digər yaşayış məntəqələrindən keçən dəmir yollarının ətrafında qeyri-qanuni tikililər, yaşayış və ticarət obyektləri mövcuddur.
Daşınmaz əmlakın qeydiyyatını aparan Əmlak Məsələləri üzrə Dövlət Komitəsindən “APA-ECONOMICS”ə bildirilib ki, komitə tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq yalnız müvafiq sənədləri olan daşınmaz əmlak obyektləri qeydiyyata alınır. Əgər müvafiq qurumlar tərəfindən sənəd verilməyibsə, həmin obyekt harada yerləşməsindən asılı olmayaraq, dövlət qeydiyyatına götürülmür.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35

