Radikal müxalifət ölkəmizin uğurlarına qısqanclıqla yanaşır
19.06.2020 [08:52]
Ekspertlərin fikrincə, dünya bazarında neftin qiymətinin aşağı düşməsinə sevinən dağıdıcı ünsürlər bir daha əsl simalarını nümayiş etdirmiş oldular
Hər zaman Azərbaycan xalqının və dövlətinin mənafeyinə qarşı cəbhə açan radikal müxalifət düşərgəsinin qlobal pandemiya dövründəki mövqeyi də analoji xarakter daşıyır. Belə ki, istər yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasına qarşı görülən tədbirlərə, istər həftəsonlarında tətbiq olunan sərt karantin rejimi ilə bağlı qaydalara qarşı təxribat xarakterli mövqe sərgiləyən, qoyulan tələblərin pozulmasına “haqq qazandıran”, asayişin keşiyində duran polislərə qara yaxmağa cəhd göstərən radikal ünsürlər hətta neftin dünya bazarında qiymətinin azalmasına belə sevinirlər. Yeri gəlmişkən, “Milli şura” adlanan amorf qondarma qurumun “zoom” proqramı vasitəsilə keçirdiyi son videoyığıncaqda səsləndirilən fikirlər də bunu təsdiqləyir.
Məsələ ilə bağl fikirlərini bölüşən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, “Milli şura” və digər radikal ünsürlər xalqımıza qarşı düşmən mövqeyindən heç zaman imtina etməyiblər. Bu tip radikal qruplar ölkəmizin əldə etdiyi hər bir uğura çox böyük təəssüf hissi ilə yanaşırlar: “Milli şura”da təmsil olunan Cəmil Həsənlilər, Əli Kərimovlar xalqımıza qarşı hər zaman açıq düşmən mövqeyində olmuş şəxslərdir. Pandemiya dönəmində neftin qiymətinin aşağı düşməsini sevinclə qarşılayanların hansı xislətdə olduğunu cəmiyyət yaxşı görür. Qeyd edilməlidir ki, pandemiya dönəmində neftə tələbat kəskin şəkildə azaldığı üçün qiymətin də aşağı düşməsi proqnozlaşdırılan idi və neftin qiymətinin düşməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrin hər birinə təsir edir. Azərbaycan kimi iqtisadi inkişafa nail olmuş ölkələr isə neftin qiymətinin kəskin azalması fonunda da böyük təsirlərə məruz qalmır. Çünki qeyri-neft sektorunun inkişafı, həyata keçirilən iqtisadi islahatlar neftdən asılılığın minimuma endirilməsinə hesablanmış addımlardır. Müşahidələrimiz də göstərdi ki, Azərbaycan iqtisadiyyatı baş verən və baş verə biləcək bütün iqtisadi-siyasi şoklara qarşı dayanıqlılığını qoruyub saxlamaq iqtidarındadır”.
Millət vəkili qeyd edib ki, “Milli şura” kimi qonarma qurumda cəmləşən anti-milli ünsürlərin neftin qiymətinin aşağı düşməsinə görə sevincə qərq olmaları isə cəmiyyət tərəfindən ikrahla qarşılandı: “Çünki ölkəmizin gəlirləri azalacaq deyə sevinc yaşayan antimilli ünsürlərlə bağlı xalqın mövqeyi birmənalıdır. Bu, xalqa, dövlətimizə qarşı açıq düşmənçilikdən başqa bir mahiyyət ifadə etmir. Bu cür düşmən mövqelərin əksinə olaraq xalqımız cənab Prezidentin “Biz birlikdə güclüyük” çağırışı əsasında sıx birləşib”.
Milli Məclisin deputatı Müşfiq Məmmədli də Azərbaycan dövlətinin qlobal pandemiya şəraitində profilaktik və mübarizə xarakterli zəruri, təxirəsalınmaz tədbirlər həyata keçirdiyini, iqtisadi fəallığın stabil saxlanılması üçün vacib və effektiv addımlar atdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, belə bir şəraitdə istər ölkə daxilindəki, istərsə də xaricdəki bəzi antimilli qüvvələrin, “beşinci kolon” nümayəndələrinin ictimai rəyi manipulyasiyaya məruz qoymaq üçün təxribat və dezinformasiya xarakterli məlumatlar yaymağa cəhd etməsi onların hansı xislətə malik olduqlarının göstəricisidir: “Bu gün Cəmil Həsənli, Əli Kərimli və digər antimilli ünsürlər Azərbaycanda pandemiyanın təsirlərinin minimuma endirilməsi yönündə atılan addımları görməzdən gəlir, dövlətin öz vətəndaşlarının sağlamlığı və təhlükəsizliyinin təmin olunması ilə əlaqədar həyata keçirdiyi tədbirlərin üzərinə kölgə salmağa cəhd göstərir. Bu, onların xalqımıza qarşı düşmənçilik mövqeyində olduğunu deməyə əsas verir. Hətta iş o yerə çatıb ki, həmin antimilli ünsürlər karantin rejimi çərçivəsində müəyyənləşdirilmiş qaydalara əməl etməyənlərə belə “haqq qazandırır”, qarayaxma kampaniyaları təşkil edirlər. Bu gün xalqımız qanunların keşiyində dayanan, sərt karantin günlərində insanların sağlamlıqlarının qorunması üşün öz sağlamlıqlarını təhlükəyə atan polislərimizin fəaliyyətini yüksək dəyərləndirir. Ölkəmizdəki xalq-dövlət birliyindən narahat olan “beşinci kolon” nümayəndələrinin sosial şəbəkələrdə bu cür təxribat xarakterli paylaşımlar etməsi bir daha onların simasını Azərbaycan cəmiyyətinə nümayiş etdirmiş olur”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25

