/ / Milli Məclisin deputatı Hikmət Babaoğlu: Cərimələrin artırılması sosial məsuliyyəti az olan insanları intizama dəvət etmək üçün effektiv vasitə ola bilər
Milli Məclisin deputatı Hikmət Babaoğlu: Cərimələrin artırılması sosial məsuliyyəti az olan insanları intizama dəvət etmək üçün effektiv vasitə ola bilər
25.06.2020 [20:34]
“Koronavirusla “müharibə”nin iştirakçıları da, qəhrəmanları da, qalibləri də, məğlubları da bizik. “Müharibə”nin sonunda kimin hansı statusda olacağı həmin fərdin sosial məsuliyyətindən, sosial özünütəcridindən və karantin rejiminin tələblərinə əməl etməsindən asılı olacaq”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
“Gəlin koronavirus pandemiyasına qarşı birgə mübarizə aparaq, sosial məsuliyyəti bərabər bölüşək və cəmiyyət olaraq hamımız bu “müharibə”dən qalib çıxaq! Biz buna layiqik! Biz birlikdə güclüyük! İnsanlar heç vaxt biri-birinə indiki qədər məhkum və möhtac olmayıb. Heç tanımadığınız bir insanla təsadüfi qarşılaşma sizin səhhətinizə, sağlamlığınıza və hətta həyatınıza başa gələ bilər”,-deyən millət vəkili əlavə edib ki, hazırda bir sosial fərdin taleyi digərinə bağlıdır.
Milli Məclisin deputatı daha sonra vurğulayıb: “Biz bunun fərqində olmalıyıq. Unutmaq olmaz ki, sosial fərd adlandırdığımız insanların içərisində bizim doğmalarımız, sevdiklərimiz, övladlarımız, qardaş – bacılarımız, valideynlərimiz, dostlarımız da var. Koronavirus isə bunların heç birinə fərq qoymadan hamıya eyni dərəcədə yoluxa bilən bir virusdur. Ona görə də sağlamlığı, bəzənsə taleyi bizdən asılı olan insanlara əsla və əsla risk yaratmamalıyıq”.
Azərbaycan Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfəri zamanı yeni modul tipli xəstaəxananın açılışında iştirak etdiyini xatırladan deputat qeyd edib: “Dövlət başçısı nitqində koronavirus təhlükəsi ilə bağlı olduqca mühüm məsələlərə toxundu. Prezident İlham Əliyev dövlətimizin gördüyü və görəcəyi tədbirlərdən danışaraq qeyd etdi ki, ölkəmizdə sayca 5-ci modul tipli xəstəxana açılır. Onlardan ikisi Bakıda, biri Sumqayıt şəhərində, biri isə Abşeron rayonunda artıq fəaliyyətə başlayıb. Yaxın həftələrdə digər şəhərlərdə də bu tipli xəstəxanalar istifadəyə veriləcək. Beləliklə, bu xəstəxanaların sayı 10-a çatacaq. Əlbəttə, bunlar mühüm göstəricilərdir və Azərbaycan dövlətinin koronavirusa qarşı necə tədbirli olmasını ifadə edir. Ancaq nə qədər yaxşı xəstəxana, nə qədər çox çarpayı sayı olursa-olsun, xidmət göstərəcək ixtisaslı kadrlar, insan resursları, həkimlər olmasa, bunlar sadəcə sitatistika olaraq qalacaq. Ona görə də vətəndaşlarımız nəzərə almalıdırlar ki, insan resursları, ixtisaslı kadrlar bir günə, bir ilə yetişmədiyi üçün burada müəyyən problemlər yarana bilər . Gərək, hər bir vətəndaşımız obyektiv reallığı nəzərə alaraq bir az da öz sağlamlığının qeydinə özü qalsın. Heç olmasa, virus daşıyıcısı olub başqalarını yoluxdurmasın. Hazırkı vəziyyətə diqqət çəkən Prezident İlham Əliyev vurğuladı ki, “son müddətin dinamikası göstərir ki, bizim bütün tələblərimizə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər. Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir - maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Ancaq biz nəyi görürük? Onu görürük ki, yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulur və məhz buna görə biz yenidən məhdudlaşdırıcı tədbirləri tətbiq etdik. Çünki görürdük ki, xəstələnənlərin sayı, dinamikası artır və əgər belə gedərsə, bizim də səhiyyə sistemimiz buna davam gətirə bilməz”. Düşünürəm ki, Prezidentin bu fikirləri, əslində, cəmiyyətimiz tərəfindən həyəcan siqnalı kimi qəbul edilməlidir. Ümumiyyətlə, vətəndaşların sosial məsuliyyətini artırmaq üçün karantin rejimi daha da sərtləşdirilə bilər. Bunların sırasında cərimələrin artırılması da nəzərdən keçirilə bilər”.
“Görünür, bəzi adamlar üçün karantin rejiminin tələblərini pozanlara tətbiq edilən hazırkı cərimələri ödəmək elə də maddi çətinlik yaratmır. Əslində, digər ölkələrlə müqayisədə minimum əmək haqqına nisbətdə də cərimələr ölkəmizdəkindən dəfələrlə çoxdur və düşünürəm ki, cərimələrin artırılması sosial məsuliyyəti az olan insanları intizama dəvət etmək üçün effektiv vasitə ola bilər. Ona görə də biz koronavirusa qarşı mübarizə tədbirlərimizi gücləndirməli, özümüzü və cəmiyyətimizi qorumalıyıq”,-deyə millət vəkili əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25
Dünya
03 Sentyabr 20:12
Xəbər lenti
03 Sentyabr 19:40
İdman
03 Sentyabr 19:33
YAP xəbərləri
03 Sentyabr 19:28
Dünya
03 Sentyabr 19:18
Dünya
03 Sentyabr 18:31
Siyasət
03 Sentyabr 17:24
İdman
03 Sentyabr 17:05
Elm
03 Sentyabr 16:59
Elm
03 Sentyabr 16:49
Elm
03 Sentyabr 16:31
Dünya
03 Sentyabr 15:19
Siyasət
03 Sentyabr 14:42
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 14:41
Sosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:25
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42

