Hicran Hüseynova: Vətənpərvərlik nümayiş etdirən insanların əzmi qürurvericidir
16.07.2020 [09:29]
Ermənistan silahlı qüvvələri Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma cəhd ediblər. Düşmən təxribatının qarşısını alan zaman Azərbaycan Ordusunun hərbi qulluqçuları, həmçinin yüksək rütbəli zabitlərimiz qəhrəmancasına şəhid olublar. Həlak olan hərbi qulluqçuların ailələrinə, yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralananlara Allahdan tezliklə şəfa tapmasını diləyirəm.
Bu günlərdə insanlarımız dövlətə, Azərbaycan Ordusuna dəstək, həlak olmuş şəhidlərimizin ruhuna böyük ehtiram nümayiş etdirib. Bu birliyə görə xalqımıza öz minnətdarlığımı bildirirəm.
Ötən axşam insanlar küçələrə çıxaraq dövlətə və ordumuza öz dəstəyini ifadə edib, müharibəyə hazır olduqlarını, birlik, bərabərlik göstəriblər. Vətənpərvərlik nümayiş etdirən insanların bu əzmi qürurverici idi. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, burada da öz məqsədlərini güdən, düşmən dəyirmanına su tökən bir qrup insanın hərəkəti, səsləndirdiyi şüarlar oraya toplaşan insanların ümumi məqsədinə - dövlətə və orduya dəstəyinə uyğun deyildi. Hansısa qüvvələrin təxribatı nəticəsində dövlətin qanunverici orqanının binasına daxil olmaq, polis əməkdaşları ilə konflikt yaratmağa çalışmaq, hadisələri gərginləşdirmək o insanların əsl simasını göstərmiş oldu. Gəlin bir məsələni unutmayaq. Ermənistan tarixin bütün dövrlərində öz çirkin əməllərini nümayiş etdirib və həyata keçirməyə çalışıb.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.
Deputat qeyd edib ki, bu gün dünya qlobal pandemiya ilə mübarizə aparır və dövlətlərin birgə səylərinin gücləndirilməsini tələb edir. COVID-19 Ermənistana öz dərin təsirini göstərir və bu təsirlərdən xalqın diqqətini yayındırmaq üçün Ermənistan rəhbərliyi bu cür təxribatçı əməllərə əl atır.
Biz hazırda Ermənistanla, eyni zamanda, görünməyən düşmənlə - koronavirusla mübarizə aparırıq. Bu çətin zamanda insanların daha sıx birləşməsi lazımdır. Təbii ki, təxribatçı qüvvələr öz çirkin niyyətlərinin dalınca qaçaraq hər vasitəyə əl atacaqlar.
Biz açıq bir hədəfə - düşmənlə mübarizəyə fokuslanmalıyıq. İnsanlar bunu başa düşməli, hər hansı təxribata uymamalıdır. Dünən bir qrup insanın etdiyi hərəkət canlarını bu torpaq, xalq uğrunda qurban verən şəhidlərin ruhuna hörmətsizlikdir.
Bir daha dövlətimizə, onun rəhbərinə, ordumuza dəstək olan insanlarımızı təxribat törətməyə çalışan qruplardan uzaq olmağa çağırıram.
Gəlin imkan verməyək ki, antimilli qruplar ordumuzun gücünə, zəfərinə, insanlarımızın vətənpərvərlik hisslərinə, onun dəstəyinə kölgə salsınlar.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29

