/ / Ermənistanın əsir və girovların “Hamının hamıya dəyişdirilməsi” prinsipinə qarşı çıxması onun insan taleyinə münasibətdə məsuliyyətsiz davranışının bariz nümunəsidir
Ermənistanın əsir və girovların “Hamının hamıya dəyişdirilməsi” prinsipinə qarşı çıxması onun insan taleyinə münasibətdə məsuliyyətsiz davranışının bariz nümunəsidir
28.07.2020 [09:15]
Ermənistan dünya birliyinin diqqətini Azərbaycan ərazilərinin işğalından, törətdiyi etnik təmizləmə, insanlıq əleyhinə cinayətlərdən yayındırmağa və yaratdığı qondarma rejimin təbliğinə yönəlmiş cəhdlərini davam etdirməkdədir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanatında yer alıb.
Bildirilir ki, bu günlərdə Ermənistan BMT-də məktub yayaraq qondarma rejimə aid kağız parçasını ona əlavə edib. İtkin düşmüş şəxslərdən bəhs edən bu kağız parçasında öz əksini tapmış məsələlərin heç bir əsası yoxdur və sadəcə münaqişənin müxtəlif aspektlərinin təhrif edilməsinə yönəlib.
“Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 71-i uşaq, 267-si qadın və 326-sı qoca olmaqla ümumilikdə 3889 nəfər azərbaycanlı itkin düşüb. Ermənistan heç bir vəchlə itkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsində maraqlı deyil. Bunun səbəbləri də aydındır. Təkzibolunmaz məlumatlar göstərir ki, həmin insanların əksəriyyəti qətlə yetirilib və ya işgəncə və xəstəliklərdən vəfat ediblər. Buna görə də Ermənistan sülh və insanlıq əleyhinə cinayətləri, müharibə cinayətlərini gizlətməyə çalışır və humanitar təşkilatlar çərçivəsində əməkdaşlıqdan boyun qaçırır.
Hesab edirik ki, itkin düşmüş şəxslər məsələsinin siyasiləşdirilməsinə yol verilməməli, ona sırf humanitar prizmadan yanaşılmalı və yüzlərlə ailələrin iztirablarına, qeyri-müəyyənliyə son qoyulmalıdır.
Girov götürülmüş insanların taleyi də böyük narahatlıq doğurur. Öz doğmalarının məzarlarını ziyarət edən azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevi hələ də girovluqda saxlayan Ermənistanın əsir və girovların “Hamının hamıya dəyişdirilməsi” prinsipinə qarşı çıxması bu ölkənin qeyri-insani mahiyyətinin, insan taleyinə münasibətdə məsuliyyətsiz davranışının daha bir bariz nümunəsidir.
Münaqişədən uzun illər əziyyət çəkən ölkə kimi Azərbaycan beynəlxalq humanitar hüququn müddəalarına əməl edilməsinə xüsusi diqqət yetirir və bu sahədə beynəlxalq səyləri dəstəkləyir.
Azərbaycan BMT-də iki ildən bir “İtkin düşmüş şəxslər” və “Silahlı münaqişələr zamanı girov götürülmüş qadın və uşaqların azad edilməsi” adlı qətnamələr irəli sürür. Qətnamələrin əsas məğzi bu kateqoriyadan olan şəxslərin taleyinin müəyyənləşdirilməsinə mümkün olduğu qədər töhfə verməkdən ibarətdir.
Bildiririk ki, münaqişənin mahiyyətini müxtəlif cəhdlərlə təhrif etməyə çalışan Ermənistan törətdiyi cinayətləri gizlədə bilməyəcək və mütləq qaydada onlara görə cavab verməli olacaq”, - deyə bəyanatda vurğulanır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10

