Paşinyanın növbəti rüsvayçılığı Ermənistanda ciddi narazılıq yaradıb
19.08.2020 [08:51]
Sosial-iqtisadi tələblərlə əhalinin hər gün etiraz aksiyası keçirdiyi işğalçı ölkədə mövcud olan bütün siyasi qüvvələr baş nazirə və hökumətə qarşı birləşir
Məlum olduğu kimi, BBC-nin “HARDTalk” proqramında məşhur teleaparıcı Stiven Sakurun sualları qarşısında aciz vəziyyətə düşən Ermənistanın baş naziri Nikol Paşinyan məntiqsiz, savadsız açıqlamaları ilə özünü növbəti dəfə rüsvay edib. Bütün dünyaya nə qədər səriştəsiz olduğunu bir daha nümayiş etdirən N.Paşinyanın məlum müsahibəsi beynəlxalq ictimaiyyətdə olduğu kimi, Ermənistanın özündə də böyük əks-səda doğurub. Yerli KİV-də yer alan məqalələrdə Paşinyan ölkənin nüfuzuna xələl gətirdiyinə görə kəskin tənqid edilir. Xatırladaq ki, işğalçı ölkə daxilində sosial-qitisadi vəziyyət də o qədər ürəkaçan deyil. Paytaxtda və regionlarda hər gün etiraz aksiyaları keçirilir. Ölkədə mövcud olan siyasi qüvvələrin əksəriyyəti də mövcud hakimiyyətin uğursuzluğu barədə yekdil rəydədirlər.
Baş nazirin BBC-yə müsahibəsi Ermənistan mediasında kəskin tənqid edilir
Bu məqamda vurğulamaq yerinə düşər ki, Ermənistan KİV-də N.Paşinyanın məlum müsahibəsinin ölkənin imici üçün yaxşı nəticə vəd etmədiyi qeyd olunur. Yerli medianın yazdığına görə, baş nazirin ingilis dilini kifayət qədər bilməməsi, həmişəki kimi, Paşinyanın cılız ifadələr işlətməsinə gətirib çıxarıb, bu da bəzi hallarda kənardan gülünc görünüb.
“Golos Armenii” qəzetində çıxan “Nikol, Manyunya və Makunts” sərlövhəli məqalədə baş nazirin müsahibəsi və düşdüyü durum satirik üslubla kəskin tənqid edilib. Qəzetin yazdığına görə, “münaqişənin tarixini dərindən bildiyini” nümayiş etdirən Paşinyan deyib ki, məlum hadisələr başlamazdan əvvəl Dağlıq Qarabağda yaşayan ermənilər əhalinin 18-19 faizini təşkil edib: “Təbii ki, Ermənistanda onun 80-90 faizdemək istədiyini başa düşdük... Ancaq gedin bunu şərəfli Birminqem şəhərindən olan evdar qadınlara və ya Torontodakı baş nazirə izah edin. Çünki onlar Paşinyanı dinlədikdən sonra səmimi şəkildə maraqlanırlar: Dağlıq Qarabağda əhalinin cəmi 18-19faizini təşkil edən ermənilər Azərbaycandan nə istəyirlər?”.
Daha sonra qəzet bunu izah etmək üçün Paşinyana yenidən çantasını alıb bu dəfə ingilisdilli ölkələrə piyada səyahətə çıxmağı təklif edir.
İşğalçı ölkəni etiraz aksiyaları bürüyüb
Yeri gəlmişkən, Ermənistanda vəziyyət o qədər acınacaqlıdır ki, N.Paşinyan artıq öz ölkəsində də piyada gəzə bilmir. Çünki işğalçı ölkənin hər yerini etiraz aksiyaları bürüyüb. Məsələn, “News.am”saytı yazır ki, avqustun 18-də səhər saatlarında Ermənistanın Qeqarkunik vilayətinin Qehamasar kəndinin sakinləri (Göyçə gölü hövzəsində) Vardenis (Basarkeçər) - Kəlbəcər yolunu bağlayıblar.
Həmin gün Armavir vilayətinin sakinlərinin bir çoxu da etiraz aksiyası keçiriblər. “Shamshyan.com”un məlumatına görə, gecə yarısı sakinlər Carbi kəndindəki körpünün acınacaqlı vəziyyətinə etiraz olaraq, Marqara-Vanadzor yolunu bağlayıblar. Sakinlər körpünün təmir olunmasını tələb edirlər.
Ermənistanda “üçüncü qüvvə”yə ehtiyac var
Ermənistanda siyasi vəziyyət də o qədər ürəkaçan deyil. Parlamentdəki fraksiyalar da artıq baş nazirin və indiki hökumətin əleyhinə çıxır. “Armİnfo”nun yazdığına görə, “Maariflənmiş Ermənistan” partiyasının rəhbəri, Edmon Marukyan bəyan edib ki, əvvəlki hakimiyyətin qayıtması mümkün deyil, indiki hakimiyyətin fəaliyyəti isə uğursuzluğa düçar olub.
“Öz növbəsində, “Maariflənmiş Ermənistan” partiyası əvvəlki və ya indiki hakimiyyətlə əlaqəsi olmayan bütün sağlam siyasi qüvvələrlə birləşmək niyyətindədir. Seçkilər zamanı əvvəlki və indiki hökumətin nümayəndələrini seçki yarışından kənarlaşdıracaq bir ittifaq yaradacağıq. Bu hakimiyyət əvvəlkilər kimi xalqın da gözləntilərinə cavab vermədi. Buna görə də yeni siyasi qüvvələrə diqqət yetirməyə dəyər”, -deyə Marukyan bildirib.
“Panorama.am” isə yazır ki, “Sosial ədalət naminə” partiyasının sədri Arman Qukasyan deyib ki, Ermənistanda “üçüncü qüvvə”yə ehtiyac var. Onun sözlərinə görə, partiyanın əsas məqsədi 1990-2010-cu illərdə mövcud olan köhnə Ermənistana qayıtmamaq, eyni zamanda mövcud hakimiyyətin populizminin və yalançı “inqilabi” ritorikasının qəbuledilməz olduğunu sübut etməkdir.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52

