ABŞ-ın bölgədə mövqeyi zəifləyəcək
09.03.2010 [09:48]
“Yeni Azərbaycan Partiyası (YAP) ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma “erməni soyqırımı” ilə bağlı qəbul olunan qərarı tarixi həqiqətin təhrif olunması və ədalət prinsiplərinin kobud şəkildə pozulması kimi qiymətləndirir. Biz ABŞ Konqresi tərəfindən belə bir ədalətsiz və tarixin saxtalaşdırılması elementlərini özündə əks etdirən qərarın qəbul olunmasına qəti etrazımızı bildiririk və bununla əlaqədar etiraz məktubunu da Konqresin Nümayəndələr Palatasına göndərmişik”. Bu sözləri YAP Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı Əli Əhmədov ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin uydurma “erməni soyqırımı” haqqında qəbul etdiyi qətnaməyə münasibət bildirərkən deyib.
Əli Əhmədov qeyd edib ki, müraciətdə Konqresin Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul olunmuş bu qərarın dost və qardaş Türkiyənin maraqlarına qarşı yönəlməklə yanaşı, Azərbaycanın da maraqlarına qarşı çevrilmiş bir sənəd olduğu açıq şəkildə bildirilib.
YAP Sədrinin müavini vurğulayıb ki, bu sənədin qəbulu Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasında Türkiyəyə təzyiq göstərmək niyyətini özündə ehtiva edir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə və ədalətli şəkildə həllinə qarşı çevrilib. çünki, Türkiyə tərəfindən Ermənistanla sərhədlərin bağlanması məhz ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasətinə etirazın təzahürü idi. Təbii ki, sərhədlərin açılması üçün ən mühüm və əsaslı şərt sərhədlərin bağlanmasına səbəb olmuş erməni işğalının aradan qaldırılmasıdır. Türkiyənin də sərhədlərin açılması ilə bağlı irəli sürdüyü şərt məhz bununla bağlıdır. çox təəssüf edici haldır ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ Konqresinin Nümayəndələr Palatası münaqişənin nizamlanması üçün Türkiyə tərəfindən atılan bu addımı dəstəkləmək əvəzinə onun əleyhinə gedir və həmsədr dövlət kimi ABŞ-ın üzərinə götürdüyü missiyaya kölgə salır.
“Biz hesab edirik ki, ABŞ administrasiya, o cümlədən, Konqres Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi bu düşünülməmiş addıma daha ağılla yanaşacaq, mövqe bildirəcək və nəticə etbarı ilə bu qətnamənin daha geniş müzakirəsinə və qəbuluna imkan verməyəcək” - deyə Əli Əhmədov bildirib. Onun sözlərinə görə, bu sənədin qəbulu Azərbaycan ictimaiyyətində həmsədr kimi ABŞ-ın vasitəçilik missiyasına inamın əhəmiyyətli şəkildə zəifləməsinə gətirib çıxarır.
Bütövlükdə həmsədrlərin fəaliyyətinə gəlincə, YAP Sədrinin müavini qeyd edib ki, Minsk qrupunun həmsədrləri bu günə qədər öz üzərlərinə götürdükləri missiyanın layiqincə yerinə yetirilməsi üçün yetərincə səylər göstərməyiblər: “Bu aydın şəkildə ifadə olunmalıdır. Amma ümid edirik ki, həmsədrlər üzərlərinə götürdükləri missiyaya ciddi yanaşacaqlar”.
O, qeyd edib ki, Konqresdə qəbul olunmuş qətnamə Türkiyəni zəiflətməyəcək. “Türkiyə kifayət qədər güclü dövlətdir və bu qətnamə onun nə dünyada, nə də regiondakı mövqeyinə təsir göstərə bilməz. Bir sıra ölkələrdə belə bir qanun qəbul olunsa da, bunun Türkiyəyə hər hansı təsiri olmayıb. Bu mənada indiki qərar da Türkiyəyə təsir göstərməyəcək. Gözlənilən odur ki, Türkiyə-ABŞ münasibətləri ciddi şəkildə pisləşəcək. Beləliklə, bununla da ABŞ-ın bütün Qafqazda, bölgədə mövqeyi zəifləyəcək” - deyə Əli Əhmədov vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfirinin geri çağırılması haqqında bəzi millət vəkillərinin təkliflərinə gəlincə, YAP Sədrinin müavini tələskən addım atmamağı vacib hesab edib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Elm
17 İyun 21:18
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:57
YAP xəbərləri
17 İyun 17:49

