/ / Paşinyanın Qarabağa səfəri göstərir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur
Paşinyanın Qarabağa səfəri göstərir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur
02.09.2020 [09:06]
İşğalçı və təcavüzkar Ermənistan artıq bütün cəbhələrdə Azərbaycana açıq-aşkar uduzur. Bu məğlubiyyət seriyası xüsusilə də “Valday”dan, Aşqabad Sammitindən, Türk Şurası və Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşlərindən, Münhen Təhlükəsizlik Konfransı və “Şərq Tərəfdaşlığı”nın sonuncu toplantısından sonra daha da güclənib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Bakı Dövlət Universitetinin kafedra müdiri Kamilə Əliyeva deyib.
K.Əliyeva diqqətə çatdırıb ki, diplomatik uğurlarımız sayəsində Ermənistan hakimiyyəti ardıcıl sarsıdıcı zərbələr almaqdadır. İyulun 12-də Azərbaycan-Ermənistan sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən növbəti qanlı təxribatdan və fitnəkarlıqdan sonra dünya ictimaiyyəti erməniləri daha yaxşı tanımağa başlayıb. Azərbaycan Ordusu tərəfindən geri oturdulan və layiqli cavabını alan düşmən çaşqınlıq içindədir. İşğalçı ölkə hazırda siyasi-iqtisadi böhran, siyasi xaos, hərbi məğlubiyyətin acısı ilə yaşayır. Hətta illərdir arxalarında dayanan və Azərbaycanın üzərinə hücum əmri verən dairələr, mərkəzlər, açıq-gizli havadarlar, dəstəkçilər indi onların köməyinə çata bilmir.
“Tovuz döyüşlərində məğlubiyyətindən sonra qorxaqcasına və müticəsinə yalvardıqları, qapısını döyüdükləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) də onlardan imtina etdi. Minskdə yaşananlar, bədnam və sərsəm Paşinyanın tək buraxılması, heç kim tərəfindən ciddiyə alınmaması isə biabırçılığın son həddi oldu. Çünki KTMT artıq Ermənistanın oyununa inana bilməzdi. Bu qurumdakı bütün dövlətlər Azərbaycanın dostları, müttəfiqləridir və bu ölkələr Azərbaycanın əleyhinə heç bir addım atmadılar. Bununla da ermənilər və onların havadarları növbəti siyasi-diplomatik zərbələrini aldılar. Paşinyan hökuməti artıq başını itirib və onun tərəfindən atılan isterik addımlar da bunun göstəricisidir”, - deyən deputat qeyd edib ki, işğalçı ölkənin siyasi dairələri son çarəni yüz illərdir təxribatla, terrorla məşğul olan erməni lobbisi və diasporunda axtarsa da, istəyinə nail ola bilmədilər. Əksinə, Paşinyan və onun hakimiyyəti daha rəzil vəziyyətə düşdü.
K.Əliyeva diqqətə çatdırıb ki, Ermənistanın son təxribatına və fitnəkarlığına qarşı yaşadıqları ölkələrdə ayağa qalxan həmvətənlərimiz çox geniş etiraz aksiyaları keçirdilər. Bu zaman həm Ermənistan, həm də Ermənistanı idarə və himayə edən dairələr tərəfindən dirijor çubuğu ilə hərəkətə gətirilən faşist, terrorist düşüncəli, nasist ruhlu erməni lobbisi, erməni diasporunun üzvləri həmvətənlərimizə qarşı təxribatlara əl atdılar, açıq-aşkar güc, zor tətbiq etməkdən çəkinmədilər. Bununla da əslində bir daha mürtəce simalarını bütün dünyaya nümayiş etdirdilər. Nümayiş etdirdilər ki, nə Ermənistanda, nə də xaricdə yaşayan ermənilər, erməni lobbisi və diasporu üçün dəyişən heç nə yoxdur. Lakin düşmən istəyinə nail ola bilmədi. Xaricdə yaşayan soydaşlarımızın son dərəcədə yüksək təmkini, soyuqqanlılığı sayəsində ermənilərin fitnəkarlığının qarşısı alındı, “ikinci Sumqayıt ssenarisi”nin yaşanmasına imkan verilmədi. Təşkilatlanmış Azərbaycan diasporu “erməni lobbisi” mifini darmadağın etdi.
“Son olaraq Paşinyanın Qarabağa səfəri göstərir ki, Ermənistan hakimiyyəti Azərbaycana qarşı yeni hücum planları qurur, hərbi əməliyyatların yenidən bərpasına, növbəti təxribatlara başlamaq niyyətindədir. Lakin Azərbaycan dövləti və ordusu buna imkan verməyəcək. Çünki bizim düşmənin təxribatına və hücumlarına cavab vermək üçün kifayət qədər imkanımız var”, - deyə deputat əlavə edib.
Xəbər lenti
Hamısına baxSosial
03 Sentyabr 13:20
İqtisadiyyat
03 Sentyabr 12:28
Hadisə
03 Sentyabr 12:27
Sosial
03 Sentyabr 12:26
Sosial
03 Sentyabr 12:12
Gündəm
03 Sentyabr 11:47
Gündəm
03 Sentyabr 11:19
Gündəm
03 Sentyabr 10:54
İqtisadiyyat
03 Sentyabr 10:22
Siyasət
03 Sentyabr 09:41
İqtisadiyyat
03 Sentyabr 09:17
Analitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19

