Uşaqların daha etibarlı müdafiəsi sistemi yaradılacaq
10.03.2010 [10:34]
Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və UNİCEF arasında “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin həyata keçirilməsi üçün birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib. Anlaşma memorandumunu təhsil naziri Misir Mərdanov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, AQUPDK sədri Hicran Hüseynova və UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard imzalayıblar. Mərasimdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsi “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində hazırlanıb: “Dövlət Proqramı icra olunmağa başlayanda Azərbaycanda 55 dövlət uşaq müəssisəsi var idi. Onlardan 50-si Təhsil Nazirliyi (TN), 3-ü Səhiyyə Nazirliyi (SN), 2-si isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) ilə bağlı müəssisələrdir. Son 2 il ərzində bu müəssisələrdən 9-u transformasiya olunaraq ümumtəhsil məktəblərinə çevrilib. Hazırda TN-nin tabeliyində 41, ƏƏSMN-nin tabeliyində 2, SN-nin tabeliyində isə 3 müəssisə var. Bu müəssisələrdə 10054 nəfər tərbiyə alır. Onlardan 3960 uşaq burada gecələyir, 6094 nəfər isə yalnız təhsil alır”.
M.Mərdanovun sözlərinə görə, memorandumun əsas mahiyyəti aidiyyatı qurumlar tərəfindən Dövlət Proqramının daha səmərəli icrasını həyata keçirməkdir. UNİCEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard isə deyib ki, Memorandumun imzalanması uşaqların müdafiəsi sahəsində atılmış çox önəmli addımdır. Uşaqların müdafiəsi üçün dövlət, qeyri-dövlət və beynəlxalq təşkilatların birgə əməkdaşlığı tələb olunur.
Füzuli Ələkbərovun sözlərinə görə, rəhbərlik etdiyi qurumun tabeliyindəki internat məktəblərində ağır fiziki qüsurlu uşaqlar saxlanılır. Nazirlik ötən il 66 uşağın bu müəssisələrə daxil olmasının qarşısını alıb, 22 uşaq isə tam sağlam olduğu üçün öz bioloji ailələrinə verilib: “Əsas problemlərdən biri bu uşaqların mənsub olduğu ailələrin kasıb olmasıdır. Ona görə də, dövlət həmin ailələrə yardım etməlidir. Təəssüf ki, belə uşaqlar çox yaşamır. Onların ailələrinə qaytarılması isə aztəminatlı ailələr üçün daha da ağır ola bilər. Buna görə də, Heydər Əliyev Fondunun dəstəyi ilə belə uşaqların məskunlaşdığı 3 nömrəli internat tam təmir olunub, 7 nömrəli internatda isə təmir işləri davam edir”.
Xatırladaq ki, imzalanan Memorandumun əsas prinsipi uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması istiqamətində Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi və UNİCEF arasında müvafiq öhdəliklər əsasında əməkdaşlığın qurulmasıdır. Mahiyyəti aidiyyatı qurumlar ilə “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin planlaşdırılması, maliyyə və texniki dəstək göstərərək onun icra olunması istiqamətində müvafiq vəzifələrin həyata keçirilməsindən ibarət olan bu Memorandum böyük bir layihənin başlanğıcıdır. Bundan sonra isə, birgə Fəaliyyət Planı hazırlanacaq. AQUPDK sədri H.Hüseynovanın sözlərinə görə, “Uşaqların ailələrə verilməsi və alternativ qayğı ilə əhatə olunması mexanizminin yaradılması” layihəsinin əsas məqsədi pilot seçilmiş Əzizbəyov və Suraxanı rayonlarında uşaqların bioloji və alternativ ailələrə verilməsi və alternativ qayğıya cəlb edilməsi, risk qrupuna daxil olan uşaqların müəssisəyə düşməsinin qarşısının alınması üçün onların müdafiəsinin təmin olunmasıdır.
Layihənin həyata keçirilməsi nəticəsində uşaqların müəssisələrə düşməsinin qarşısı alınacaq, etibarlı müdafiə sistemi yaradılacaq, alternativ ailə qayğı sistemi və icma əsaslı sosial xidmətlər təşkil ediləcək. övladlığa, qəyyumluğa, himayəyə veriləcək uşaqlar və namizəd ailələr üzrə məlumat bankı yaradılacaq.
Təhsil Nazirliyi Dövlət Proqramının həyata keçirilməsində əsas işçi qurum olaraq layihənin planlaşdırılmasına və həyata keçirilməsinə şərait yaradacaq, maliyyə və texniki dəstək göstərəcək. Pilot layihənin əlaqələndirilməsi, uşaqların müəssisəyə düşməsinin qarşısının alınması, pilot seçilmiş rayonlarda Dövlət Uşaq Müəssisələrinin Transformasiyası üzrə Baş Plana uyğun olaraq ailələrə dəstək xidmətinin təşkili və yaradılması, təhsildən kənarda qalan və sağlamlıq imkanları məhdud olan uşaqların təhsilə cəlb edilməsi, müəssisədə yaşayan uşaqların fərdi qayğı planının işlənib hazırlanması və alternativ qayğı ilə təmin olunması, uşaqların sosial xidmətlərə yönəldilməsi üçün mexanizmin yaradılması, ailələrinə verilmiş uşaqların vəziyyətinin dövri monitorinq mexanizminin hazırlanması, pilot layihə üzrə mütəmadi olaraq hökumətə hesabatların verilməsi kimi vəzifələr də Təhsil Nazirliyinin üzərinə düşəcək.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

