Ötən il 2 ton 500 kq müxtəlif növ narkotik maddə dövriyyədən çıxarılıb
12.03.2010 [09:54]
Dünən Nazirlər Kabinetində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının iclası keçirilib. Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bildirib ki, son 2 ildə beynəlxalq səviyyədə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi həm narkotika istehsalının, həm də istifadəçilərinin sayının azalmasına səbəb olub. Eyni zamanda, hüquq-mühafizə orqanlarının fəaliyyətini artırması nəticəsində narkotik maddələrin müsadirə olunması halları çoxalıb.
Əli Həsənov dünya miqyasında narkomanlığa qarşı aparılan tədbirlərə baxmayaraq, bu ümumbəşəri bəlanın hələ də ciddi problem kimi qaldığını söyləyib. Əfqanıstan yenə də narkotik maddələrin becərilməsində əsas yer tutur. Bu ölkədə təkcə, kokain və morfinin istehsalı son bir ildə 630 min tonu ötüb. Əfqanıstan, İranla birgə, dünyada narkotik maddələrin əsas tranziti hesab olunur. Əli Həsənov respublikamızda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işinin son illər daha da gücləndirildiyini, bunun nəticəsində külli miqdarda narkotikanın müsadirə edildiyini diqqətə çatdırıb. Bu sahədə aidiyyəti nazirliklərin, komitə və təşkilatların birgə gördüyü qabaqlayıcı və profilaktiki tədbirlərin əhəmiyyətinə toxunub. Milli Təhlükəsizlik, Daxili İşlər nazirlikləri, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən mübarizə tədbirləri nəticəsində 2009-cu ildə 2 ton 500 kq müxtəlif növ narkotik maddə dövriyyədən çıxarılıb. Bu, 2008-ci illə müqayisədə 280 kq artıq narkotik maddə deməkdir. Eyni zamanda, ötən il narkotik vasitələrin satış məqsədilə əldə edilməsi və saxlanmasına dair 3260 cinayət faktı qeydə alınıb ki, bu da əvvəlki illə nisbətdə 371 fakt çoxdur. 2009-cu ildə təkcə “Xaş-xaş” əməliyyatı çərçivəsində keçirilən tədbirlər zamanı 458 tondan artıq yabanı halda bitən narkoxassəli bitkilər aşkar olunaraq məhv edilib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov onu da deyib ki, bir çox dövlətlərdə narkotika istifadəçiləri cinayətkar kimi məsuliyyətə deyil, xəstə kimi səhiyyə müəssisələrində müalicəyə cəlb olunurlar. Son illərin araşdırmaları göstərir ki, bu metod narkomanlığa qarşı mübarizədə daha çox effekt verir. Əli Həsənov hesab edir ki, bu təcrübəni Azərbaycanda da tətbiq etmək olar. Bunun üçün bir sıra orqanlarla birgə araşdırmalara ehtiyac var. Komissiya sədri son dövrlər məktəb yaşlı yeniyetmə və gənclərin narkotik maddələrdən istifadə etməsi hallarına rast gəlindiyi və bundan təəssüfləndiyini diqqətə çatdırıb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbəri Araz Əliquliyev bildirib ki, 2009-cu ildə 2185 nəfər narkotika istifadəçisi kimi səhiyyə müəssisələrində qeydiyyata götürülüb. ümumiyyətlə, respublikamızda bu sahə üzrə xəstə olanların sayı 23 min 927 nəfər təşkil edir. ötən il 17 yaşa qədər olan 5 nəfər şəxs narkotik maddələrdən istifadə etdiyinə görə, müalicəyə cəlb olunub. Eyni zamanda, 498 qadın istifadəçi kimi qeydiyyata alınıb. A.Əliquliyev qeyd edib ki, narkomaniyaya düçar olan şəxslərin böyük əksəriyyəti həm də HİV-ə yoluxmuş şəxslərdir. İşçi qrupunun rəhbəri narkomaniyaya qarşı profilaktik tədbirlərin gücləndirilməsində Təhsil, Səhiyyə, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətini də təqdir edib. Onun fikrincə, bu istiqamətdə daha effektiv nəticələrə nail olmaq üçün həmin qurumlar öz işini daha da artırmalıdır. Araz Əliquliyev məktəblərdə və digər təhsil müəssisələrində müxtəlif tədris proqramlarının gerçəkləşdirilməsinin zəruriliyini də diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova da yeniyetmə və gənclər arasında narkomanlığın yayılmasının qarşısının alınması profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi üçün müxtəlif proqramların hazırlanmasını təklif edib. Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov isə televiziya kanallarında bu istiqamətdə təbliğat işlərinin mütəmadi olaraq həyata keçirilməsinin, bir sıra verilişlərin hazırlanmasının vacibliyini bildirib. Mətbuat Şurasının sədri Əflatun Amaşov da təbliğat xarakterli işlərin gücləndirilməsinin zəruriliyinə toxunub.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

