Kütləvi informasiya vasitələri məsələlərə milli maraqlar çərçivəsindən yanaşmalıdır
12.03.2010 [10:11]
İnformasiya əsri sayılan XXI əsrdə kütləvi informasiya vasitələrinin cəmiyyətin inkişafında rolu getdikcə artmaqdadır. ümumiyyətlə, cəmiyyətin aynası sayılan KİV aşkarlığın və demokratik prinsiplərin bərqərar olmasında əhəmiyyətli yer tutur. Azərbaycanda KİV-in azad fəaliyyətinin təmin olunması istiqamətində olduqca mühüm qərarlar qəbul edilib. 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə gələn ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü ilə ölkədə senzura ləğv olundu, qəzetlərin qeydiyyat proseduru asanlaşdırıldı, müxtəlif dövrlərdə mətbuat orqanlarına edilən maddi yardımlar hesabına redaksiyaların texniki təchizatı yaxşılaşdırıldı, nəşrlərin dövlət nəşriyyatına olan borcu ləğv olundu. Bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İki il öncə qəbul olunan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası bu istiqamətdə görülən geniş miqyaslı işlərin təməlini qoydu. Ardınca Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması ölkədə söz azadlığının, demokratik prinsiplərin inkişafı istiqamətində yeni mərhələ açdı.
Azərbaycanda söz azadlığı prinsipi Konstitusiya ilə təsbit olunub. Bundan başqa, KİV-in inkişafı həm də bu sahənin təsiredici vasitə kimi rolunu yüksəldib. İstər daxili müstəvidə ictimai rəyin, istərsə də beynəlxalq səviyyədə dövlətlərarası münasibətlərin formalaşmasında KİV olduqca əhəmiyyətli rola malikdir. Müasir kütləvi informasiya vasitələri nəinki dünya hadisələrini çevik işıqlandırır, həm də informasiyanın təhlili ilə məşğul olur, onu süzgəcdən keçirir və seçərək istifadə edir. Məhz buna görə kütləvi informasiya vasitələri insanların şüuruna güclü təsir göstərir. O baxımdan dövlətin mətbuata, KİV-ə bu qədər diqqət və qayğısının qarşılığında bu sahənin nümayəndələri də öz üzərlərinə düşən məsuliyyəti vicdanla yerinə yetirməli və hər bir məsələyə milli maraqlar çərçivəsindən yanaşmalıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev AzərTac-ın 90 illik yubiley mərasimində və MDB ölkələri milli informasiya agentlikləri rəhbərləri şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin başçılarını qəbul edərkən informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaya daha geniş imkanlar açdığını söyləyib. Prezident deyib ki, həqiqi məlumatın vaxtında verilməsi operativ qərarların qəbulu, proseslərin düzgün şərh edilməsi, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol oynayır: “Kütləvi informasiya vasitələri daha yaxşı qarşılıqlı anlaşmaya, yaxınlaşmağa və əməkdaşlığın genişləndirilməsinə fəal kömək edə bilərlər. Lakin təəssüf ki, bəzən əksinə də olur. Bəzən hansısa yoxlanılmamış və ya qərəzli informasiya, yaxud sifariş xarakterli informasiya ikitərəfli münasibətlərə müəyyən dərəcədə zərər də vura bilər. Buna görə də, biz hamımız - həm siyasətçilər, həm KİV nümayəndələri, həm də ictimai qurumlar əlbəttə, ilk növbədə, qarşımızda duran vəzifələrə məsuliyyətlə yanaşmalıyıq”.
Həqiqətən də, müasir zaman kəsiyində informasiya və telekommunikasiya texnologiyalarının inkişafı, cəmiyyətin sosial-siyasi və mədəni həyatında KİV-in təsirinin güclənməsi, eyni zamanda bu sahənin nümayəndələrinin- jurnalistlərin peşəkarlığının artırılmasını zəruri edir. ölkəmizin dünya informasiya məkanına daxil olması və informasiya cəmiyyətinə keçidlə əlaqədar şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Buna görə də, kütləvi informasiya vasitələrinin inkişafına və fəaliyyətinin təkmilləşməsinə dövlət dəstəyi ən vacib məsələlərdəndir.
Digər tərədən, qeyd etmək lazımdır ki, bu gün ölkəmizdə KİV-in inkişafı həm də dövlətimizin qüdrətlənməsinin təcəssümüdür. Azərbaycanın sosial-iqtisadi inkişafı, hüquqi islahatların keyfiyyətcə yeni mərhələyə daxil olması, vətəndaş cəmiyyəti quruculuğunun inkişafı və siyasi plüralizmin genişlənməsi cəmiyyətdə informasiyaya olan ictimai tələbatı daha da artırır. Məhz bu tələbatın təmin olunması zərurəti kütləvi informasiya vasitələrinin ictimai həyatda xüsusi rolunu şərtləndirir. Bu gün Qərbə inteqrasiya edən Azərbaycan nəinki postsovet məkanında, hətta Avropanın özündə belə son illərdə ən yüksək yeni texnologiyaları mənimsəyən və tətbiq edən dövlətlərdən sayılır.
Pərviz SADAOYÄžLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

