15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyətə qədər davam edəcək şərəf tarixidir
16.09.2020 [09:30]
15 sentyabr Türkiyə-Azərbaycan qardaşlığının əbədiyyətə qədər davam edəcək şərəf tarixidir. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu tərəfindən Bakının işğaldan azad edilməsi XX əsr dövlətçilik tariximizdə ən əhəmiyyətli günlərdən biridir və olduqca strateji əhəmiyyətə malikdir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Bakının işğal altında qalması faktiki olaraq Azərbaycan Xalq Cümhuriyyətinin sonrakı mərhələdə mövcudluğunu sual altında qoya, onun beynəlxalq miqyasda tanınması ilə bağlı ciddi problemlər yarada bilərdi. Olduqca mürəkkəb və çətin bir zamanda Nuru Paşa Killigilin Qafqaz İslam Ordusu ilə Bakını, Qarabağı, Şirvanı, Lənkəranı, Qubanı və s. azad etməsi, əslində, bütövlükdə Azərbaycanı xilas etmək idi. “Bu, həm yüksək cəsarət və qəhrəmanlıq, həm də əsl qardaşlıq və fədakarlıq nümunəsi idi. Çünki bir tərəfdən ingilis işğalçı qüvvələri, bir tərəfdən erməni-daşnak quldur birləşmələri, digər tərəfdən isə rus işğalçı dəstələri Azərbaycanı işğal altında saxlamaqla onu müstəqil dövlət qurmaq imkanlarından məhrum etmək istəyir, ərazisini isə bölüb parçalamaq niyyəti güdürdülər. Bakı və Abşeronu nəyin bahasına olursa-olsun Xalq Cümhuriyyətinə vermək istəmir, onu Rusiya Federasiyasının muxtar hüquqlu subyektinə çevirməyə çalışırdılar. Bir tərəfdən də erməni-daşnak terrorçuları dinc müsəlmanlara qarşı soyqırımı törədir, Şimali və Cənubi Azərbaycanda günahsız insanları qətlə yetirirdilər. 1918-ci il mart qırğınları zamanı minlərlə günahsız türk-müsəlman yalnız etnik və dini mənsubiyyətinə görə qəddarcasına öldürülmüşdü”, - deyə H.Babaoğlu bildirib.
Deputat Azərbaycan dövləti və xalqı çün məhz belə bir çətin vaxtda qardaş Türkiyənin (Osmanlı imperiyasının) özünün çətin vəziyyətdə olmasına baxmayaraq, Azərbaycanı xilas etməsi tarixdə misli görünməmiş qardaşlıq nümunəsi idi. Əgər həmin dövrdə Bakı azad edilərək Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevirilməsəydi, nə 1919-cu il Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyi tanınacaq, nə də sonrakı mərhələdə Sovet İttifaqı yaradılan zaman Azərbaycan müstəqil respublika kimi ittifaqa daxil ediləcəkdi. Şübhəsiz ki, belə olacağı təqdirdə, 1991-ci ildə SSRİ süquta uğrayarkən Azərbaycan sovet imperiyasının tərkibindən müstəqil respublika kimi deyil, federasiya subyekti kimi çıxacaqdı ki, bu da müstəqil dövlətimizin olmayacağı anlamını ifadə edəcəkdi.
Qədirbilən Azərbaycan xalqının bu yaxşılığı heç vaxt unutmadığını deyən H.Babaoğlu qeyd edib: “Xalqımız öz xilaskarı olan türk qardaşlarını həm sovet repressiyaları dövründə, həm də ondan sonra əsla unutmadı. Qəhrəman türk əsgərinin məzarını yaddaşında, ürəyində qorudu və ilk fürsətdə ona abidə ucaltdı. Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etdikdə yenə də onu ilk tanıyan qardaş Türkiyə Respublikası oldu. Qədirbilən xalqımız bu gün də həmin tarixi hadisəni unutmur, böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin “bir millət, iki dövlət” məfkurəsinə sarılaraq bu qardaşlığı davam etdirir. 2018-ci ildə Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən təntənəli paradda Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi “Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsi və Nuru paşanın rəhbərliyi altında Gəncədən Bakıya gəlməsi, bir neçə şəhərin azad edilməsi və sentyabrın 15-də şiddətli döyüşlər nəticəsində Bakının azad edilməsi tarixi hadisə idi. Qədirbilən Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq, şəhidlərin əziz xatirəsini daim öz qəlbində yaşadacaqdır” fikirləri onun bu mühüm tarixi hadisəyə verdiyi yüksək qiymətdir”.
Deputat diqqətə çatdırıb ki, yüz il sonra yenə də olduqca mürəkkəb hadisələrin cərəyan etdiyi çətin bir tarixi mərhələdən keçməkdəyik. “Yenə də bu çətin zamanda Azərbaycanın yanında qardaş Türkiyə, Türkiyənin yanında da Azərbaycan var. Azərbaycan həyata keçirdiyi bütün regional və qlobal layihələrdə Türkiyənin maraqlarını nəzərə almaqla onun mühüm nəqliyyat-kommunikasiya qovşağına çevirilməsində əlindən gələni əsirgəməyib. Qarşılıqlı sərmayə qoyuluşu və strateji müttəfiqlik əlaqələri iki qardaş xalqın bundan sonrakı mərhələdə də inkişaf perspektivlərini təmin edib”, - deyən deputat qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bir daha bəyan etdi: “Əminəm ki, yaxın zamanlarda Türkiyə bütün başqa sahələrdə olduğu kimi, hərbi-texniki əməkdaşlıq sahəsində də bizim üçün bir nömrəli tərəfdaş olacaqdır. Bildiyiniz kimi, həm siyasi, həm iqtisadi, həm də başqa sahələrdə bizim əlaqələrimiz bütün ölkələr üçün örnəkdir. Siz bilirsiniz, mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi daha da möhkəmləndirdik”.
Səsləndirilən bu fikirlər və onun ifadə etdiyi reallıq bu gün də Azərbaycan ilə Türkiyənin birlik, qardaşlıq üçün qan tökən, hətta öz canından keçən qəhrəman şəhidlərimizin ruhuna layiq şəkildə münasibətləri davam etdirmək əzminin göstəricisidir və bu, sonsuza qədər belə davam edəcək”, - deyə Hikmət Babaoğlu əminliyini ifadə edib.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29

