Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələri müzakirə olunub
25.09.2020 [08:46]
Sentyabrın 24-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin Sədr müavini Kaxa Kuçava ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, tərəflər iki ölkə arasında dostluq və mehriban qonşuluq prinsipləri əsasında mövcud olan yüksək səviyyəli münasibətlərin daha da möhkəmləndiyini məmnunluqla qeyd ediblər. Bu xüsusda, ölkələrimiz arasında mövcud olan strateji münasibətlərin, həmçinin ölkələrin iştirakı ilə həyata keçirilən birgə regional layihələrin bölgədə sülh, təhlükəsizlik və rifaha töhfə verdiyi bildirilib.
İkitərəfli münasibətlərimizin əsasında beynəlxalq hüququn norma və prinsiplərinə hörmət prinsipinin dayandığı qeyd edilib və ölkələrimizin bir-birinin suverenliyi və ərazi bütövlüyünə birmənalı dəstək verdiyi vurğulanıb.
Azərbaycan-Gürcüstan parlamentləri arasında əlaqələrə toxunan tərəflər bu əməkdaşlığın yüksək səviyyədə olduğunu və onun daha da inkişaf etdirilməsi istiqamətində ikitərəfli səylərin artırılmasının vacibliyini səsləndiriblər. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrin daha da gücləndirməsində əhəmiyyətli rol oynadığı qeyd olunub.
Gürcüstan parlamentinin sədr müavini Kaxa Kuçava Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən hadisələr ilə bağlı şəxsən nazirə və Azərbaycan xalqına başsağlığını bildirib və bölgədə mövcud olan münaqişələrin sülh yolu ilə həllinin vacibliyini qeyd edib.
Xarici İşlər naziri Ceyhun Bayramov, öz növbəsində, dövlətlərimizin ortaq tarixi, mədəniyyət və ənənələri bölüşdüyü kimi, ortaq təhlükəsizlik təhdidləri ilə də qarşılaşdığını vurğulayaraq, bu xüsusda bölgədə həll olunmamış münaqişələri qeyd edib. Nazir Ermənistanın işğalçılıq siyasəti, iki dövlətin beynəlxalq sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən sonuncu hərbi təxribatı, eləcə də bölgədəki cari gərgin vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb. Ermənistanın hazırkı rəhbərliyinin davam edən təxribatçı bəyanat və fəaliyyətinin münaqişənin həlli üzrə aparılan danışıqlara zərbə olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda nazir Ceyhun Bayramov Gürcüstan parlamentinin xatirə kitabını imzalayıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

