/ / XİN: Ermənistanın Avropa Məhkəməsindən siyasi məqsədlərlə istifadə etmək cəhdi onun özünün əleyhinə çevrilib
XİN: Ermənistanın Avropa Məhkəməsindən siyasi məqsədlərlə istifadə etmək cəhdi onun özünün əleyhinə çevrilib
01.10.2020 [09:27]
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 29 sentyabr tarixli qərarı ilə bağlı açıqlama yayıb.
XİN-dən AZƏRTAC-a bildiriblər ki, açıqlamada deyilir: “Sentyabrın 29-da İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Ermənistan hökumətinin verdiyi şikayətə cavab olaraq Məhkəmə Reqlamentinin 39-cu qaydasına müvafiq qərar qəbul edib. Həmin qərarda Avropa Məhkəməsi həm Ermənistanı, həm də Azərbaycanı mülki əhalinin Konvensiya hüquqlarının pozulmasına gətirib çıxara biləcək tədbirlərdən çəkinməyə dəvət edir.
Beləliklə, Ermənistanın hüquqi müstəvi təşkil edən Avropa Məhkəməsindən siyasi məqsədlərlə istifadə etmək cəhdi elə məhz onun özünün əleyhinə çevrilib. Əslində, bu qərarla Avropa Məhkəməsi 2015-ci ildə Çıraqov və digərləri Ermənistana qarşı işində çıxardığı qərarda gəldiyi qənaəti - Ermənistanın Azərbaycan ərazilərinin işğal olunması və bu ərazilərdə insan hüquqları pozuntularına görə məsuliyyət daşıdığını təsdiq edib. Bu, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən işğalının, habelə münaqişənin Ermənistan və Azərbaycan arasında getməsi faktının növbəti hüquqi təsbitidir.
Məlum olduğu kimi, Ermənistanın təcavüzkar hərbi birləşmələri Azərbaycanın şəhər və kəndlərini, o cümlədən mülki əhalini və çoxsaylı mülki obyektləri atəşə tutmaqdadır. Bunun nəticəsində dinc əhali arasında azı 12 nəfər həlak olub, onlarla insan xəsarət alıb, şəxsi və dövlət əmlakına bərpaolunmaz ziyan yetirilib. Nəticə etibarilə, Avropa Məhkəməsinin 29 sentyabr tarixli qərarı Ermənistana Azərbaycan ərazilərində törətdiyi, insan hüquqları və beynəlxalq humanitar hüquqa zidd zorakı əməllərinə son qoymağa dair çağırış mənasına gəlir.
Bundan əlavə, Avropa Məhkəməsi Ermənistanı öz öhdəliklərinə riayət etmək üçün görülmüş tədbirlər barədə mümkün qədər tezliklə ona məlumat verməsini istəyib.
Qeyd edək ki, sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz aktına cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanmış əks-hücum əməliyyatının gedişi zamanı beynəlxalq humanitar hüquqa tam və qəti şəkildə riayət edilir, heç bir formada mülki əhali və obyektlər hədəfə alınmır. Azərbaycan tərəfi Avropa Məhkəməsinin qərarına uyğun olaraq beynəlxalq öhdəliklərinə riayət edilməsi istiqamətində görülmüş tədbirlər barədə quruma müvafiq qaydada məlumatlar təqdim edəcək”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58

