Azərbaycandakı xristian icmaları rəhbərləri Fransa Prezidentinə müraciət ünvanlayıblar
08.10.2020 [09:17]
Azərbaycandakı xristian icmaları rəhbərləri Fransa Prezidenti Emmanuel Makrona müraciət ünvanlayıblar.
AZƏRTAC müraciətin mətnini təqdim edir:
“Sizin Latviyaya son səfəriniz zamanı etdiyiniz çıxışla tanış olduq. Biz - Azərbaycanda yaşayan xristian icmalarının rəhbərləri təmsil etdiyimiz icma üzvlərinin iradə və istəyi ilə Sizə müraciət edir, həmin çıxışda bizi narazı salan, heysiyyatımıza toxunan fikirlərlə bağlı etirazımızı diqqətinizə çatdırmaq istəyirik.
Azərbaycan bizim vətənimizdir və biz, xristianlar əsrlər boyunca burada öz dini ibadət və tələbatlarımızı heç bir maneə olmadan həyata keçiririk, öz mənəvi dəyər və mədəni ənənələrimizi yüksək səviyyədə yaşatmaq imkanlarına malikik. İcmalarımız və dini ibadət məkanlarımız Azərbaycan dövləti tərəfindən həmişə diqqət və qayğı ilə əhatə olunmuşdur. Tarixən səmavi dinlərin məskəni olmuş, xristianlığın erkən məkanlarından biri olan, Qafqaz Albaniyası dövlətinin mövcudluğu zamanında İsa Məsihin apostolları Fadey və Varmolofey tərəfindən ilk xristian icmalarının formalaşdığı Azərbaycan hazırda dünya miqyasında dinlərarası əməkdaşlığın mərkəzlərindən biri kimi tanınır. Biz multikulturalizmi dövlət siyasəti qismində həyata keçən dövlətimizlə və Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi olmağımızla fəxr edirik.
Biz vətəndaşı olduğumuz Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınan sərhədləri daxilində öz torpaqlarının işğaldan azad edilməsi, ərazi bütövlüyünün bərpası uğrunda apardığı haqlı mübarizəsinə dair yanlış fikirlərin səsləndirilməsinə etirazımızı bildiririk. Azərbaycanın ictimai-mədəni həyatında yaxından iştirak edən biz - xristian icma üzvləri vətənimizə Ermənistan tərəfindən edilən təcavüz və işğal faktını beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk. Qonşu Ermənistan 30 ildən artıq müddət ərzində Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etmişdir, bir milyondan artıq azərbaycanlını - xristian və digər dinlərin nümayəndələri də daxil olmaqla - qaçqın, köçkün taleyi yaşamağa vadar etmişdir. İşğal altında olan ərazilərdə digər dini məbədlərlə yanaşı, xristian dini abidələri də vandalizmə məruz qalmışdır. Bununla belə, biz Azərbaycanda xeyli sayda erməni millətinin nümayəndələrinin sərbəst yaşadığının şahidiyik. Paytaxt Bakının mərkəzində erməni kilsəsinin binası nəfis şəkildə təmir etdirilərək qorunur. Dünya Dini Liderlərinin I Bakı Sammiti zamanı Bakıya səfər etmiş erməni katolikosu bu kilsədə ibadət etmiş, burada erməni millətinin nümayəndələri ilə görüş keçirmişdir.
Bütün bunları Sizin diqqətinizə çatdıraraq, Fransadakı böyük siyasi, iqtisadi imkanlara, o cümlədən təbliğat resurslarına malik erməni diasporunun qızışdırıcı fikirlərinə istinadən Azərbaycan barədə yanlış fikirlər səsləndirmənizə qəti etiraz edirik. Belə ki, xristianlar olaraq, Azərbaycanda digər dinlərin nümayəndələrinə, o cümlədən xristianlara heç vaxt ayrı-seçkilik, habelə ermənilərə düşmənçilik mövcud olmamışdır və indi də yoxdur. Erməni tərəfinin ərazi iddiaları səbəbindən başlamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dini müstəvidə təqdim edərək, beynəlxalq səviyyədə xristian-müsəlman qarşıdurması kimi qələmə vermək istəyən rəsmi Yerevanın əsas məqsədi xristian təəssübkeşliyinə nail olmaq, özlərinə tərəfkeş, qaxmar çıxacaq dövlətlər aramaqdan ibarətdir.
Fransa kimi inkişaf etmiş demokratik dəyərlərin bünövrəsində duran bir ölkənin Prezidenti kimi Sizin çıxışlarınızda tarixi həqiqətləri, bugünkü reallıqları təhrif edən fikirlər eşitmək üzücüdür. Fransa dövlətinin separatçı Qarabağ rejimini dəstəkləyən Ermənistanın yalanlarına, uydurmalarına, siyasi liderlərinin ambisiyalarına dəstək verməsi dövlətinizin dünyadakı imicinə xələl gətirir. İslam dininin daxilində böhranla bağlı səsləndirdiyiniz fikirlər islamofobiya meyillərinə rəvac verir. Ümumən, dinin dövlətdən ayrı olduğu dünyəvi, demokratik dövlət rəhbərlərinin, siyasi liderlərin dini məsələlərə birbaşa müdaxiləsi beynəlxalq müstəvidə sivilizasiyalararası qarşıdurmaya səbəb olur.
Ümid edirik ki, Siz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair beynəlxalq qurum - ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən birinin rəhbəri olaraq, vasitəçi statusuna layiqli tərəfsizlik nümayiş etdirərək, beynəlxalq hüququn prinsip və normalarına riayət olunması üçün daha artıq səy göstərəcək, BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməsinə yardımçı olacaqsınız. Bununla, Siz dünyada sülhün bərqərar olması işinə böyük töhfə vermiş olarsınız”.
Xəbər lenti
Hamısına baxDünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Dünya
06 Sentyabr 11:43
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Sosial
04 Sentyabr 18:39
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31

