Asim Mollazadə: Ali Baş Komandanımız xalqın iradəsini ifadə edir
23.10.2020 [08:56]
“Silahlı Qüvvələrimizin Ali Baş Komandanının işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində apardığı siyasəti yüksək qiymətləndiririk. Ona görə ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqının arzu və istəklərinin həyata keçirilməsi yönündə qətiyyət nümayiş etdirir. Bir məqamı xüsusi vurğulamaq istərdim ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatlarına başlayıb. Ordumuzun həyata keçirdiyi hərbi əməliyyatlar sülhə məcburetmə fəaliyyətidir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə dilə gətirib.
Partiya sədri deyib ki, Azərbaycan tərəfi həmişə sülh tərəfdarı olub və uzun illərdir, ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həlli üçün danışıqlarda iştirak edir: “Lakin son illərdə işğalçı Ermənistan tərəfindən danışıqlar prosesinin pozulması, bu il isə yeni işğalçılıq siyasəti aparılması Azərbaycanı özünü müdafiə etmək hüququndan istifadəyə baş vurmağa məcbur edib. Uzun illərdir, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in Minsk qrupu həmsədrlərinin təklifləri əsasında öz həllini tapmayan problemi bu gün Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları ilə həll edir. Azərbaycanın məqsədi terrorçuluq yuvasına çevrilimiş işğal altındakı ərazilərimizi azad edərək regionda birdəfəlik sülhə nail olmaqdır. Bu prosesə rəhbərlik edən Ali Baş Komandanımız tam şəkildə xalqın iradəsini ifadə edir”.
İndiki situasiyada ölkəmizdə nümayiş etdirilən milli həmrəyliyə toxunan A.Mollazadə bildirib ki, Azərbaycan dövlət başçısının son illərdə həyata keçirdiyi yeni siyasi strategiyanın nəticəsidir ki, siyasi baxışlarından asılı olmayaraq, cəmiyyətin bütün təmsilçiləri Vətəninin taleyüklü məqamında birləşməyi bacarır: “Bu düzgün strategiya bütün siyasi qüvvələri Azərbaycan milli və dövlət maraqları, o cümlədən Azərbaycanın dövlət müstəqilliyinin qorunması, onun ərazi bütövülüyünün bərpa olunması məqsədləri ətrafında birləşdirməyi bacarıb. Təsadüfi deyil ki, hal-hazırda bütün siyasi partiyalar bu məqsədlərin həyata keçrilməsi uğrunda çalışır. Məsələn, rəhbərlik etdiyim partiya Azərbaycan həqiqətlərini, o cümlədən Ermənistanın ölkəmizdə panika və xaos yaratmaq məqsədilə dinc əhaliyə qarşı hərbi cinayətlər törətməsi barədə məlumatları bütün dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq təşkilatlara müraciətlər ünvanlayır. Bu çirkin üsullardan vaxtilə faşist Almaniyası öz işğalçılıq məqsədlərini həyata keçirmək üçün istifadə edib. Faşistlərə abidə ucaldan işğalçı dövlətdən də bundan artıq heç nə gözləmək olmaz”.
A.Mollazadənin sözlərinə görə, Azərbaycan cəmiyyətində milli həmrəyliyin nümayiş etdirilməsi ölkəmizin işğalçılara qarşı mübarizədə haqlı olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb: “Dövlət başçısının yürütdüyü siyasətin nəticəsidir ki, indiki məqamda Azərbaycanda xalq-dövlət vəhdəti nümayiş etdirilir. Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü kimi toxunulmaz dəyərlərin qorunması naminə xalqımızın Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşməsi beynəlxalq aləmə ciddi mesajdır”.
Q.ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27

