/ / Azərbaycanda siyasi qüvvələr ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində həmrəylik nümayiş etdirirlər
Azərbaycanda siyasi qüvvələr ölkəmizin ərazi bütövlüyünün təmin olunması məsələsində həmrəylik nümayiş etdirirlər
27.10.2020 [09:05]
50 siyasi partiyanın ölkə Prezidentinin apardığı siyasəti dəstəkləməsi ilə bağlı bəyanatı xalqımızın birliyini göstərməklə yanaşı, Azərbaycan Ordusunun düşmən üzərindəki qələbələrinə əlavə stimul verir
Müzəffər Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində torpaqlarımız işğaldan azad edilir, ölkəmizin ərazi bütövlüyü təmin olunur. Vurğulanmalıdır ki, döyüş meydanında mühüm nailiyyətlər əldə edən Azərbaycan dövləti bununla yanaşı, informasiya müharibəsində də öz açıq üstünlüyünü göstərməkdədir. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 27-dən indiyə qədər xarici KİV-lərə verdiyi müsahibələrində səslənən faktlar, arqumentlər uzun illərdir ki, formalaşan erməni yalanlarını ifşa edir, Azərbaycanın haqq səsini dünyaya çatdırır. Eləcə də bu gün beynəlxalq aləm ölkəmizin ərazi bütövlüyünün təmini ilə bağlı Azərbaycan Prezidentinin xalqın iradəsinə söykənən qətiyyətini görür və bunu yüksək dəyərləndirir.
Təbii ki, əldə edilən bu nailiyyətlərin arxasında xalqın öz Prezidentinə inamı, etimadı və sevgisi dayanır. Bu gün bütün sferaları əhatə edən milli birliyimiz düşmənə qarşı ən böyük silahımıza çevrilib. Ölkəmizdəki xalq-iqtidar birliyi Azərbaycan Ordusunun düşmən üzərindəki qələbələrinə əlavə stimul verir. Yeri gəlmişkən, bu gün ölkəmizdə siyasi platformada da analoqu olmayan birlik, həmrəylik nümayiş etdirilməkdədir. Belə ki, sentyabrın 27-də erməni təxribatlarının qarşısının alınması istiqamətində başlanan əks-hücum əməliyyatlarına start verilən zamandan Azərbaycanın siyasi palitrasının mütləq hissəsi ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdiyini, dövlət başçısının apardığı siyasəti birmənalı şəkildə dəstəklədiyini açıqladı. Bu fakt Azərbaycan ictimaiyyətinin torpaqlarımızn işğaldan azad olunması uğrunda apardığım mübarizədə xalqımızın birgə olduğunun növbəti parlaq ifadəsinə çevrildi.
İmzalanan birgə bəyanatlar milli və siyasi həmrəyliyin parlaq göstəricisidir
Ümumiyyətlə, son illərdə ölkəmizdə aparılan köklü islahatlar siyasi platformada da yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Qeyd etmək lazımdır ki, bu ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçkilərin ardından yaranan yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi qüvvələr arasında əlaqələrin möhkəmlənməsində əsaslı rol oynadı. Ölkəmizdə yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesinə başlanıldı və bu Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiyaların rəhbərlərinin görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni mərhələnin yaranmasına rəvac verdi. Məhz bu siyasi birlik bu gün Azərbaycan dövlətinin Dağlıq Qarabağın erməni işğalından azad olunması istiqamətində aparılan əks-hücum əməliyyatlarında siyasi həmrəyliyin güclənməsində xüsusi əhəmiyyətə malik oldu. Sentyabrın 27-də erməni silahlı birləşmələrinin törətdiyi hərbi təxribatla əlaqədar 50 siyasi partiyanın imzaladığı bəyanatda Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə Prezidentin, Ali Baş Komandanımızın yanında olduğu xüsusi olaraq vurğulandı. Bu birgə bəyanatın milli və siyasi həmrəyliyin parlaq göstərici olması isə oktyabrın 3-də keçirilən “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfransda da bildirildi. Oktyabrın 17-də isə Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayaraq Ermənistanın son 30 ildə çox ciddi şəkildə silahlanmasının regional və beynəlxalq təhlükəsizliyi ciddi şəkildə təhdid etdiyi diqqətə çatdırıldı. Müraciətdə siyasi partiyalar tərəfindən Ermənistanın şəhər və kəndlərimizi, dinc əhalini hədəfə alması kəskin şəkildə qınanılıb. Sənəddə 50 siyasi partiyanın Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəklədiyi bir daha bildirilib, Azərbaycan xalqı ilə birlikdə Onun ətrafında sıx birləşdiyi Ermənistanın və dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.
AXCP və Müsavat Partiyası Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir
Vurğulanmalıdır ki, hər zaman xalqın və dövlətin milli-maraqlarını heçə sayan, öz şəxsi ambisiyalarını Vətənin mənafeyindən üstün tutan radikal müxalifət partiyaları - AXCP və Müsavat Partiyası ümummilli məsələmiz olan Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalından azad edilməsi prosesində də birlik və bərabərlik kimi milli çağırışlara qoşulmadı, özlərini milli həmrəylikdən kənarda qoydular. Vətənimizin düşmən təxribatına tuş gəldiyi, Azərbaycan Ordusunun əks-hücum əməliyyatları ilə işğal altında olan torpaqlarımızı azad etdiyi bir zamanda özünü “müxalifət partiyaları” adlandıran AXCP və Müsavat Partiyasının milli həmrəylik nümayiş etdirə bilməməsi, siyasi partiyaların imzaladığı birgə bəyanatlara qoşulmaması onların səmimi olmadıqlarını və əsl simalarını göstərir. Yeri gəlmişkən, Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində bu məqamlara toxunan ölkə başçısı bildirib ki, cəmi iki partiya Azərbaycanın milli maraqlarının əleyhinə çıxış edir. Bunlar Xalq Cəbhəsi Partiyası və Müsavat Partiyasıdır.
Qeyd edək ki, Azərbaycan hakimiyyətinin siyasi dialoq təklifini də qəbul etməyən bu iki partiya hər zaman Azərbaycanın milli maraqlarına qarşı çıxış edir. Xatırladaq ki, AXCP və “Müsavat” cəmisi bir neçə ay öncə, daha doğrusu ermənilərin bu ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində hərbi təxribatlar törətdiyi zaman 43 siyasi partiyanın imzaladığı “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi son təxribatları ilə əlaqədar siyasi partiyaların milli həmrəyliyə dair” bəyanatı da imzalamamışdı. Növbəti dəfə bu addımı təkrarlayan AXCP və “Müsavat”ın ümummilli məsələmiz olan erməni təcavüzünün, torpaqlarımızın işğalının ifşasına yönəlmiş bu bəyanatlara qoşulmaması milli birliyə, həmrəyliyə kölgə salmaq cəhdləri, ümummilli mübarizəmizdən yayınmalarıdır.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47

