Bəhruz Quliyev: Heç vaxt münaqişənin yenidən dondurulmasına imkan verilməyəcək
27.10.2020 [09:19]
“Dağlıq Qarabağ probleminin başlanması tarixinə nəzər saldıqda görürük ki, Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra Ermənistan öz məkrli planının reallaşmasına start verdi”. Bunu Trend-ə açıqlamasında “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.
“Məhz Heydər Əliyevin 1987-ci ilin oktyabrında vəzifəsindən istefa verməsinin ardınca kommunist partokratiyasının erməni klanları hərəkətə keçdilər, Qarabağın Azərbaycandan qopardılaraq zorla Ermənistana birləşdirilməsi tələblərini irəli sürdülər. Bunun ardınca isə yüz minlərlə soydaşımız bu gün Ermənistan adlandırılan Qərbi Azərbaycandan və eyni zamanda, Qarabağdan didərgin, qaçqın düşdülər” - deyən Bəhruz Quliyev bütün bunları düşmənin planlı şəkildə icra etdiyini bildirib: “Erməni vəhşiliyi, erməni vandalizmi məhz bundan sonra vüsət aldı. Çünki Ermənistanın istər əvvəlki, istərsə də hazırkı rəhbərliyi arasında terrorçuluq, vandal siyasəti baxımından heç bir fərq yoxdur. Təbii ki, Prezident İlham Əliyev xalqa müraciətində bütün bu aspektlərə toxunmaqla yanaşı, xatırlatdı ki, onların qarşısını bir siyasi nəhəng kəsmişdi - Heydər Əliyev. Bu gün isə erməni terrorunun, erməni vəhşiliyinin kökü Ulu Öndərimizin layiqli davamçısı, Prezident, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən, şanlı, müzəffər Ordumuz tərəfindən kəsilməkdədir. Qarabağ cəbhəsində əldə edilən ard-arda hərbi uğurlarımız da bütün bu reallıqları əks etdirməkdədir”.
Bəhruz Quliyev ölkə başçısının digər fikirlərini də şərh edərkən qeyd edib ki, Azərbaycan dövləti və xalqı 30 ilə yaxındır ki, BMT, ATƏT, AŞ və s. beynəlxalq təşkilatların qəbul etdiyi qərarlara sadiqlik nümayiş etdirib, işğala məruz qalmış torpaqlarımızın sülh danışıqları yolu ilə azad edilməsi istiqamətində səyləri dəstəkləyib, qəbul olunmuş qətnamə və qərarların icrası üçün böyük təmkin, səbr nümayiş etdirib: “Amma bütün bunların yerinə, təəssüf ki, birtərəfli münasibət görən Azərbaycan ədalətin, haqqın bərpası istiqamətində heç bir addımların atılmadığını görüb. Bu gün də eyni düşüncələrə qapılan məlum təşkilatların açıq-aşkar işğalçı ölkəni xilas etməyə yönəlmiş cəhdləri də kifayət qədər deməyə əsas yaradır ki, hazırda Azərbaycanın öz ərazisində işğal altındakı torpaqlarını azad etməsi hərbi kampaniyasına başlaması ən doğru seçimdir. Çünki biz görürük, şahidi oluruq ki, beynəlxalq təşkilatlar sülh çağırışları edir, danışıqları bərpa etməyə səsləyir, digər tərəfdən isə işğalçılara müxtəlif gizli, qeyri-qanuni yollarla silahların ötürülməsinə, hətta humanitar atəşkəsin ermənilər tərəfindən bununla neçənci dəfə pozulmasına göz yumurlar.
ATƏT-in Minsk qrupuna üzv ölkələr yaxşı olardı ki, bu məsələni Azərbaycan dövlətinə və xalqına izah etsinlər ki, ac, səfil, heç bir iqtisadi gücü olmayan, xarici borclar içində batan bir ölkənin kvotadan artıq silah-sursatları haradan gəlir? Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar bunu da açıqlamırlar və əvəzində haqlı mübarizə aparan, Vətən müharibəsi aparan Azərbaycan qarşısında gülünc şərtlər irəli sürürlər. Cənab Ali Baş Komandan bu müraciətində də qətiyyətlə vurğuladı ki, artıq münaqişənin yenidən dondurulmasına hesablanmış heç bir güzəştə gedilməyəcək, o cümlədən, status-kvo yoxdur və yalnız bir halda - Ermənistan rəhbərliyi işğal altındakı torpaqlarımızdan öz silahlı qüvvələrini çıxaracağını təsdiq edən qrafiki, cədvəli dərhal təqdim etdikdən sonra, insanlarımız doğma yurd-yuvalarına geri döndüklərindən sonra sülh danışıqları masasına əyləşib, digər şərtlərimizi irəli sürə bilərik. Lakin gördüyümüz kimi, düşmən buna getmir və dövlət başçımızın da qeyd etdiyi kimi, orada-burada boş-boş danışıqlar keçirilir, hansı ki, həmin danışıqların səmərəsizliyi də göz önündədir. Nəticə olmayan danşıqlara isə həqiqətən də heç bir gərək, lüzum da yoxdur”.
Siyasi ekspert onu da bildirib ki, Prezident İlham Əliyev daim siyasi təmkinliyini və idarəçiliyini xalqın iradəsi, xalqın marağı üzərində təmin edir və heç bir xarici qüvvə Azərbaycanla nə təzyiq, nə də təhdid dilində danışa bilməz: “Dövlətimizin başçısı bunu xüsusən vurğuladı və qeyd etdi ki, biz sona qədər gedəcəyik, qarşımızı isə heç bir qüvvə ala bilməz. Təbii ki, bu qətiyyət həm də beynəlxalq aləmə bir mesajdır ki, əgər kimlərsə, hansı tərəflərsə işğalçıya bu və ya digər şəkildə gizli, açıq dəstək göstərirsə, siyasi arenada isə “sülhpərvərlik” nümayiş etdirirsə - bütün bunlar Azərbaycan dövlətinin diqqətindən kənarda qalmır və qalmayacaq. Müharibə başa çatacaq, bax onda ölkəmiz kimin nə vaxt bizə qarşı necə münasibət göstərməsi dəyərləndiriləcək. Təbii ki, haqq və ədalət bizim tərəfimizdədir və bu ədalət özünü Azərbaycan Ordunun Qarabağdakı müzəffər yürüşü ilə isbatlamaqdadır. Qarşıda isə bizi daha böyük qələbələr gözləyir və bu gün tərəddüd göstərən, işğalçıya, təcavüzkara qahmar çıxanlar da bunu yaxşı bilirlər. Məncə, daha yaxşı olardı ki, həmin tərəflər Ermənistana qarşı təzyiq göstərib, onu sülhə vadar etsinlər. Əks halda, düşmən ölkə nəinki Qarabağda hərbi-siyasi məhvə uğrayacaq, həmçinin öz mövcudluğunu belə qoruyub-saxlamaq imkanlarını tamamilə itirməli olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56

