Azərbaycan xalqı öz haqlı mübarizəsində yumruq kimi birləşib
04.11.2020 [09:30]
Milli birliyimiz, siyasi qüvvələrin həmrəyliyi düşmən üzərində qələbəmizin təmin edilməsində əhəmiyyətli rol oynamaqdadır
Azərbaycan Ordusunun cəbhə xəttində düşmənə qarşı apardığı uğurlu əməliyyatlar işğal altında olan ərazilərimizin azad edilməsi ilə yanaşı, ölkəmizdə ruh yüksəkliyinin artmasında və xalqımızın milli birliyinin təmin edilməsində əsaslı şərtə çevrilməkdədir. Qeyd etmək lazımdır ki, bu gün siyasi baxışlarından asılı olmayaraq hər bir siyasi partiya və ya vətəndaş, yalnız bir hədəf - torpaqlarımızın işğaldan azad olunması üçün bütün gücünü səfərbər edir. Ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair birgə bəyanat yayması və Ermənistanın işğalçı siyasətini şiddətlə qınaması da məhz bu milli birliyin təzahürüdür. Vurğulayaq ki, siyasi partiya rəhbərlərinin həm sentyabrın 27-də, həm də oktyabrın 17-də imzaladıqları birgə bəyanatlarda Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə Prezidentin, Ali Baş Komandanımızın yanında olması xüsusi olaraq vurğulanıb. Əldə olunmuş milli birliyin düşmən üzərində qələbəmizin təmin edilməsində əhəmiyyətli rol oynaması oktyabrın 3-də keçirilən “Milli həmrəylik - siyasi dialoqun nəticəsi” adlı videokonfransda da bildirilib. Qeyd edək ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə, Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər.
Lakin təəssüfləndirici haldır ki, ölkəmizdə həyata keçirilən islahatların üzərinə kölgə salmağa çalışan, daxili ictimai-siyasi həyata yeni nəfəs verən siyasi dialoq çağırışına cavab verməyən bəzi qüvvələr dövlətimizin və xalqımızın bu çətin və şərəfli günündə də birlik, bərabərlik kimi milli çağırışlara qoşulmadılar. Müsavat Partiyası və AXCP-nin torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks-hücum əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək verməməsi, Ali Baş Komandanın bu sahədə həyata keçirdiyi siyasəti dəstəkləməməsi onların səmimi olmadıqlarını və əsl simalarını bir daha göstərdi.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, Azərbaycan Ordusunun apardığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı torpaqlarımızın mühüm bir hissəsinin azad edilməsi bir daha ölkəmizin hərbi-iqtisadi gücünü təsdiqlədi, bölgənin aparıcı siyasi aktoru olmasını növbəti dəfə sübuta yetirdi. Döyüş meydanında əldə olunan qələbələrimizdə milli birliyimizin əhəmiyyətli rola malik olduğunu diqqətə çatdıran millət vəkili onu da vurğulayıb ki, Prezident İlham Əliyevin xarici siyasət sahəsində nümayiş etdirdiyi müdriklik və peşəkarlıq bütün dünya tərəfindən etiraf olunur. Bu fakt, həm də dünya ictimaiyyətinin artıq Azərbaycanın haqlı mövqeyini dəstəkləməsində əsaslı rola malikdir: “Ölkə ictimaiyyəti, siyasi partiyalar, təşkilatlar bu gün cənab Prezidentin apardığı siyasəti birmənalı şəkildə dəstəkləyir. Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqının mövqeyi vahiddir. Ali Baş Komandan, Prezident İlham Əliyevin bu məsələdə nümayiş etdirdiyi qətiyyət bütövlükdə Azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənir. Xalqımız öz Prezidentinə inanır və bizim bu mübarizədə qələbəmiz şəksizdir”.
Millət vəkili onu da bildirib ki, artıq bütün beynəlxalq ictimaiyyət Ermənistan dövlətinin terror siyasəti həyata keçirdiyini, dinc əhaliyə qarşı amansız davranışını, müharibə cinayətləri törətdiyini əyani şəkildə görür və öz etirazını bildirir. “Azərbaycan işğalla heç zaman barışmayacaq. Ölkəmizin öz torpaqlarını işğaldan azad etməyə və ərazi bütövlüyünü təmin etməyə tam haqqı var və bu, beynəlxalq konvensiyalar vasitəsilə də təsdiq olunur. İstər tarixi həqiqət, istər beynəlxalq hüquq, istərsə də haqq-ədalət Azərbaycan əsgərinin tərəfindədir. Təəssüf ki, işğalçı Ermənistan ölkəmizin xəbərdarlıqlarından nəticə çıxarmadı, yeni təxribatlar törətməyə çalışdı. Hazırda bunun da layiqli cavabını almaqdadır”, - deyə bildirən millət vəkili onu da əlavə edib ki, Gəncə şəhərinə edilən xain raket hücumları nəticəsində günahsız körpələrin qətlə yetirilməsi, Bərdə şəhərinə olunan hücum nəticəsində günahsız insanların öldürülməsi ermənilərin terrorçu mahiyyətindən xəbər verir. Azərbaycanın öz ərazi bütövlüyünü təmin edəcəyinə qətiyyətli inamını ifadə edən E.Məmmədov Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şüarının yaxın zamanlarda Şuşada, Xankəndidə səslənəcəyinə əmin olduğunu da ifadə edib.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də Azərbaycan xalqının yalnız qələbə uğrunda mübarizə apardığını və bu yolda birlik, həmrəylik nümayiş etdirdiyini dilə gətirib. Onun sözlərinə görə, bu mübarizədə siyasi mənsubiyyətindən və fərqli düşüncələrindən asılı olmayaraq hər bir vətəndaş, hər bir siyasi qüvvə Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün qorunması, torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində birlik nümayiş etdirməlidir. Bu birlik, həmrəylik cəbhədə düşmənlə üz-üzə dayanmış Azərbaycan əsgərinin daha mübariz olmasını şərtləndirir. “Ölkəmizdə fəaliyyət göstərən siyasi təşkilatlar sona qədər torpaqlarımızın işğaldan azad olunması istiqamətində fəaliyyətdə ordumuza, eləcə də Ali Baş Komandana gərəkən dəstəyi verəcəklər”, - deyən A.Əlizadə onu da qeyd edib ki, bu gün Azərbaycana qarşı ikili standartlardan çıxış edən bəzi qüvvələr də düşmən Ermənistan kimi öz layiqli cavabını alır. Ölkə Prezidentinin xarici KİV-lərə müsahibələrində səsləndirdiyi fikirlərə toxunan partiya sədri onu da əlavə edib ki, dünya ictimaiyyəti, beynəlxalq aləm bir daha əmin oldu ki, Azərbaycan xalqı, dövləti, siyasi qüvvələri torpaqlarımızın azad edilməsi, işğala son qoyulması və ərazi bütövlüyümüzün təmini məsələsində qətiyyətli və vahid mövqeyə malikdir. Milli həmrəyliyimiz isə düşmənlərimizin cəmiyyət içində ayrı-seçkilik yaradabilmə imkanlarını puça çıxarır. Hər bir vətəndaşın qələbənin tezləşməsi üçün əlindən gələni etməli olduğunu söyləyən A.Əlizadə siyasi partiyalar arasındakı dialoq mühitinin gələcəkdə daha da inkişaf etdiriləcəyinə inamını da ifadə edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxGündəm
15 İyun 00:14
Xəbər lenti
14 İyun 21:52
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45

