Siyasi partiyaların həmrəylik nümayiş etdirməsi milli birliyimizin nümunəsidir
05.11.2020 [08:29]
Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiyanın Ali Baş Komandanın və ordumuzun ətrafında sıx birləşməsi Azərbaycan cəmiyyətinin monolitliyini gücləndirən əsas amillərdən biridir
Son illərdə ölkəmizdə aparılan köklü islahatlar bütün sahələrin inkişafını təmin etməklə yanaşı, siyasi platformada da yeni münasibətlər sisteminin formalaşmasına yol açıb. Qeyd etmək lazımdır ki, bu ilin fevralında baş tutan VI çağırış Milli Məclisə seçkilərin ardından yaranan yeni siyasi konfiqurasiya ölkəmizdə siyasi qüvvələr arasında əlaqələrin möhkəmlənməsində əsaslı rol oynadı. Milli Məclisin yeni tərkibdə ilk iclasında Prezident İlham Əliyevin tarixi çıxışının ardından ölkəmizdə yeni yaranan siyasi konfiqurasiyanın əsasında siyasi dialoq mühitinin formalaşdırılması prosesinə başlanıldı və bu Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün vacib şərtə çevrildi. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə siyasi partiyaların rəhbərlərinin görüşləri istər iqtidar-müxalifət, istərsə də partiyalararası münasibətlərdə yeni mərhələnin yaranmasına rəvac verdi. Məhz bu siyasi birlik bu gün Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalından azad olunması istiqamətində aparılan əks-hücum əməliyyatlarında siyasi həmrəyliyin güclənməsində xüsusi əhəmiyyətə malik oldu. Vurğulayaq ki, hazırda ölkəmizdə fəaliyyət göstərən əksər partiyalar siyasi baxışlarından asılı olmayaraq Prezident, Ali Baş Komandan İlham Əliyevin, Ordumuzun yanında olduqlarını bildirir və cəbhədə qələbəmizə öz töhfələrini verməyə çalışırlar. Bununla bağlı 50 siyasi partiyanın birgə bəyanat imzalaması da deyilənlərə sübutdur.
Məsələ ilə bağlı Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, bu gün Azərbaycan haqq savaşı aparır: “Ermənistan 27 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmir və əfsuslar olsun ki, işğalçı ölkə buna görə cəzalandırılmır. Bu, qəbuledilməzdir. Artıq onları Azərbaycan dövləti və xalqı cəzalandırır. Dövlətimiz artıq həmin qətnamələrin bir hissəsini yerinə yetirib. Çox sevindirici haldır ki, Ermənistanın işğalçı siyasətinə etiraz, eləcə də xalqın haqq tələbi ölkədəki siyasi qüvvələri də birləşdirib. Siyasi partiyaların rəhbərlərinin birgə bəyanatı, eləcə də videokonfrans formatında keçirilən görüşlər Azərbaycan xalqının və ölkənin siyasi partiyalarının yekdilliklə cənab Prezidentin yanında olduğunu nümayiş etdirir. Ölkənin 50 siyasi partiyasının Ali Baş Komandan İlham Əliyevin yanında olduqlarına dair bəyanatı milli və siyasi həmrəyliyin əyani göstəricisidir. Bu bəyanat, həmçinin ölkədə siyasi dialoqun mövcudluğunun ifadəsidir”.
T.Rzayevin sözlərinə görə, bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha çox birlik və həmrəylik nümayiş etdirir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyin təcəssümüdür. Başqa sözlə, bu bəyanat təkcə xalqla hökumətin vahid mövqeyindən xəbər vermir, eyni zamanda, Azərbaycanda mövcud olan həmrəyliyin göstəricisidir.
Komitə sədri söyləyib ki, işğalçı erməni hərbi birləşmələrinin hücumlarının qarşısını almaq, əhalimizin təhlükəsizliyini təmin etmək məqsədilə qəhrəman ordumuzun əks-hücum əməliyyatları tamamilə məntiqlidir və təcavüzkar Ermənistan bunun bədəlini ödəməkdədir: “İnanırıq ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz uzun illərdən bəri işğala məruz qalan müqəddəs torpaqlarımızı tam azad edəcək, dövlətçilik və hərb tariximizə şanlı səhifələr yazacaq”.
“Rəşadətli Azərbaycan Ordusunun Ermənistanın təxribatına cavab olaraq əks-hücuma keçməsi və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olması hər bir vətəndaşda böyük ruh yüksəkliyi yaradır. Torpaqlarımızın işğaldan azad olunması üçün hərbi əməliyyatların başlanması və düşmənə ağır zərbələr vurulması son 30 ilin ən böyük tarixi hadisələrindən biridir”. Bu fikirləri isə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, çox sevindirici haldır ki, bu gün cəmiyyətimizin bütün təbəqələri, o cümlədən siyasi partiyalar, QHT-lər Ali Baş Komandanımızın yanındadır.
Partiya sədri qeyd edib ki, bu məsələdə Azərbaycan cəmiyyəti bir yumruq kimi birləşib. Hər bir vətəndaşın arzusu budur ki, bütün torpaqlarımız işğaldan azad olunsun. Ona görə də, bütün cəmiyyətimiz qələbə əhval-ruhiyyəsindədir.
F.Ağamalının fikrincə, siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən 50 siyasi partiyanın bir araya gələrək Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və dövlət başçısının yanında olduqlarını bəyan etməsi mühüm hadisədir, milli birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir: “Dövlətimiz və xalqımız üçün həyati əhəmiyyət kəsb edən mürəkkəb bir şəraitdə siyasi partiyalar tərəfindən ölkəmizin bütün vətəndaşlarının, dünya azərbaycanlılarının milli birliyə, vəhdətə səslənməsi siyasi yetkinliyin göstəricisi kimi mühüm əhəmiyyətə malikdir. Amma təəssüf ki, belə bir şəraitdə də iki siyasi partiya - “Müsavat” və AXCP Böyük Qələbə uğrunda mücadilədə Azərbaycan xalqı və dövləti ilə birlikdə olmaq istəmədilər. Bu da onların antimilli mahiyyətindən xəbər verir”.
Nardar
Xəbər lenti
Hamısına baxElanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39

